Ayşən Xəlilova hekimtap.az

Ayşən Xəlilova

Endokrinoloq

13 il iş təcrübəsi

Bakı
endokrin sonsuzluq nədir

Endokrin sonsuzluq

Müəllif: Endokrinoloq Ayşən Xəlilova
5651

Paylaşıldı: 21.05.2018
Ayşən Xəlilova

Endokrin sonsuzluq nədir?

Qadınlarda “Endokrin sonsuzluq” məfhumu ümumişlək bir termin olub, buraya müxtəlif pozuntular aiddir. Yaranma səbəbindən asılı olmayaraq, onların əsasında yumurtalıq funksiyasının pozulması dayanır. Bu da ovulyasiyanın pozulmasına və ya onun qeyri-müntəzəmliyinə gətirir. Endokrin sonsuzluq qdınlarda sonsuzluğun səbəblərinin 30-40%-ni təşkil edir.

Endokrin sonsuzluğun səbəbləri

Endokrin sonsuzluğun səbəbindən asılı olmayaraq, onun əsasında yumurtalıqların funksiyasının kəskin pozulması dayanır. Bu davamlı olaraq ovulyasiyanın ( yumurtlama) olmaması və ya onun qeyri- müntəzəm olması ilə xarakterizə olunur. Anovulyasiya Mərkəzi sinir sistemi və immun sistemin funksiyasının pozulması zamanı, daxili sekresiya vəziləri və hədəf orqanların funksiyalarının pozulması zamanı baş verir. Endokrin sonsuzluğa səbəb olan anovulyasiya aşağıdakıların nəticəsində yarana bilər:

 – Hipotalamo-hipofizar disfunksiya

Adətən kəllə-beyin travmaları və döş qəfəsi travmaları, hipotalamo-hipofizar zonanın şişləri zamanı rast gəlinir. Bu zaman hiperprolaktinemiya ( prolaktinin artması) müşahidə olunur. Prolaktinin sekresiyasının artması hipofizdən cinsi hormonların siklik ifrazını ləngidir, bu da yumurtalıqların funksiyalarının sönərək, aybaşının ləngiməsi, anovulyasiyanın inkişafına və endokrin sonsuzluğa gətirir.

 – Yumurtalıq və böyrəküstü vəzi mənşəli hiperandrogeniya

Qadın orqanizmində az miqdarda androgenlərin (kişi cinsi hormonlarının) olması, cinsi inkişafa və yumurtalıqların düzgün funksiya göstərməsi üçün vacibdir. Androgenlərin artmış ifrazı isə ya yumurtalıqlar,  ya da böyrəküstü vəzi tərəfindən, bəzən isə hər ikisi tərəfindən ola bilər. Çox zaman hiperandrogeniya polikistoz yumurtalıqlar sindromunu müşayət edərək endokrin sonsuzluğa, hirsutizm (tüklənmə), qanaxma və ya aybaşıının olmaması, yumurtalıqların ikitərəfli zədələnməsinə gətirir. Böyrəküstü vəzi mənşəli hiperandrogeniya adətən böyrəküstü vəzinin qabıq maddəsinin hiperplaziyası (qalınlaşması) nəticəsində yaranır. Bəzən ikincili olaraq prosesə yumurtalıqlar da qoşula bilər.

 – Qalxanvari vəzinin funksiyasının pozulması

 – Hipotireoz və toksik urun gedişi zamanı çox vaxt anovulyasiya, ikincili hiperprolaktinemiya (prolaktinin artması), endokrin sonsuzluq, hamiləliyin sona qədər çatdıra bilməmək və dölün anomaliyaları ilə  müşayət olunur.

 – Esterogen və progesteron defisiti

Qadın cinsi hormonlarının defisiti,  endometriumun natamam hazırlanmasına, uşaqlıq borularının dəyişikliyinə gətirir, döl yumurtasının uşaqlıq boşluğuna yapışmasına mane olur. Bu da hamiləliyin sona çatdırıla bilməməsinə və endokrin sonsuzluğa gətirir.

 – Ağır somatik xəstəliklər (sirroz, hepatitlər, hansılar ki, qaraciyər toxumasının zədələnmədinə səbəb olurlar, vərəm, autoimmun və sistem xəstəlikləri, müxtəlif lokalizasiyalı bədxassəli şişlər);

 – Piylənmə və ya əksinə çəki defisiti

Piy toxuması orqanizmdə endokrin orqan funksiyasını yerinə yetirir, reproduktiv sistemə və bütün orqan və toxumalardakı metobolik proseslərə təsir göstərir. Piyin artıq toplanması hormonla disbalansa və endokrin sonsuzluğun inikşaf etməsinə səbəb olur. Yağ qəbulunun azaldılması və kəskin çəki ititrilməsi isə yumurtalıqların normal funksiya göstərməsinə mane olur.

 – Rezistent yumurtalıqlar sindromu (Savaj sindromu)

Sindromun əsasında hipofizar-yumurtalıq zəncirindəki pozuntular, yumurtalıqların reseptor aparatının ovulyasiyanı stimulyasiya edən qonadotropin hormonlara qarşı həssaslığının pozulması dayanır, bu da ikincili amenoreya (aybaşının olmaması), endokrin sonsuzluğa gətirir. Yumurtalıqların zədələnməsinə qızılca və qripp virusları ilə xəstələnmə, avitaminoz, əvvəllər olan hamiləliklərin patologiyası, avitaminoz, aclıq, stres situasiyalar ola bilər.

 – Vaxtından əvvəl menopauza (üzülmüş yumurtalıqlar sindromu)

35-38 yaşlı qadınlarda yaranır, xarakter dyişikliklər olur və endokrin sonsuzluğa gətirir.

 – Cinsi xromosomların mutasiyaları ilə bağlı yaranan xəstəliklər

Cinsi xromosom anomaliyaları ilə əlaqədar olan xəstəliklər zamanı, qadın cinsi hormonlarının çatışmazlığı, cinsi infantilizm, birincili amenoreya və endokrin sonsuzluq yaranır.

Endokrin sonsuzluğun simptomları

Əsas simptomları hamiləliyin baş verməməsi və aybaşı tsiklində sürüşmələrin olmasıdır. Aybaşı tsikli ləngimələrlə (bir neçə həftədən aya kimi) ola bilər və ya heç olmaya bilər. Bəzən aybaşı arası qanaxmalar müşahidə oluna bilər.

Endokrin sonsuzluğu olan bəzi qadınlarda aybaşı tsikli çox zaman anovulyator xarakter daşıyır, ancaq davam etmə dörünə görə isə normal tsiklə bənzəyə bilər (21-36 gün). Bu zaman söhbət aybaşıdan yox, aybaşıya bənzər qanaxmalardan gedir. Bəzi pasientlərdə döşdən süd gəlmə (prolaktinin artması ilə laqədar) müşahidə oluna bilər. Yanaşı olaraq süd vəzilərində gərginlik, döşdən süd gəlmə (prolaktinin artması ilə əlaqədar) ola bilər. Aybaşı öncəsi vəziyyətin pisləşməsi xarakter əlamətdir. Hiperandrogeniya zamanı hirsutizm (tüklənmə), akne (səpgilər), saçların tökülməsi və ya əksinə saç tökülmə müşahidə oluna bilir. Həmçinin arterial təzyiqin dəyişkənliyi, piylənmə və ya arıqlama müşahidə oluna bilər.

Endokrin sonsuzluğun diaqnostikası

İlk növbədə endokrin sonsuzluqlu pasientdə düzgün anamnez toplanmalıdır. Ümumi baxış ilə pasientin boyu, çəkisi, piylənmənin olub olmaması, tüklənmə, süd vəziləri və ikincili cinsi əlamətlərin inkişaf dərəcəsinə baxılır. Ginekoloq konsultasiyası istənilir. Ümumi baxış və ginekoloqun müayinəsindən sonra endoksin sonsuzluğun səbəbi araşdırılır. Yumurtalıqların hormonal funksiyası və ovulyasiyanın olub-olmamasını hormonal müayinələr və follikulun ultrasəs monitorinqi əsasında müəyyənləşdirilir. Ovulyasiyanın olub-olaması faktı qanda progesteron və sidikdə preqnandiol ilə təsdiqlənə bilər. Endokrin sonsuzluğun səbəbinin aşkarlanması üçün aybaşı müəyyən günlərdə yoxlanılır. Ehtiyac olduqda, hormonal sınaqlar təyin olunur.

Endokrin sonsuzluğun müalicəsi

Müalicənin ilk mərhələsində endokrin vəzilərin pozulmuş funksiyalarının normallaşdırılması (şəkərli diabetin, piylənmə, böyrəküstü vəzilərin, qalxanvari vəzilərin pozulmuş funksiyasının  korreksiyası, şişlərin əməliyyatla çıxarılması və s.) Daha sonra ehtiyac olduqda, dominant follikulun və ovulyasiyanın stimulyasiyası aparılır. Əksər hallarda endokrin sonsuzluq hormonal müalicəyə tabe olur, qalan hallarda cərrahi korreksiyaya ehtiyac ola bilər. Bəzi daha çətin situasiyalarda ekstrokorporal döllənmə metodu tövsiyə olunur. Endokrin sonsuzluqdan əziyyət çəkən qadında hamiləliyə nail olmaq və sona qədər çatdırmaq üçün problemə kompleks yanaşılmalıdır.

Endokrin sonsuzluğun profilaktikası

Sonsuzluğun endokrin formalarının profilaktikası uşaq yaşlarından başlanılmalıdır. Uşaq və yeniyetməlik dövründə uşaq infeksiyalarının, revmatizmin, qripp və toksoplazma kimi infeksiyaların qarşısı alınmalı, hipotalamo-hipofizar-yumurtalıq zəncirindəki funksional pozuntular korreksiya olunmalıdır.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Ayşən Xəlilova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz