Nevroloq HT,Ali dərəcəli həkim

Uşaq nevroloqu

Ali dərəcəli həkim

10 il iş təcrübəsi

Bakı
uşaqlarda inkişaf çətinliklərinə yanaşma

Uşaqlarda inkişaf çətinliklərinə yanaşma

Müəllif: Nevroloq
5242

Paylaşıldı: 27.07.2018
Nevroloq HT

Beyin inkişafı dedikdə nə başa düşürük?

İnkişaf fasiləsiz prosesdir. İnkişaf dedikdə, mayalnmadan yetkinlik yaşına kimi emosional, sosial, koqnitiv, nitq, hərəkət, münasibət sahələrində gedən proseslər nəzərdə tutulur. Beyin inkişafı üçün ən önəmli yaş 3 yaşa qədər olan dövrdür ki, bu vaxt beyin qabığında neyronlar arasında sinaptik əlaqələr sürətlə yaranır.

Vaxt keçdikcə, ikstifadə edilməyən sinaptik əlaqələr itir. Bu dövrdə uşağa şəfqətli baxış, qayğı, onunla oyunlar oynamaq, öyrədici məşğələlər aparmaq bu sinaptik əlaqələrin artmasına, möhkəmlənməsinə dəstək olur. Əgər bu stimulyasiyalar olmasa, sinaptik əlaqələr itir.

2-3 yaşa qədər uşağa öyrədə bildiklərimizi yuxarı yaşlarda öyrətmək çətin olur. Bizim artıq tez öyrənə bilməyəcəyimiz xarici dili 3 yaşlı uşaq oxuyub-yazmaq bilmədən tez bir zamanda öyrənir. Bu da sinaptik əlaqələrin budanmasına bir sübutdur.

İnkişaf çətinliklərinin olduğu nədən bilinir?

Günümüzün aktual problemlərindən biri – inkişaf çətinlikləridir. Uşaqların inkişafına təsir edən risk faktorları var ki, bunlar inkişafın ləngiməsinə səbəb olur. Bu risk faktorlarına perinetal problemlər, qidalanma çatışmazlığı, xroniki xəstəliklər, infeksion xəstəliklər, görmə və eşitmə zəifliyivə s. aiddir.

Bilmək lazımdır – uşağın göz kontaktı necədir, ifadə və anlama dili, hərərkətləri, oyunları, münasibət qurması necədir. Əgər bu sahələrin hansındasa ləngimə varsa, həkimə müraciət olunmalıdır.

İnkişaf çətinliklərində hansı müdaxilələr aparılır?

Erkən diaqnostika erkən müdaxiləyə - bərpa müalicəsinə tez başlamağa kömək edir. Risk amillərinin azaldılması, qoruyucu amillərin artırılması əsas şərtdir. Erkən bərpa müalicəsi dedikdə, inkişaf ləngiməsi aşkarlanan kimi başlanan, ləngimə olan sahələrə dəstək məqsədilə edilən müalicə başa düşülür. Massaj, müalicə idmanı, psixoloq, loqoped, defektoloq yardımı ilə inkişaf ləngiməsi olan uşaqlara kömək etmək olur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az 


Nevroloq HT,Ali dərəcəli həkim

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz