Fizioterapevt Aynurə

Aynurə Haşımova

Fizioterapevt

13 il iş təcrübəsi

Bakı
osteoxondroz nədir səbəbləri

Osteoxondroz

Müəllif: Fizioterapevt Aynurə Haşımova
5880

Paylaşıldı: 09.06.2018
Aynurə Haşımova

Osteoxondroz nədir?

Osteoxondroz onuğanın xroniki degenerativ zədələnməsinin ağır formasıdır. Osteoxondroz(yunanca osteo-sümük, xondro-qığırdaq) oynaq qığırdaqlarında distrofik pozuntular kompleksidir. Praktiki olaraq bütün oynaqlarda əmələ gələ bilər. Ən çox onurğada – onurğa arası disklərdə rast gəlinir. Lokalizasiyasından asılı olaraq, boyun ,döş, bel nahiyələrinə bölünür.Osteoxondrozun ağırlaşmalarına protruziya, fəqərəarası disk yırtıqları, kifoz, radikulit, stenoz ve s. aiddir.

Osteoxondrozun səbəbləri

Osteoxondrozun əsas səbəbləridən biri hormonal sistemdə dəyişikliklərlə əlaqədar olaraq onurğanın qığırdaq toxumasının qidalanmasının zəifləməsidir. Osteoxondroza 35 yaşdan sonrakı şəxslərdə daha çox təsadüf edilir. Bu zaman kürək nahiyyəsində ağırlıq hissi, ağrılar olur.Ostexondrozun erkən yaranma səbəbləri də az deyil -zəif fiziki quruluş, qamətin pozulmaları, onurğa əyrilikləri, əyripəncəlilik , yastıpəncəlilik, artıq çəki və s.

Osteoxondrozun əsas səbəbləri:
 – Genetik faktorlar;
 – Maddələr mübadiləsinin; pozulması, infeksiyalar, intoksikasiyalar;
 – Artıq çəki;
 – Düzgün qidalanmamaq (mikroelement və maye çatmazlığı)
 – Yaş faktoru;
 – Onurğanın travmaları(əzilmə və sınma);
 – Qamətin pozulmaları, onurağa əyrilikləri, yastıpəncəlilik;
 – Ekoloji faktorlar;
 – Passiv həyat tərzi;
 – Onurağa nahiyəsinə düşən həddən artıq fiziki ağırlıq;
 – Sümük-əzələ sisteminin qeyri-bərabər inkişafı;
 – Pəncə və topuq nahiyyəsinin xəstəlikləri, düzgun olmayan ayaqqabıların istifadəsi;
 – Hamiləlik;
 – Stress, gərginlik;
 – Zərərli vərdişlər-siqaret çəkmək.

Osteoxondrozun simptomları

Osteoxondroz xəstələri adətən kürək nahiyyəsində yandırıcı ağrılardan, ətraflarda əzginlik, keyləşmədən şikayətlənirlər. Müalicə alinmazsa, ətraflarda atrofiya və arıqlama ola bilər.

Əsas simptomları aşağıdakılardlır:
 – Kürək nahiyəsində yandırıcı  ağrılar, ətraflarda keyləşmə, əzginlik;
 – Ani hərəkət zamanı ağrıların artması, məsələn, ağırlıq qaldıran zaman, asqıran, öskürən zaman;
 – Əzələ spazmı;
 – Boyun nahiyəsinin osteoxondrozunda-çiyin, əllərdə, baş ağrıları, onurğa arteriyası sindromu görülə bilər, şikayətləri - başgicəllənmələr, küy, spastik baş ağrılarıdır;
 – Döş nahiyəsinin osteoxondrozunda döş qəfəsi nahiyyəsində batıcı ağrılar, ürək və daxili orqanlarda ağrılar olur;
 – Bel-oma nahiyəsinin osteoxondrozunda - bel nahiyəsində, aşağı ətraflarda ağrılar.
 – Onurğaarası disk yırtıqlarında, spondilolistezlərdə, spondiloartrozlarda tutmaşəkilli; ağrılar, hipotrofiya, əzələlərdə, reflektor zəiflik və s. əlamətlər olur.

Osteoxondrozun müayinəsi

Vizual müayinə
 – Rentgen müayinəsi;
 – KT;
 – MRT.

Osteoxondrozun müalicəsi

Xəstəliyin ağırlığından asılı olaraq, 1-3 aydan 1 ilə qədər davam edə bilər.

 – Medikamentoz;
 – Fizioterapiya;
 – Müalicəvi idman;
 – Massaj;
 – Kinezoterapiya;
 – Manual terapiya;
 – Traksiya;
 – Proloterapiya.

Osteoxondrozun fizioterapevtik müalicə metodları

Fizioterapiyanın məqsədi zədələnmış ocaq nahiyyəsinə analgetik, spazmolitik təsir göstərməkdir.

Aşağıdakı metodlardan istifadə olunur:
 – Analgetik metod-infraqırmızı şüalanma, orta dalğalıUBŞ şualar, DDC cərəyanlar, impulslu maqnitoterapiya, amplipulsterapiya;
 – İltihab əleyhinə-aşağı tezlikli UYT,UST-terapiya, lazerterapiya, maqnitoterapiya
 – Fibromoduləedici metodlar-peloidterapiya,kükürd, rodon, yod-brom vannalar;
 – Qamətin korreksiyası metodlarına-traksion terapiya, sualtı dartınmalar, massaj, müalicəvi idman.

Osteoxondrozun fizioprofilaktikası

Osteoxondrozun fizioprofilaktikası aşağıdakı metodlara əsaslanır:
 – İmmunstimuləedici metod – orqanizmin rezistentliyini artirmaq üçün;
 – Metabolik dəyişikliklərin korreksiyası metodları – distrofik dəyişikliklər və degenerativ proseslərin bərpası;
 – Fibromoduləedici metodlar – birləşdirici toxuma mübadiləsinin fəallaşdırılması.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Aynurə Haşımova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz