Ayşən Xəlilova hekimtap.az

Ayşən Xəlilova

Endokrinoloq

13 il iş təcrübəsi

Bakı
qalxanvari vəzdə düyün

Qalxanvari vəzdə düyün

Müəllif: Ayşən Xəlilova
5420

Paylaşıldı: 06.10.2017
Ayşən Xəlilova

Son zamanlar müayinə zamanı qalxanvari vəzində düyün aşkarladığım və daha dəqiq diaqnoz üçün biopsiya məsləhət gördüyüm pasientlərdən çox suallar alıram. Bütün suallarınıza qısa olaraq aydınlıq gətirmək istəyirəm.

İncə iynə aspirasion biopsiya müayinəsi ( tam adı belədir) qalxanvari vəzdə bədxassəli xəstəlikləri aşkarlamaq məqsədi ilə aparılır. Düyünlü ur diaqnozu adətən biopsiya üçün göstərişdir. Lakin bütün düyünlər də biopsiya olunmur. Buna görə qalxanvari vəzi öncə endokrinoloq tərəfindən müayinə olunmalıdır. Ondan sonra biopsiya olunacağı qərarı həkim tərəfindən verilir. Bundan da dəqiq müayinə, əməliyyat zamanı götürülmüş materialın müayinəsidir. Əlbəttə ki, bu müayinə üçün göstərişlər olmalıdır. Punksiya zamanı alınmış material mikroskop altında bədxassəli hüceyrələrin olub olmamasına görə dəyərləndirilir. Məlumatsızlığın yaratdığı qorxu nəticəsində öncə əksər pasientlər biopsiyadan imtina edir. Bəziləri prosedurun özündən, bəziləri də nəticələrindən qorxurlar. Bir şeyi dəqiq deyə bilərəm ki, prosedur sizin həyəcanınıza dəyəcək qədər qorxulu deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Ayşən Xəlilova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz