Mirhətəm Əliyev  hekimtap.az

Mirhətəm Əliyev ,PhD

Ümumi cərrah

Tibb elmləri namizədi

Bakı

Həkim haqqında

Bütün  əməliyyatlar az invaziv laporoskopik üsulla və tradision açıq üsulla həyata keçirilir.

Qida borusunun rezeksiyası və plastikası , Heller kardiomiotomiyası, diafraqmal yırtıqların plastikası, krurorafiya.

Qastro-ezofageal refluks xəstəliyi zamanı: fundoplastikasiya-Nissen, Dor, Toure üsulları iləç

Mədə əməliyyatları: mədənin müxtəlif həcmli rezeksiyaları, qastrentomiya, ezofago-enteral anastomozların yaradılması. Piylənmə zamanı- mədə kiçiltmə əməliyyatları: sliv gastrektomiya, gastroplikasiya və mədə çuntlama əməliyyatı.

Qara ciyər və öd yolları xəstəlikləri:

Öd daşı xəstəliyi- xolesistektomiya və onun fəsadlaşmaları, qaraciyər xarici öd axarlarının plastikası, biliodigestiv  anastomazların qoyulması.

Qaraciyər rezeksiyaları, qaraciyər kistalarının və absseslərinin xaric olunmsı və s.

Mədəaltı vəzin xəstəlikləri:

-      Pankreato-duodenal rezeksiya,

-      Mədəaltı vəzin kistalarının xaric edilməsi,

-      Pankreatiko-digestiv anastomozlar.

Nazik bağırsağın rezeksiyaları

Yoğun bağırsağın xəstəlikləri:

-      Sağ tərəfli hemikolektomiya

-      Sol tərəfli hemikolektomiya

-      Total kolektomiya

-      Düz bağırsağın rezeksiyası və ekstirpasiyası

Hemorroidal düyünlərin, düz bağırsaq fistullarının, anal çatın və dermoid kistaların xari edilməsi ( müasir üsullarla)

Bütün növ yırtıqların ləğvi və plastikası:

-      Diafraqmal yırtıqlar

-      Qasıq yırtığı

-      Göbək yırtığı

-      bud yırtığı

Əməliyyatdan sonrakı ventral yırtıqlar.

Endokrin cərrahiyyə:

-      Zob əməliyyatları: qalxanabənzər vəzinin rezeksiyaları, total tireodektomiya, subtotal tireodektomiya.

-      Böyrəküstü vəzilərin şişlərinin xaric edilməsi.

İrinli cərrahiyyə:

Bütün absses və fleqmoklavik  drevə olunması, vekrektomiyalar, aşağı ətrafların amputasiyaları.

Varikoz venaların xaric edilməsi:

-     Ayaqlarda, varikosele, hemorroy

Qinekoloji xəstəliklər: yumurtalıqların, uşaqlıq borularının kistalarının xaric edilməsi, ektopik hamiləliyin ləğvi, hoporoskopik histerektomiya.

Abdominoplastika- piylənmə zamanı.

Təhsil

1983-1990-cı illərdə Rusiya Bloqoveşski Dövlət Tibb İnstitutunun Müalicə Profilaktika fakültəsində təhsil alıb.

2008-ci ildə Rusiya Stevropol şəhəri Stevropol Dövlət Tibb Akademiyasının Tibb Elmləri namizədi elmi dərəcəsinə nail olub.

2008-ci ildə Rusiya Çerkessk şəhəri Ümumi cərrahiyyə üzrə Ali dərəcəli kvalifikasıya kateqoriyasına laiq görülüb.

 

Kurslar

1994-cü ildə Rusiya Sankt-Peterburq şəhəri Həkimlərin Dövlət Təkmilləşdirmə istitutunda qaraciyər, öd yolları və mədəaltı vəzi xəstəliklərinin cərrahi müalicəsi kursu keçib.

1995-ci ildə Sankt-Peterburq şəhəri Həkimlərin Dövlət Təkmilləşdirmə istitutunda qarın boşluğu orqanlarının loporoskopik cərrahiyyəsi kursu keçib.

2000-ci ildə Sankt-Peterburq şəhəri Həkimlərin Dövlət Təkmilləşdirmə İstitutunda  torakal (döş qəfəsi) cərrahiyyəsi kursu keçib.

2005-ci ildə Sankt-Peterburq şəhəri Həkimlərin Dövlət Təkmilləşdirmə istitutunda qarın boşluğu və periton arxası sahənin  video endoskopik cərrahiyyəsi kursu keçib.

2008-ci ildə Sankt-Peterburq şəhəri Həkimlərin Dövlət Təkmilləşdirmə istitutunda koloproktologiya ( yoğun bağırsaq və düz bağırsaq xəstəliklərinin cərrahi müalicəsi) kursu keçib.

2015-ci ildə Azərbaycan Səhiyyə Nazirliyinin Həkimlərin Təkmilləşdirmə İnstitutunda  ümumi cərrahiyyə üzrə  sertifikasiya kursu keçib.

İş təcrübəsi

1990-2013-cü illərdə Rusiya Çerkessk şəhəri Çerkessk Mərkəz şəhər Xəstəxanası Ümumi cərrah-loporoskopist vəzifəsində işləyib.

2013-cu ildə Bakı şəhəri N.Tusi adına klinikada ümumi cərrah vəzifəsində işləyib.

2015-ci ildən Stimul Hospitalda ümumi cərrah vəzifəsində çalışır.

Mirhətəm Əliyev ,PhD

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz