Nailə Alıyeva  hekimtap.az

Nailə Alıyeva

Qastroenteroloq

Bakı
mədə və onikibarmaq bağırsaq xorası

Mədə və onikibarmaq bağırsaq xorası

Müəllif: Nailə Alıyeva
8891

Paylaşıldı: 31.10.2017
Nailə Alıyeva

Hazırki dövrdə insanların ən çox şikayət etdiyi problemlərdən biri də mədə və onikibarmaq bağırsaq xorasıdır. Öncəliklə, onu qeyd edək ki, xora xəstəliyi müxtəlif səbəblərdən yaranır. Xəstəliyin yaranmasında əsas səbəb sinir sistemi fəaliyyətinin pozulmasıdır. Psixi travma, beyin travması və həddən əsəbi olmaq xora yaranması üçün uyğun şəraiti hazırlayır. Həmçinin, qida rejiminin pozulması, siqaret çəkmək, spirtli içkilər qəbul etmək də xora xəstəliyinin əmələ gəlməsinin əsas səbəbləri arasındadır. 

Xora xəstəliyinin yaranma səbəbləri:
 - İrsi meyllilik
 - Qan qrupunun 0 (I) olması
 - Tez-tez baş verən və uzun müddət davam edən stess 
 - Sadə gigiyena qaydalarına riayət etməmək

Xora adətən hər iki orqanda birdən, bəzən də mədədə ayrı, ya da onikibarmaq bağırsaqda müşahidə olunur.

Əgər yeməkdən bir saat sonra bədənin sol tərəfində qabırğanın altındakı nahiyədə şiddətli ağrı hiss edirsinizsə, həmçinin gəyirmə və qusma varsa, deməli sizdə xora var. Bu xəstəlik ac olduqda mədədə ağrı ilə müşahidə olunur. Yeməkdən 2-3 saat sonra ağrı kəskinləşir, xüsusilə gecələr ağrı dözülməz olur. Yemək qəbul etdikdə isə ağrı kəsilir. Xəstəlik ağırlaşdıqda qanaxma baş verə bilər. Bu zaman mədənin xora yerləşən divarı deşilir və xora yeri çapıqlaşır, nəticədə mədədən onikibarmağa gedən yol daralır. Bu da xəstədə həzm prosesinin çətinləşməsi ilə nəticələnir.

Bu xəstəlik adətən ilin iki fəslində - yazda və payızda özünü daha kəskin surətdə büruzə verir. Ona görə də belə xəstələr, xüsusən yaz və payız fəsillərində daha ciddi müalicə-profilaktik tədbirlərə əməl etməlidirlər.

Mədə və onikibarmaq xorası xəstəliyindən əziyyət çəkən xəstələr qida məhsullarını əvvəlcə xırdalamalı, sonra isə ancaq suda və ya buxarda bişirib yeməlidirlər. Qovrulmuş, qızardılmış yeməklər yemək qəti qadağan edilir. Xörəyi çox soyuq və ya çox isti yemək olmaz. 3-4 saatdan bir az-az qida qəbul etməlidirlər.

Xora xəstəliyindən əziyyət çəkən xəstələr un məmulatlarından, şəkərli qidalardan, konservləşdirilmiş yeməklərdən, kolbasa sosiska kimi hazır qidalardan, həmçinin, duza qoyulmuş tərəvəzlərdən, müxtəlif şirniyyatlardan, soyuq, qazlı, spirtli içkilərdən uzaq durmalıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Nailə Alıyeva

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz