Abdulla Şıxlinski hekimtap.az

Abdulla Şıxlinski,Birinci dərəcəli həkim

Psixiatr

Birinci dərəcəli həkim

35 il iş təcrübəsi

Bakı
homoseksualizm xəstəlikdirmi

Homoseksualizm xəstəlikdirmi?

Müəllif: Psixiatr Abdulla Şıxlinski
6218

Paylaşıldı: 06.09.2019
Abdulla Şıxlinski

İnsanların seksual meyilləri həddən artıq rəngarəngdir. Fiziologiya və təbabət elmləri sübut etmişdir ki, hər bir insan ikicinsli meylə malikdir. Lakin insanların əksəriyyətində öz cinsindən olan insanlara meyillilik üzə çıxmır, həmişə gizli qalır. Bu səbəbdən də bu insanlara seksual çoxluqlar, 2-ci qrup, yəni öz cinsindən olan insanlara meyli olanlara seksual azlıqlar deyirlər.Bioloji olaraq hər bir insan biseksualdır: yəni hər bir insan istənilən anda şəraitdən asılı olaraq kritik bioloji və psixoloji vəziyyətlərdə həm getero, həm də homoseksual ola bilir.Lakin bu həqiqət çox insanların şüuruna ya çatmır, həmişə şüur altında qalır, ya da şüura çatsa da,mentalitet, tərbiyə, sosial normalar hesabına başa düşülmür.Homoseksualizm çox qədim bir haldır.Həm bizim eradan əvvəl, həm də çox qədim zamanlarda homoseksual daima olmuşdur.Onlar indi də var və həmişə də olacaqlar.Təbiətin əmələ gətirdiyi homoseksualizm kimi hal nə pis, nə də yaxşı kimi qiymətləndirilə bilər. O,sadəcə bioloji bir fakt kimi qəbul olunmalıdır.Qədim Roma imperiyasında,bir çox qüdrətli Şərq ölkələrində ( İran,Hindistan, Ərəbistan və s.) ,Avropa ölkələrində qədim zamanlardan daima homoseksualizm olmuşdur və bəzi adamların fikrinə zidd olaraq bu, heç də yeni bir şey deyildir.
Homoseksualizm tibbi-bioloji bir problemdir.O, pedaqoji problem deyildir. Bəzi nadan insanlar belə başa düşürlər ki, əgər onların uşaqları homoseksualistlərlə oturub-durarsa, o da homoseksualist ola bilər. Bu, tamamilə, səhvdir.Homoseksualizm xəstəlik deyildir. Sadəcə olaraq gələcək homoseksualist ana bətnində olarkən beyindəki cinsi diferensasiya mərkəzinə ananın yoluxduğu bəzi infeksiyalar təsir edir ( herpes,məxmərək,sitomeqalavirus, qrip ).Bu təsir nəticəsində müvafiq mər-kəzdə baş verən bioloji proses nəticəsində onsuz da dünyaya biseksual gələn insanda başqa insanlardan fərqli olaraq homoseksual meyil daha güclü olur.Kişilərdə rast gəlinən homoseksualizmə
aktiv vəziyyətdə predikator, passiv vəziyyətdə pederast , qadınlarda rast gəlinən homoseksualizmə lesbi məhəbbəti və ya satiriazis deyilir.Lesbiyankalar aktiv və passiv olaraq 2 qrupa bölünür.Təbabətdə qəbul olunduğuna görə xalis homoseksualizm termini işlənilir.Bu termin bütün passiv homoseksualistlərə aiddir.Onların əks cinsdən olan fərdə heç vaxt bioloji meyli (libidosu) olmur. Aktiv homoseksualistlər isə əksər halda həm də əks cinsdən olan fərdə libido hiss edirlər.Bundan əlavə kompensator homoseksualizm termini işlədilir. Kompensator homoseksualizm ən çox bircinsli kollektivlərdə ( hərbi hissələr, cəzaçəkmə  müəssisələri, uzun müddət bircinsli kollektivdə yaşamağa məcbur olan insanlar qrupu-rahiblər,geoloqlar, hərbi-dəniz donanmasında qulluq edən hərbçilər, sualti gəmilər, aylarla, illərlə dənizdə hərbi yürüşlərdə olan gəmilərin kollektivləri), eyni zamanda ailədə puritant tərbiyə görmüş, əks cinsdən olan fərdlərlə kontakta girməyə imkanı olmayan gənc oğlan və qızlar kompensator olaraq homoseksual əlaqədə ola bilərlər.Homoseksualizm
haqqında çox danışmaq olar, lakin bu hal haqqında aşağıdakıları vacib bilmək lazımdır.
1.İnsan öz istəyi ilə homoseksualist olmur.Müxtəlif bioliji, sosial,psixopatoloji faktorlar,perinatal təsirlər bu vəziyyətin əmələ gəlməsinə səbəb olur.Bu baxımdan da homoseksualistlərə pis adam kimi baxmaq ən azı nadanlıqdır.Onlar nə pis, nə də yaxşıdırlar. Onlar sadəcə olduqları kimi vardırlar.
 2.Homoseksualizm xəstəlik deyil.Bu baxımdan da homoseksualistləri müalicə etmək cəhdi səhvdir, çünki bu hal xəstəlik olmadığına görə müalicə də oluna bilməz.
 3.Homoseksualizmin tərbiyə ilə heç bir əlaqəsi yoxdur.Bütün insanlarda olduğu kimi homosek-
sualistlərin də içərisində həm yüksək tərbiyə görmüş qabiliyyətli, həm də nadürüst, bacarıqsız adamlar da vardır.Tarixdə öz gözəl əməlləri, yüksək yaradıcılıqları ilə iz qoymuş saysız-hesabsız
homoseksualistlər mövcuddur: Oskar Uayld,Pyotr Çaykovski,Nikolay Qoqol, Marina Svetayeva, Sergey Eyzenşteyn,Svyatoslav Rixter,Faina Ranevskaya,Rudolf Nureyev,Filip Kirkorov,Maksim Qalkin və s.


Abdulla Şıxlinski,Birinci dərəcəli həkim

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz