Sevinc Həsənzadə hekimtap.az

Sevinc Həsənzadə

Diyetoloq

Bakı
uşaqlarda artıq çəki

Artıq çəki uşaqlarda hansı fəsadlar yarada bilər?

Müəllif: Sevinc Həsənzadə
10052

Paylaşıldı: 05.04.2018
Sevinc Həsənzadə

“Piylənmə nəinki böyüklərdə, artıq uşaqlarda da bir virus kimi yayılıb. Bu da təbii ki, düzgün qidalanmamaqdan, qida rasionunu düzgün seçməməkdən irəli gəlir”.

Bunu ARB TV-də yayımlanan “Yaşamaq gözəldir” verilişində qonaq olan “Grand Hospital”ın dietoloqu Sevinc Həsənzadə deyib. Dietoloq bildirib ki, uşaqlar özləri də artıq çəkidən narahatlıq duyub, çəkilərinə elə məhz uşaq yaşlarından nəzarət etməyə başlamalıdırlar:

“Onlar dərk etməlidirlər ki, piylənmə orqanizmə, insan sağlamlığına nə dərəcədə zərər verə bilər. Təbii ki, burada bizim, valideynlərin dəstəyi çox böyük rol oynayır. Yəni valideynlər həm uşaqların qidalanmasına daima nəzarət etməlidir, həm də onları düzgün istiqamətləndirməlidir. İlkin olaraq uşaqlar 6 ayına kimi ana südü ilə qidalanmalıdır. Ana südünün tərkibində vitaminlər, mikroelementlər var. Çalışmalıyıq ki, uşaqlarımız heç deyilsə, 6 ay ana südü ilə qidalansın. Sözsüz ki, uşaqlar artıq ana bətnində qidalanmağa başlayır. Daha sonra ana südü ilə davam edirlər. Ona görə analar özləri də bu müddətdə qidalanmalarına diqqət etməlidirlər. Daha çox meyvə, tərəvəz, bol vitaminli qida rasionuna üstünlük versinlər”.

S.Həsənzadə erkən yaşda piylənmədən, artıq çəkidən əziyyət çəkən insanlar üçün bir sıra dəyərli məsləhətlər də verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Sevinc Həsənzadə

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz