Ruhel Qasımov hekimtap.az

Ruhel Qasımov

Vertebroloq

8 il iş təcrübəsi

Bakı
bel ağrısılarının müalicəsi

Bel ağrısı

Müəllif: Vertebroloq Ruhel Qasımov, Əlaqə: (+994) 50 863-66-88
8173

Paylaşıldı: 30.05.2018
Ruhel Qasımov

Bütün ağrıların 37%-i bel ağrılarına təsadüf edir. Bunların içərisində  lümbal (bel-oma) radikulopatiyalar ən çox rast gəlinən və ağrı dərəcəsinə görə ən ağır keçən xəstəlikdir.

Radikulopatiyalar nədir?

Ayağa gedən bir sinir kökcüyün sıxılması nəticəsində ağrının yaranmasıdır. Sıxılmış sinirin yerləşməsinə bağlı olaraq ayağın bir hissəsinə və ya bütün ayağa yayılan ağrı ilə birlikdə sinirin sıxılması ilə bağlı olaraq keyimə, yanma, güc zəifliyi kimi şikayətlər diqqət çəkir. Bel ağrılarında, fəqərələr arası disk yırtıqları zamanı yırtığın sinir kökcüyünü sıxması ən çox rast gəlinən patologiyadır.

Bel ağrısını yaradan səbəblər

Bel ağrılarında radikulopatiya əlamətləri mühtəlif səbəblərdən yarana bilər. Lakin hər nə səbəb olur olsun, nəticə olaraq onurğa beynindən çıxan sinir kökcüklərinin sıxılması və qıcıqlanmasına səbəb olur.

 – Fəqərələrarası disk yırtıqları
 – Osteofitlər
 – Spondilyozlar
 – Sinir kökcüyünə yaxın olan bağ və vətərlərin qalınlaşması
 – Şişlər
 – İnfeksiyalar
 – Skoliozlar
 – Şəkərli diabet
 – Onurğanın iltihabi və deqenerativ xəstəlikləri

Bel ağrılarında lümbal radikulopatiyanın əlamətləri:
Bu əlamətlər tamam ilə sinir kökcüyünün zədələnmə səviyyəsindən asılıdır. Amma ümumi olaraq ağrı, keyimələr və iynə batırma hissləri bel-oma, ayaqlarda olur. Xəstədə qəbizlik və aralıqda (xayalarda) ağrı şəklində yarana bilir. Ağrı həm lokal (yerli) həm də beldən ayaq istiqamətində ola bilir.

Bel ağrısı zaman diaqnostika

İlk növbədə xəstə mütəxəssis tərəfindən müayinə olunub xəstənin şikayətləri ətraflı toplanmalıdır. Bel ağrısı zamanı xəstənin əzələ gücü, hissiyyat və refleksləri yoxlanılır.

Ehtiyac olduqda xəstə bu müayinələrə göndərilir:
 – Rentgenoqramma
 – KT (kompyuter tomoqrafiya)
 – MRT (maqnit rezonans tomoqrafiya)
 – ENMQ (elektro neyro mio qrafiya)

Bel ağrısının müalicəsi

 – Dərman müalicəsi
 – Epidural steroid blokadası
 – Transforaminal steroid blokadası
 – Nukleoplastika Radiofrekans ilə
 – Epiduroskopiya
 – Proloterapiya
 – Fizioterapiya ve reabilitasiya
 – Cərrahi əməliyyatlar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Ruhel Qasımov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz