Aybəniz Həsənova hekimtap.az

Aybəniz Həsənova

Dermatoveneroloq

6 il iş təcrübəsi

Bakı
seboreyali dermatit və səbəbləri

Seboreyali dermatit və səbəbləri

Müəllif: Aybəniz Həsənova
23911

Paylaşıldı: 25.01.2018
Aybəniz Həsənova

Piy vəziləri halokrin sekresiyalı alveolyar vəzilərdir və böyük əksəriyyəti tük follikulları ilə əlaqəlidir. Ovuc və ayaqaltı istisna olmaqla dəri örtüyünün bütün sahələrində rast gəlinir. Dəridə 4-8 milyona qədər piy vəziləri mövcuddur, daha çox başın tüklü hissəsində, boyunda, burunda, döş qəfəsinin yuxarı hissəsində və onurğanın dərisində rast gəlinir (1sm²-də 400-900 a qədər ). Sutka ərzində 20 gr dəri piyi ifraz olunur, bunun 67%-I sudan və 33%-I bərk çöküntüdən ibarətdir. Bərk çöküntünün çox hissəsi lipidlərdən, az miqdarda zülallardan, hormonlardan, və digər maddələrdən təşkil olunmuşdur. Piy vəzilərinin sekreti tükləri və dərini yağlamaq hesabına müdafiə funksiyasını təmin edir, dəriyə elastiklik verir və dəri səthinin toxuma müqavimətini asanlaşdırır. Sərbəst yağ turşuları saxlaması hesabına bakteriosid və funqostatik aktivliy malikdir piy vəzilərinin sekreti.

Piy vəzilərinin funksiyası beyin qabığı tərəfindən idarə olunur.Ona görə də ruhi gərginlik, yorğunluq və s. zamanı piy vəzilərinin funksiyası dəyişir. Bundan başqa müəyyən edilmişdir ki, piy vəzilərinin funksiyası endokrin sistemin vəziyyətindən də asılıdır. Belə ki, cinsi yetişkənlik zamanı oğlan və qızlarda piy vəzilərinin funksiyası artır. Qocalarda isə tezliklə piy vəzilərinin funksiyası azalır.

Beləliklə, ifraz olunan dəri piyinin miqdarı və keyfiyyəti sinir və endokrin, həzm sistemlərin vəziyyətindən, xəstələrin cinsindən, iqlimdən, ilin mövsümündən və qidalanma xüsusiyyətlərindən asılı olaraq dəyişir.

Piy vəzilərinin funksiyasının pozulması nəticəsində əmələ gələn xəstəlik seboreyadır. Seboreya zamanı dəri piyi həm kəmiyyət olaraq, həm də tərkib olaraq dəyişir.Xəstəliyin etiologiya və patogenezi tam aydın deyil. Cinsi yetişkənlik dövründə normal sinir-endokrin əlaqələr pozulur: Beləki, hipofizin və böyrəküstü vəzinin funksiyası artır, cinsiyyət vəziləri aktivləşir,androgenlərlə estrogenlər arasında normal əlaqə pozulur.  Xəstəlik zamanı androgenlərlə estrogenlər arasında nisbi tarazlığın androgenlərin artması istiqamətində pozulur. Bununla yanaşı olaraq mərkəzi sinir sisteminin fəaliyyəti də dəyişilir.Onun vegetative bölməsinin tonusu artır və beləliklə, yeni sinir-endokrin əlaqələri yaranır.

Vegetativ sinir və endokrin sistemlərin qarşılıqlı əlaqəsinin müvəqqəti pozulması nəticəsində piy vəzilərində hiperplaziya, hiperfunksiya müşahidə olunur, dəri piyinin kimyəvi tərkibi dəyişir. Follikulyar hiperkeratoz baş verir.  Bundan başqa müəyyən edilmişdir ki, mədə-bağırsaq sistemi xəstəlikləri, xroniki infeksion xəstəliklər, hipovitaminozlar  vs  zamanı seboreyanın gedişi ağırlaşır.

Hazırki dövrdə tüklü hissənin seboreyasənən və kəpək törədicisi olaraq Pitirosporum göbələkləri göstərilir. 90 %  hallarda bu maya göbələkləri sağlam insanın dərisində də olur. Göbələk piy vəzilərinin ətrafında olur və böyümək, inkişaf etmək üçün onun sekretindən istifadə edir.

Uyğun olmayan şərait olduqda dərinin və piy vəzilərinin müdafiə funksiyası pozulur. Orqanizm pitirosporumların çoxalmasına nəzarəti itirir və onların sayı hədsiz çoxalır. Başın tüklü hissəsinin  normal mikroflorasının 50 %-ni  bu göbələklər təşkil etdiyi halda, seboreya zamanı bu 75 %  təşkil edir.   

Göbələkləri aktivləşdirən səbəblərdən biri də piy vəzilərinin ifraz etdiyi piyin tərkibinin dəyişməsidir. Bu haqda yuxarıda məlumat verilib.

Klinik şəkli: Seboreya əsasən dəri örtüyünün piy vəziləri ilə zəngin olan başın tüklü hissəsində, alında, burunda, çənədə, döş qəfəsinin ön və arxa yuxarı nahiyyələrində,cinsiyyət üzvlərində müşahidə olunur.

Klinik şəklindəm asılı olaraq seboreyanın aşağıdakı formaları var:

1. Qatı  seboreya
2. Duru seboreya
3. Quru  seboreya
4. Qarışıq  seboreya

Qatı seboreya

20-30 % kişilərdə,3% qadınlarda xəstəlik qatı seboreya kimi gedir. Xəstəliyin ilk əlamətləri 16-20 yaşında başlayır.

Bu zaman xəstələrin üzündə yağlanma artır və tək-tək kamedonlar və sızaqlar əmələ gəlir. Bir neçə ilə xəstəlik maksimuma çatır. Dəri örtüyünün bir çox sahələrində kamedonlar, sizaqlar, ateromlar əmələ gəlir. Bu xəstələrdə adətən dəri qalınlaşır, onun haşiyələri kobudlaşır və məsamələr genişlənir.

Qatı seboreyalı xəstələrdə piy qatı olduğundan piy axarlarından çətinliklə xaric olur. Bu vaxt   nöqtəvari kamedonlardır. Bu kamedonları yanlardan sıxdıqda oradan bir ucu qara sapvari piy kütləsi xaric olur.

Qatı seboreyalı xəstələrdə həqiqi və qeyri-həqiqi ağ sızaqlar, ateroma daha çox müşahidə olunur. Həqiqi ağ sızaqlar epidermisin səthi kistası deməkdir. O, bərkimiş epidermis hüceyrələrindən ibarətdir. Qeyri-həqiqi ağ sızaqlar isə piy vəzilərinin səthi kistası hesab olunur. Onlar buynuzlaşmış hüceyrələrdən və piy maddəsindən ibartdir.

Ateroma piy vəzilərinin dərin kistasıdır. Onlarən içərisi qatılaşmış piylə dolu olur.Bəzən ateroma iltihablaşır.

Adi sızaqlar ( gənclik sızaqları) kimi məlum olan səpələnmiş düyüncüklü, bərkimiş, absesli və birləşmiş sızaqlar seboreyalı xəstələrdə adətən böyük həcmli, çox miqdarda olur və uzun sürür. Düyüncüklü sızaqların inkişafı 2-3 həftə çəkir. Bu müddətdən sonra iz buraxmadan qurtarır. Lakin bəzən irinləşir. Bərkimiş sızaqlar 3-4 həftə uzanır. Onlar adətən bərk konsistensiyalı, ağrılı və göyümtül-çəhrayı rəngdə olur. Özündən sonra xırda çapıq buraxır.

Birləşmiş sızanaq ( acne conglobata ) daha ağır keçir. Onlar bir neçə komedonların, sızaqların və ateromların birləşməsindən əmələ gəlir. Birləşmiş sızaqlar bəzən irinləşir və özündən sonra çapıq buraxır.

Qatı seboreyanın gedişində bəzən furunkulyoz, piodermit və başın tüklü hissəsində kəpəklənmə müşahidə olunur. Çox nadir hallarda dazlıq baş verə bilər.

Duru  seboreya

İlkin əlamətləri qızlarda 12-14, oğlanlarda isə 13-16 yaşlarında baş verir.Seboreya adətən üzdə və başın tüklü hissəsində piylənmənin artması ilə başlanır. Bəzən həmin yerlərdə tək-tək kamedonlar, qabarcıqlar, yaxud sızaqlar əmələ gəlir. Xəstələrin bir qismində xəstəlik kəskinləşmirş fizioloji seboreya yaxud duru seboreyanın yüngül forması kimi gedir.

Xəstələrin bir qismində isə yağlanma daha da artər. Bu zaman dəri piyi duru olduğundan o genişlənmiş piy axarlarından asanlıqla axıb gedir.Ona görə də duru seboreyalı xəstələrdə kamedonlar demək olar ki, heç əmələ gəlmir. Duru seboreya zamanı deridəki məsamələrin genişlənməsi hesabəna dəri apelsin qabığını xatırladır. Piy vəzlərinin hipersekresiyası səbəbindən dəri yağlı, parlaq görünür. Başın tüklü hissəsində tüklər parlaq olur, sanki saçlar yağlanıb və bir-birinə yapışır. Həmçinin başın tüklü nahiyəsində sarı qabıqlanma daha qalın müşahidə olunur.

Yağlanmış dəri əsasında adətən qabarcıqlar və irinli sızaqlar baş verir.Düyüncüklü seboreya ( seborea tuberosum ) 2-3 mm böyüklüyündə, yarımdairəvi və tünd qırmızı rəngdə olur. Subyektiv əlamətlər demək olar ki, olmur.  

Irincikli sızanaq (seborea pustilosa ) bəzən birincili əmələ gəlir. Bəzən də onlar qabarcıqların irinləməsi nəticəsində yaranır. Bir neçə gün sonra irinlik quruyur və qartmaqla örtülür. Çox keçmədən həmin qartmaqlar tökülür və onların yerində qızartı qalır.

Seboreyanın bu formasında da dəri piyinin kimyəvi tərkibi dəyişdiyindən  o özünün bakteriosid funksiyasını itirir. Buna görə də bəzən ikincili infeksiya qoşula bilər. İrinli səpgilərin əmələ gəlməsində stafilokokların və follikul parazitlərinin ( demodex folliculorum ) əhəmiyyəti vardır. Əksər hallarda piodermitə rast gəlinir ( osteofollikulit, follikulit, furunkul, sikoz, impetiqo, başın tüklü hissəsinin diffuz xroniki streptodermiya ).

Quru seboreya

Müxtəlif səbəblərdən əmələ gələ bilər: dəriyə qeyri-düzgün qulluq, yaş xüsusiyyətləri, iqlim vs faktorlar. Məsələn, tez-tez sabun və isti suyla yuyunmaq dərinin qurumağına gətirib çıxarır. Quru seboreya zamanı piy ifrazatı azaldığı üçün bütün başın dərisi və tüklər quruyur,pulcuqlar əmələ gəlir. Pulcuqlar asanlıqla dəridən ayrıla bilir,bəzən özbaşına tökülür (kəpək ). Bəzən onlar birləşib ağ-bozumtul vəya sarı-bozumtul qartmaq əmələ gətirir. Saçlar adətən quru, cansəz, haçalanmış uclu olur.  Bu əlamətləri qaşınma müşayiət edir. Əgər xəstə saçını gec-gec yuyursa bu hal daha da şiddətlənir və dərinin yeni sahələrini əhatə edir, kəpəklənmə daha geniş vesət alır.

Xəstəliyin bu formasında bədənin müxtəlif nahiyələrində follikulyar keratoz müşahidə olunur. Bundan başqa dəridə nazik pulcuqlarla əhatə olunmuş çəhrayı vəya qırmızımtıl ləkələr-seboreidlər qeyd olunur. Subyektiv olaraq xəstələr dəridə dartılma, yüngül qaşınma hiss edir, bu əlamətlər yuyunduqdan sonra ( əsas da soyuq su ilə ) daha da artır.

Qarışıq forma

Əksər hallarda rast gəlinir, məsələn üzün orta nahiyyəsi (alın, burun, çənə) yağlı, yanaqlar isə quru olur vəya üzdə duru seboreya, başın tüklü hissəsində isə qatı yağlı  seboreya ola bilər.

Tipik hallarda seboreya diaqnozunu qoymaq çətinlik törətmir: xəstənin yaşı, səpgilərin lokalizasiyası və xarakteri düzgün diaqnoz qoymağa imkan verir. Bəzən xəstəliyi seboryalı ekzema və psoriazla differensasiya etmək lazım gəlir.

MÜALİCƏ

Müalicənin əsasını pəhriz təşkil edir, yağlı, duzlu, ədviyatlı qidalar, spirtli içkilər, konservlər, kakao, bal, qoz, şokolad vs məhdudlaşdırılmalı bəziləri tamamilə ləğv olunmalıdır.Qida rasionuna soyutma ət, balıq, kəsmik,qatıq, meyvə, tərəvəz, göyərti vs daha çox yer tutmalıdır. Orqanizmdə olan digər daxili, xroniki xəstəliklər tapılmalı və müalicə olunmalıdır (mədə-bağırsaq, endokrin, sinir sistemi xəstəlikləri,həmçinin cinsi xəstəliklər ).Yalnız bundan sonra seboreya müalicəsi müsbət nəticə verə bilər.

Ümumi müalicə zamanı vitamin  A, C, E, grup B istifadə olunur. Vit A 100.000 BV sutkalıq dozada 2-3 ay müddetində təyin olunur.Vitaminoterapiya ilə yanaşı mikroelementlər də təyin oluna bilər (kükürd preparatları, dəmir, fosfor vs ).

Yağlanmanı azaltmaq üçün antiandrogen preparatlardan da istifadə oluna bilər. Məsələn “Diana” preparatı bu xüsusiyətə malikdir.Qadınlara bu preparat aybaşı tsiklinin 5-ci günündən 21 gün müddətində 1 tabletkadan təyin olunur. Kişilərdə isə 20 günlük intervalla 10 günlük təyin olunur preparat.

Seboreya zamanı yerli olaraq spirt tərkibli qarışımlar, rezorcin (2-5% ), salisil turşusu ( 2-3% ), bor turşusu istifadə olunur.Həmçinin vitamin A, E tərkibli kremlərdən də istifadə oluna bilər. Kəpək əleyhinə selen sulfid tərkibli şampunlardan istifadə oluna bilər.Periodik olaraq ildə iki dəfə selen sulfid preparatlarından istifadə etmək olar.

Steroid hormonlardan kortizon, prednizolon, deksametazon, triamsinolon vs seboreyalı və sızanaqlı xəstələrin müalicəsində geniş istifadə olunur. Bu hormonlar əsasən aşağı və orta dozalarda və qısa müddət təyin olunur. Müəyyən nəticə əldə ettikdə bu hormonlar dayandırılır.

Xəstəlik nahiyyəsində ikincili infeksiya baş verdikdə antibiotiklərdən: benzilpenisilin, bisilin, levomitsin, eritromisin, daha yaxşı nəticə verir. Bu xəstələrin müalicəsində stafilokok anatoksini, vaksin, histoqlobulin, qamma-qlobulin vs immun-bioloji üsullarla müalicə aparılır.  

Başın tüklü hissəsinin tutulması zamanı ketakanazol, sink, və qətran tərkibli şampunlar təyin olunur. Onlar həftədə iki dəfədən az olmamaqla ən az bir ay istifadə olunur. Sonrakı müddətdə bu preparatlar profilaktik məqsədlə iki həftədə bir dəfə istifadə olunmalıdır. Həmçinin ağır formalarda salisil spirti, qətran preparatları və yumuşaldıcı preparatlar istifadə olunmalıdır.

Effekt alınmasa steroid mazlar yerli olaraq istifadə olunur. Daha ağır formalarda isə bu mazlarla yanaşı göbələk əleyhinə preparatlar daxilə qəbul olunur: Ketakanazol 200 mg/gün, terbinafin 250 mg/gün, Flukanazol 100 mg/gün vs. Müalicə 4 həftə davam edir. Kompleks müalicə məqsədilə vitaminlər, allergiya əleyhinə, sakitləşdirici, mədə-bağırsaq sistemi funksiyasını normallaşdıran preparatlar istifadə oluna bilər.

Proqnoz:

Yaxşıdır. Əsasən xəstəlik 26-28 yaşınadək qurtarır. Bəzən iz qoya bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Aybəniz Həsənova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz