Abdulla Şıxlinski hekimtap.az

Abdulla Şıxlinski,Birinci dərəcəli həkim

Psixiatr

Birinci dərəcəli həkim

35 il iş təcrübəsi

Bakı
altsheymer-xəstəliyi

Altsheymer xəstəliyi 

Müəllif: Psixiatr Abdulla Şıxlinski
8048

Paylaşıldı: 07.08.2019
Abdulla Şıxlinski

Təyinatı:

Bu bölmədə geniş bir qrup xəstəliklər birləşir.Altsheymer xəstəliyi dedikdə 2 variant nəzərdə tutulur:
1-ci- altsheymer tipli qocalıq ağıl zəifliyi ;
2-ci: xüsusi altsheymer xəstəliyi.

Xəstəlik 1907-ci ildə Alois Altsheymer tərəfindən təsvir edilmişdir.

Altsheymer xəstəliyi səbəbləri:
Altsheymer xəstəliyi zamanı olan demensiya beyin maddəsinin qlobal atrofiyası nəticəsində baş verir. Qarşısıalınmaz proqressivləşən yaddaş, təfəkkür pozğunluqları, nitqin, yazının, avtomatik hərəkətlərin pozulması ilə müşahidə olunur.ABŞ Milli Qocalma institutunun məlumatlarına görə, altsheymer xəstəliyi bütün demensiyaların 62 faizini təşkil edir və ən geniş yayılmış hesab olunur.Bu xəstəlik qocalıq önü və qoca yaşlarında olan insanları zədələyir. Bununla əlaqədar olaraq, erkən və gecikmiş AX  təyin olunur.Lakin patoloji anotomik məlumatlara görə 38 yaşında da AX təsadüf oluna bilər. Xəstəlik başlayandan 5-15 il sonra ölümlə nəticələnir.Xəstəliyin yaranmasında coğrafi amillərin heç bir əhəmiyyəti yoxdur. AX həm güclü inkişaf etmiş ölkələrdə, həm də həddən artıq zəif inkişaf etmiş ölkələrdə də rast gəlinə bilir. Kişilər və qadınlar eyni tərzdə və eyni tezliklə xəstələnirlər. Xəstəliyin yaranmasında peşənin, fiziki və ya əqli gərginliyin dərəcəsinin heç bir əhəmiyyəti yoxdur.Mütəxəssislərin fikrinə görə, AX ilə xəstə olan insanların sayı durmadan artır. Uzun illər aparılan titanik tədqiqatlara baxmayaraq, xəstəliyin  dəqiq səbəbləri indiyə qədər məlum deyildir. Xəstəlik zamanı ağıl zəifliyinin yaranması beyin toxumasında xüsusi qocalıq şişkinliyinin və toxumanın neyrofibrillərlə əvəz olunması ilə əlaqədardır. Beyində çoxlu ameloid yığılır, qan damarlarının divarları ameloidlə tam örtülmüş olur. Nəticədə qan dövranı pozulur, beynin qlobal atrofiyası inkişaf edir. Qlobal atrofiya nəticəsində lokalizasiyadan asılı olaraq yuxarıda göstərilən psixi pozğunluqlar inkişaf edir.

Altsheymer xəstəliyinin simptonları ( əlamətləri):

Xəstəliyin 3 mərhələsi ayırd edilir.

1-ci mərhələnin xarakterik əlaməti yaddaşın cari hadisələrə itməsidir. Buna fiksasion amneziya deyilir. Xəstələr gün ərzində edəcəkləri ardıcıl hərəkətləri unudurlar. Mağazaya girir, lakin nə almaq lazım olduğunu yadında sala bilmir. Gün ərzində xərclədiyi pulun miqdarını xatırlamır.Bəzi hallarda evdən nə üçün çıxdığını belə yadına sala bilmir. Təyin olunmuş görüşlər, ictimai işlər, iclaslar və onların vaxtı yadından çıxır. Tanış adamları təsadüfən görərkən onları tanımırlar. Lakin xəstəliyin ilk mərhələlərində onlara kömək olunduqda tanış insanların tanınması asanlaşır. Ətraf insanların nitqi başa düşülmür. Say, yazı, ev və professional işlərin görülməsində xəstələrin köməyə ehtiyacı olur. Xəstələr özlərini itirir, həyəcanlı olurlar.Amerika psixiatrlarının fikrinə görə, xəstələrdə bu mərhələdə tənqid qalır, onlar böyük bir təhlükənin onlara yaxınlaşdığını hiss edirlər. Lakin xəstəliyi qəbul etmək istəməyib onu yorğunluqla əlaqələndirirlər.

2-ci mərhələdə yaddaş pozğunluqları dərinləşir, xəstələrdə sensor, motor afaziya əmələ gəlir. Xəstələr öz övladlarını, qohumlarını tanımırlar.

3-cü mərhələ terminal mərhələdir. Yaddaş tam itir, xəstələr yataqdan qalxa bilmir, fiziki cəhətdən tam sönüklük yaranır, udqunma pozulur və ölüm baş verir. Belə xəstələrin tipik problemləri onların emosional və fiziki sferalarında baş verir.

Altsheymer xəstəliyinin diaqnostikası :

AX psixonevroloji xəstəlik olsa da, diaqnozun qəti qoyulması həkim-psixiatr tərəfindən həyata keçirilir. Diaqnoz kliniki ( psixopatoloji, psixonevroloji simptomların və sindromların aşkar edilməsi ) və instrumental ( beynin KT müayinəsi, MRT müayinəsi ) nəticəsində dəqiqləşdirilir.

Altsheymer xəstəliyi müalicəsi:

Psixofarmakoloji metodlarla həyata keçirilir.Müvafiq preparatların seçilməsi və təyin edilməsi yalnız həkim-psixiatr tərəfindən həyata keçirilir. Xəstələrə eyni zamanda beyin mübadiləsini və beyin qan dövranını yaxşılaşdıran  dərmanlar, ürək fəaliyyətinin tənzimləyiciləri müəyyən edilir.

Altsheymer xəstəliyinin profilaktikası:         

Xəstəliyin səbəblərinin naməlum qalması nəticəsində profilaktika tədbirlərinin işlənib hazırlanması qeyri-mümkündür.


Abdulla Şıxlinski,Birinci dərəcəli həkim

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz