Elçin  Abbasov hekimtap.az

Elçin Abbasov

Terapevt

22 il iş təcrübəsi

Bakı
revmatoid artrit

Revmatoid Artrit

Müəllif: Terapevt Elçin Abbasov
4039

Paylaşıldı: 18.10.2019
Elçin Abbasov

Revmatoid artrit (RA) ən çox rast gəlinən sistem autoimmun xəstəlik olub, oynaqlarda simmetrik artrit yaradan xronik iltihablı xəstəlikdir. Vaxtında Müalicə edilməzsə, oynaqların zədələnərək formasını dəyişməsinə (remodelləşməsinə) və əlilliyə səbəb olur.

Yaranma səbəbi və xəstəliyin gedişi:

Dünyada ən çox yayılan xəstəlikdir və bütün yaşlarda başlaya bilir. Ən çox qadınlarda 40 yaşdan sonra rast gəlinir. Xəstəliyin yaranma səbəbi kimi genetik meyillilik, cinsiyyət, tütünçəkmə, keçirilmiş infeksion xəstəliklər göstərilə bilər. Bunların içində isə üzərində ən çox dayanılan birinci dərəcəli qohumlarda revmatoid artrit və ya digər revmatizmal xəstəliklərin olmasıdır. Bu xəstəliyin səbəbkarı kimi hələ də hansısa infeksiya tam dəqiq göstərilə bilmir. Digər risk faktorlarında olduğu kimi bu zamanda orqanizmin müdafiə sistemi infeksiyaya qarşı hücuma keçir.

Revmatoid artrit zamanı pataloji dəyişkiliklər mərhələlərlə gedir. İndividual olaraq xəstəliyin mərhələləri progressiv xronik və ya təkrarlayıcı gedişli ola bilər.
Revmatoid artrit xəstəliyində qığırdaq altındakı sümük və oynaq boşluğunu döşəyən sinovium (oynaq zarı) zədələnir. Revmatoid artrit zamanı sinovium qalınlaşır, xüsusilə lokal olaraq sümük və qığırdaq arasına doğru irəliləyir. Bu prosses pannus adlanır. Pannus xüsusi enzimlərin ifrazını təmin edir ki, bunun nəticəsində də də sümükdə erroziyalar əmələ gəlir. Bu erroziyalar xəstəliyin sonraki mərhələsində oynaq deformasiyalarının və remoddelləşməsinin başlanğıcıdır.

Revmatoid artritin əlamətləri hansılardır?

Oynaq ağrısı, oynaqlarda şiş, səhər əzginliyi və oynaqlarda sərtlik, oynaqların simmetrik zədələnməsi, xüsusilə əl biləyi oynaqlarının və barmaqların yuxarı falanqalarının zədələnməsi xəstəliyin əlamətlərinə misal ola bilər. Xəstəliyin sonrakı dövrlərində iri oynaqlar da prossesə qoşula bilir. Xəstəlik irəlilədikcə iri oynaqlarda maye toplanması, birinci boyun fəqərəsini sabitləyən bağların zədələnməsi nəticəsində boyun sərtliyi, ənsə ağrıları şikayətləri yaranır. Revmatoid artrit zamanı oynaqdan kənar əlamətlərdən, əsasən qan dəyərlərinin dəyişməsi, qarciyər enzimlərinin artması, ağciyər ,böyrək, əzələ, dəri, sinir, göz və nadir də olsa ürək kimi orqanların da xəstəliyə qoşularaq sistemşəkilli zədələnmələrlə nəticələnir.

Diaqnoz necə qoyulur?

Xəstəliyin dəqiq diaqnozlaşması üçün mütləq şəkilli istrumental-laborator və klinik müayinələr təkrari aparılmalı və digər sümük-oynaq və sistem xəstəliklərdən ayrılmalıdır. Laborator testlər iltihabın şiddəti, sistemlərin prossesə qoşulması, aparılan müalicələrin effektliliyi və toksikliyilin izlənməsində büyük rol oynayır.
Xəstəlik xroniki olub, aktivləşmə və remissiyalarla davam edir. Xəstəliyin alovlanmasında emossional və fiziki stress böyük rol oynayır.

Revmatoid artritin müalicəsi:

Müalicənin əsas məqsədi ağrıları azaltmaq, oynaq və digər orqanlardakı iltihabı azaltmaq, oynaq zədələnməsini yavaşlatmaq, xəstələrin həyat keyfiyyətini artırmaqdır. Müalicə müddətsizdir.


Elçin Abbasov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz