aknenin yaranma səbəbləri

Aknenin yaranma səbəbləri

2959
Müəllif: Endokrinoloq Ayşən Xəlilova

Paylaşıldı: 18.06.2018
Ayşən Xəlilova

Akne, yəni üzdə olan kiçik və çoxsaylı sızanaqlar hal-hazırda geniş yayılmış şikayətlər arasında ön yerlərdədir. Yaranma səbəbləri müxtəlifdir. Mən ixtisasımdan dolayı, bu gün hormonal səbəbləri qısa da olsa, arşdırmağa çalışacağam.

Beləliklə, yaranma səbəbindən asılı olaraq, bir neçə növ səpgilər ayırd olunur. İlk olaraq akne endokgen (yəni daxili orqan problemləri ilə əlaqəli yaranan) və ekzogen ( xarici səbəblərdən yaranan) növlərə ayrılır. Endogen səpgilərin səbəbləri, müxtəlif hormonal dəyişikiliklər, o cümlədən yeniyetməlik dövrünə xarakter olan təbii hormonal sıçrayış ola bilər. Müəyyən rolu həmçinin həm qadınlarda, həm də kişilərdə qandakı kişi cinsi hormonlarının artan miqdarına piy vəzilərinin genetik qeyri-adekvat reaksiyası da oynaya bilər.

Aknenin yaranmasından məsuliyyətli olan hormonlara testesteron, böyümə hormonu, İGF-1, prolaktin, DHEAS, esterogendir. Ancaq qeyd etmək lazımdır ki, hormonal problemlər nəticəsində yaranan sızanaqlar, yalnız bu şikayətlər olmur. Həmçinin, aybaşı pozğunluğu, artıq çəki, kişi tipli tüklənmə, saç tökülmə kimi şikayətlər də bununla yanaşı gedə bilər. Ona görə də əgər sizi də üzdə yaranan sızanaqlar narahat edirsə və bunlarla yanaşı aybaşı tsiklinin qeyri-müntəzəmdirsə, arzu olunmaz nahiyələrdə tüklərdə artım qeyd edirsinizsə, saçlarda həm tökülmə, həm də keyfiyyətində azalma vardırsa, onda mütləq endokrinoloqa müraciət edərək hormonla spektrinizi yoxlatmanız vacibdir. Bəzən adi və sadə görünən səpgilərin altında ciddi bir hormonal problem dayana bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az