Rəşid Bədəlov hekimtap.az

Rəşid Bədəlov,Prof., Akad.

Kosmetoloq, Ümumi cərrah

Professor, Akademik

18 il iş təcrübəsi

Bakı
kosmetologiyada lazerlərdən istifadə

Kosmetologiyada lazerlər

Müəllif: Tibb elmləri doktoru, RF lazer akademiyasının akademiki, MEDİLAZ lazer klinikasının direktoru. Bədəlov R.К.
13776

Paylaşıldı: 10.08.2017
Rəşid Bədəlov

Əvvəlcədən lazerin nə olduğunu aydınlaşdırmaq lazımdır? "Lazer" ingilis dilində "laser" sözündən əmələ gəlir, "məcburi şüalanma vasitəsilə işığın gücləndirilməsi" - Light Amplification by Stimulated Emission of Radiation cümləsindən ixtisar. Oxucudan "İşığın gücləndirilməsi" sözlərinə diqqət yetirməyi xahiş edirəm, yəni lazer şüalanması - işiğın böyük intensivliyidir və o, radiasiya xüsusiyyətlərinə malik ola bilməz. Ümumilikdə orqanizmə, o cümlədən, hamiləlik zamanı təhlükəli təsiri haqqında bütün suallar yersizdir.

Yəqin ki, hamıya "lazer cilalanma", "lazer epilyasiya" və "lazerlə cavanlaşdırılma" ifadələri məlumdur. Klinikaların və salonların çoxsaylı reklam elanları "son nəsil olan lazer", "ən yeni lazer cilalanma" və "ağrısız lazerlə cavanlaşdırılma" kimi məlumatla doludur. Bəzən reklamı başa düşmək çətin olur, ona görə biz lazer şüalanmasının dəriyə təsiri mexanizmləri baxımından lazer metodları haqqında danışmağa çalışacayıq, o zaman hər hansı lazerin nə üçün yaraşdığı və digərlərindən nə ilə fərgli olduğu aydın olacaq.

Lazer şüalanmasının və dərinin qarşılıqlı əlaqəsi

İlk növbədə, müxtəlif kosmetoloji lazer metodları zamanı istifadə edilən lazer şüalanmasının xassələrini yada salaq.

Birinci mühüm xüsusiyyəti - monoxromatiklikdir.
Hər lazer nanometrlərlə ölçülən müəyyən uzunluqda dalğalarda işıq salır. Bu lazeri müxtəlif uzunluqlu dalğaların qarışığı olan adi işıqdan fərgləndirir. Beləliklə, gördüyümüz işıq - 380-lə 780 nm arası uzunluqda olan şüaların qarışığıdır. Dalğanın uzunluğu çox vacibdir, çünki dərinin müxtəlif strukturlarına eyni uzunluqda dalğaları müxtəlif şəkildə hopur. Məsələn, yaqut lazer 694 nm uzunluğunda qırmızı şüalanma dalğasını generasiya edir, hansını ki əsasən melanin hopur. Bu zaman tərkibində yüksək səviyyədə melanin olan hüceyrələr maksimum isinirlər, ümumilikdə isə dəri az qızır. Əksinə, infraqırmızı lazerlər, məsələn erbiy lazeri, dəridəki suyu qızdırır və praktiki olaraq melanini qızdırmır. Deməli, lazer şüası ilə dərinin müxtəlif strukturlarını "sərrast" isitmək olar və kosmetoloji lazerin dalğasının uzunluğu onun haqqında çox şey deyə bilər: nə üçün istifadə olunur, hansı halda effektivdir və onu necə təhlükəsiz istifadə etmək olar.

Hətta bəzən şüalanmanın uzunluğu lazer haqqında onun adından da daha çox məlumat verə biləcək parametrdir. Məsələn, "diod lazeri" deyiləndə, lazerdəki şüalandırıcının sadəcə yarımkeçirici lazer diodun olduğunu bildirir. Bir diod lazeri isə 1450 nm uzunluğunda dalğaları saça bilər, və o, sizanaq xəstəliyinin müalicəsi üçün istifadə edilir. Digər diod lazeri - 800 nm-dir, və o, epilyasiya üçün istifadə olunur, nəhayət, 970 nm diod lazeri var, o LOR-cərrahiyyəsində tətbiq edilir.

Lazer şüalanmasının ikinci vacib xüsusiyyəti onun zamanda və məkanda dəqiq idarə etmək imkanıdır, həmin zaman yüksək enerjini çox kiçik sahəyə yönləndirmək mümkündür.

Məsələn, infraqırmızı СО2 lazerlər (10600 nm) dəri təkmilləşdirilməsi üçün tətbiq olunur. Onlar bir neçə saniyə ərzində dəri səthini 300-400º-dək qızdırır, o zaman onun tərkibindəki su dərhal toxuma ilə birlikdə buxarlanır. Belə çıxır ki, lazer sanki dərinin incə qatını ondakı nöqsanlarla birlikdə kəsir. Heç bir lampa hətta ən güclüsü də belə  tez şəkildə dərini qızdıra bilməz. Qeyd edək ki, yüksək gücünə baxmayaraq, lazerin bir nöqtəyə işıq saçmanın zamanı saniyələrdən az çəkir, ona görə o, dərini tamamilə yandıra bilməz - o, yalnız incə qalınlıqda bir sahəni aradan qaldırır. Lazerin gücünü və təsir müddətini (impuls müddəti) dəqiq tənzimləmək olar - bu zaman "kəsilən" qatın qalınlığı tənzimlənir.

Lazerlərin üçüncü mühüm cəhəti - bakterisidlikdir.
Dəriyə lazer şüalanmasının təsiri prossesində xəstəlik törədən mikroblar ölür, və dəri zərərsizləşdirilir. Bu lazerlərə iynə, mexaniki hamarlaşdırma prossedurları və pilinqlərlə müqayisədə yüksək üstünlük verir. Bunun sayəsində bəzi lazerlər sızanaq xəstəliyinin müalicəsi üçün istifadə olunur. Onlar sızanaqların əmələ gəlməsinin səbəbi olan dəridəki bakteriyaları məhv edir.

İndi isə kosmetologiya sahəsində tətbiq olunan lazer üsullarına daha ətraflı müraciət edək. Onları iki böyük qrupa bölmək olar. Birincilər - spektrin görünən hissəsində tutqun olanlardır (380-780 nm)  - dəriyə rəng verən dəridəki maddələri qızdırırlar - hemoqlobin (qırmızı rəngli), melanin (qara, qəhvəyi və sarı rəngli) və tatuirovka piqmenti (hər cür rəngdə ola bilər). Qızdırmanın məqsədi - piqment ləkələri, tük qovuqcuqları, damarlar və döymələr kimi rəngləndirilmiş strukturları məhv etməkdir, lakin eyni zaman ətraf dəri toxumasına zərər vurmamaqdır. Obrazlı şəkildə "görünən" lazerlərin fəaliyyətini günəşli gün şəffar sudakı tünd balığın misalında təsəvvür etmək olar. Bizim üçün balıq şəffaf deyil və günəşin infraqırmızı şüaları həm su, həm balıqla hopdurulduğu zaman spektrin görünən hissəsinin şüaları balığın bədənini qızdırır və əgər balıq su səthinə yaxındırsa infraqırmızı şüalar balıq və su tərəfindən əmiləcək.

İkinci qrup lazerləri infraqırmızı dalğaları saçır və dəridəki suyu qızdırırlar, özü də, orda melaninin və hemoqlobinin olmasından asılı olmayaraq bunu müntəzəm şəkildə edirlər. Bu onunla bağlıdır ki, su dəriyə az-çox müntəzəm olaraq bölüşdürülüb - həm melanin toplayan hüceyrələrdə, həm damarlarda, həm tük qovuqcuqlarında. İstifadə olunan dalğanın uzunluğundan, gücündən və impuls müddətindən asılı olaraq, infraqırmızı lazerlər suyu və onunla birlikdə nazik dəri qatını buxarlandırmağı (lazer ablyasiyası), fototermoliz halını yaradaraq və ya digər sözlə dərinin struktur elementlərini məhv edərək, dərini 50-90º-ə kimi qızdırmağı bacarırlar. Nəhayət, heç bir şeyi məhv etməyən, yalnız dəridəki mübadilə proseslərini stimullaşdıran və modulyasiya edən, müxtəlif terapiya nəticələrinə gətirib çıxaran aşağı intensiv infraqırmızı lazerlər var.

Lazer epilyasiyasından danışaq

Lazerlə eyilyasiya üçün çox vaxt yaqut (694 nm), aleksandrit (755 nm), neodim (1064 nm) və diod (800 - 900 nm) lazerlər istifadə olunur. Yaqut lazer ən təhlükəsiz və qoruyucu biri sayılır, lakin əsasən açıq rəngli dəridə qara tüklərin epilyasiyası zamanı yaxşı nəticə verir. Aleksandrit lazeri - ən səmərəlilərdən biridir, lakin bir az təhlükəlidir, buna görə də müasir lazerlərin daxilinə, məsələn Candella, dərinin səthini soyudan quraşdırılıb. Neodim lazerləri əsmər dəridə tünd tüklərin aradan qaldırılması üçün səmərəlidir. Bütün epilyasiya üçün lazerlər tük qovuqcuğunu qızdırır, çünki onun tərkibində melanin var, qovuqcuq dağılır və tük artıq uzanmır.

Bir prosedur zamanı follikuların yalnız bir hissəsi dağılır: fəal artım fazasında olanlar. Buna görə 6-8 həftə fasilə ilə 5-8 prosedurdan keçmək lazımdır, əgər epilyasiya bədəndə keçirilirsə, və 3-4 həftə fasilə ilə, əgər epilyasıyası üzdə keçirilirsə.

Lazer epilyasiyasının, fotoepilyasiyanın kimi, məhdudiyyətləri var: açıq rəngli saçları açıq rəngli dəridə aradan qaldırmaq mümkün deyil (lazerə sadəcə qızdırmağa heç bir şey yoxdur), əsmər dəridə isə epilyasıya ümumiyyətlə təhlükəlidir (lazer tükdən başqa dərinin melanininidə qızdıracaq, bu isə yanıqları əmələ gətirə bilər).

Damar defektlərinin müalicəsi

Damar defektlərinin müalicəsində spektrin yaşıl sahəsində saçan lazerlər istifadə olunur. Hemoqlobin hopmasının zirvəsi 577 nm, görünən işığın sarı-yaşıl diapazonunda yerləşir, bu zaman sarı-yaşıl spektrin şüaları əksəriyyətdə damarlarla və daha az melaninlə hopdurulacaq. Qanla hopdurulmuş işıq enerjisi, istilik enerjisinə çevrilərək, damar divarının zədələnməsini yaradır və nəticədə damar yumulur. Səthdəki damarların aradan qaldırılması üçün ikiqat gücləndirilmiş tezliklə neodim lazeri (Nd:YAG/KTP, 532 nm) və mis buxarlı lazer ən yararlıdır. Onlar damar ulduzlarının, hemangiomaların, ləkələrin müalicəsində səmərəlidir. Bir sıra hallarda dərin iz buraxan damarlarının müalicəsi üçün 1065 nm neodim lazeri istifadə edilir.

Piqmentasiyaların müalicəsi

Piqment ləkələrin müalicəsi üçün spektrin görünən hissəsində saçan və melanini (məhz o xallara rəng verir) qızdıran lazerlər idtifadə edilir. Bunlar aleksandrit, yaqut və ikiqat gücləndirilmiş neodim lazerləridir: prinsipcə, onların əksəriyyəti epilyasiya üçün tətbiq olunanlardır, yalnız digər müalicə parametrləri istifadə olunur. Epilyasiya zamanı olduğu kimi, burda da əsmər dəridə piqment ləkələri müalicə etmək olmaz, çünki ləkədəki piqmentdən başqa ətrafdaki dəri də qızdıralacaq. Bəzən piqmentasiya müalicəsi üçün lazer təkmilləşdirməni tətbiq edir. Praktiki olaraq piqmentin həmişə dərinin dərinin üst qatında - epidermisdə lokallaşdırıldığı üçün, bu qatı "kəsmək" olar, sonra onun yerində yeni epiderma əmələ gələcək.

Döymələrin aradan qaldırılması

Döymələrin silinməsi mexanizmi onun dağıdılması və rəngin dəridə sonrakı çəkilməsinə əsaslanır. Ən asan klassik qara döymələr korreksiya olunur, özü də səthdəki tatuaj zamanı daha çox effekt nail olunur. Tatuirovkaların aradan qaldırılması üçün ən çox 1064 nm uzunluğunda dalğasında işləyən ND:YAG Q-Swithed KTP lazer (qara, tünt-göy və tünd-yaşıl tatuirovkalar) və 532 nm (qırmızı və narıncı tatuirovkalar) istifadə edilir. Qəhvəyi döymələrin silinməsi üçün hərdən aleksandrit lazer istifadə olunur. Nəhayət döymələrin lazer korreksiyası üçün ən köhnə üsul - СО2 lazerlə döymənin yandırılması, lakin o, boya maddəsinin dərində yerləşdiyi hallarda dəridə çapıqlar salır.

Dərinin cavanlaşdırılması

Demək olar ki, kosmetologiyada cavanlaşdırılma prosedurları üçün daha çox lazer metodikaları var, çünki hər bir lazer istər-istəməz cavanlaşdırma effektinə malikdir. Məsələ burasındadır ki, hətta lazerlə dərinin kiçik qızdırılması mübadilə proseslərini stimullaşdırır. Ona görə spektrin görünən hissəsində saçan və piqment və damar defektlərinin müalicəsində tətbiq olunan lazerlər, "kənar" cavanlaşdırma effektinə malikdir. Bu effekt qısadır, və, bir qayda olaraq, yaşlılıqda yoxdur. Ablyativ lazerlər - CO2 (karbon dioksidi, 10600 nm) və Er:YAG (aluminium-ittrium qranatı əsasında erbiy lazeri) lazerləri qırışların aradan qaldırılması və cavanlaşdırılma baxımından daha səmərəlidir. Onlar qat-qat dərini buxarlandırır, həmin zaman CO2 lazeri daha dərin və aqressiv (lakin prosedurun nəticəsi daha yüksəkdir), Er:YAG isə səthdə və daha az nəticə ilə fəaliyyət göstərir. Faktiki olaraq ablyativ lazerlər köhnə epidermisi və qismən dermanın üst qatını dağıdır, bundan sonra bərpa prossesləri və yenidən modelləşdirilmə prossesləri başlayır: köhnə dəri yeni ilə əvəz edilir. Lazer cilalanması, əksər tanınmış kimyəvi pilinq mikrodermabraziya kimi tanınmış üsulları geridə buraxaraq, dəri səthinin cavanlaşdırılması üçün ən mühüm vasitə sayılır. Lakin lazer təkmilləşdirməsinə hər kəs razılaşmaz, çünki ondan sonra dəri 1-2 həftə ərzində bərpa olunur və aylar ərzində qırmızı olaraq qalır, piqmentasiyanın əmələ gəlmə riski çox yüksəkdir, parametrlərinin səhv seçimi zamanı isə çapıqlar əmələ gələ bilər.

СО2 lazeri ziyillərin, xalların, papillomaların, həmçinin qabaran hipertrofil çapıqların təkmilləşdirilməsi üçün tez-tez istifadə olunur. Ümumiyyətlə СО2 lazeri - cərrahiyyədən kosmetologiyaya gəlmiş ilk lazerlərdən biridir. Onu indi də bütün ölkələrdə plastik cərrahiyyə klinikalarında cərrah bıçağı kimi indi tətbiq edirlər.

Fraksion remodelləşdirilmə

Fraksiya ablasiya və fraksiya fototermoliz prinsipi ilə ilə işləyən lazerləri və fraksion lazerləri haqqında tamamilə ayrıca danışmaq lazımdır. Bunlar Fraksel qrup lazerləridir: Fraxel re:store və Fraxel re:pair. Onların dəri ilə qarşılıqlı fəaliyyət mexanizmi  "fraksiya" sözündən irəli gəlir. Onlar dərhal bütün dərini yox, onun saç qalınlığında minlərlə fraksiyalarını qızdırır və həmin mikrofraksiyalar ətrafındaki dərini zədələmir. Nazik mikrofraksiyalar 1,5 mm dərinliyinə qədər nüfuz edə bilər, lakin onların diametri çox az olduğuna görə, adi lazer təkmilləşdirilməsi ilə müqayisədə reabilitasiya dövrü dəfələrlə qısadır. Fraxel lazerləri  dəridə fraksionn remodelləşdirilmə proseslərini başlayır, dəri hissə hissə yenidən qurulur, yeniləşir. Remodelləşdirilmə prosesi piqmentə, qırışlara və çapıq toxumasına da toxunur. Fraxel lazer metodikası cavanlaşdırılma, piqmentasiya, çapıqlar, genəlmələr və postakne müalicəsində ən perspektivli biri sayılır. Maraqlıdır ki, bu texnologiyanın dərinin rənginə görə məhdudiyyəti yoxdur, və onu istənilən hissələrdə tətbiq etmək olar.

Beləliklə, tibbdə və xüsusilə kosmetologiyada istifadə olunan lazer metodikaları ilə maraqlanan hörmətli oxucu, Siz bütün dünya ölkələrində tətbiq olunan lazer aparatları və metodları barəsində düzgün məlumat ala bildiniz. Bütün müalicə üsullarında əsas olan avadanlıq deyil, nəticə almaq üçün hər hansı lazeri istifadə edən həkimin bacarılığıdır.

Belə ki, müasir lazerlər - sivilizasiyanın bizə bəxş etdiyi və düzgün istifadə olunmalı gözəl alətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Rəşid Bədəlov,Prof., Akad.

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz