Abdulla Şıxlinski hekimtap.az

Abdulla Şıxlinski,Birinci dərəcəli həkim

Psixiatr

Birinci dərəcəli həkim

35 il iş təcrübəsi

Bakı
yaddaş və onun pozulmaları

Yaddaş və onun pozulmaları

Müəllif: Psixiatr Abdulla Şıxlinski
6374

Paylaşıldı: 23.07.2019
Abdulla Şıxlinski

Yaddaş insan orqanizminin ən böyük möcüzəsidir. Yaddaşsız indiki dövr ölü olardı və insan gələcək üçün yaşamazdı. Yaddaşsız insan alova doğru uçan və orada məhv olan bir günlik kəpənəyə bənzəyir. Ona görə də müdriklərdən biri çox düz qeyd etmişdir:”Hələ ki xatırlayıram, mən yaşayıram”. İnsan yaddaşı illər boyu dəyişir. Əgər cavanlıqda yaddaşın fiksasiya funksiyası güclüdürsə, sonralar bu başqa cür olur..Cavanlıqda olan emosional hadisələr: ilk məhəbbət, böyük bədbəxtlik daha tez yadda qalır. Qocalıqda bunun əksi yaranır. Retro yaddaş daha güclü olur.Qoca bir qarı dünın yediyi yeməyi xatırlamır,lakin qırx il əvvəl olan toyunu bütün təfsilatı ilə danışa bilir. Çünki bu toy onun cavanlığı dövrü, qavramanın parlaqlığı, seksual maraqların coşğunluğu şəraitində baş vermişdir. Lakin qocalıqda finsasion yaddaş pisləşir.Ona görə də insan cavanlıqda daha sürətlə, qocalıqda isə ləng danışır. Yaddaşın ümumi pozğunluğuna amneziya deyilir.     Amneziya retroqrad və anteroqrad olur. Birinci halda insan keçirilmiş orqanik xəstəlik nəticəsində xəstəliyin baş vermə anına qədər olan hadisələri yadından çıxarır.Məsələn, küçədə başına kərpic düşmüş adam huşunu itirir. Xəstəxanada ayıldıqdan sonra o yalnız küçədə necə getdiyini və başına nəyinsə dəydiyini xatırlayır. Onun necə aparılması, kimlər tərəfindən yardım edilməsi, hadisənin baş vermə şəraiti tam yaddaşdan silinir. Buna anteroqrad yaddaş pozulması deyilir.Bundan əlavə yaddaşın keyfiyyət pozğunluqları mövcuddur. Məsələn,konfabulyasiya. Bu, yalançı xatirələrdir. İnsan heç vaxt olmamış hadisələri öz şəxsi xatirələri kimi danışır.
Yaddaş pozğunluqlarından biri də patoloji plagiatdır. Bir yazıçı L.Tolstoyun “Anna Karenina” əsərinin onun tərəfindən yazıldığını iddia edir.İntellekt, yaddaş biososial komponentlərə malikdir. Sosial komponentlər bioloji komponentlərin üzərində qurulur.


Abdulla Şıxlinski,Birinci dərəcəli həkim

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz