Bəhruz Səlimov  hekimtap.az

Bəhruz Səlimov ,Op.

Ümumi cərrah

Operator

14 il iş təcrübəsi

Bakı
Öd kisəsi və Öd yolları. hekimtap.az

Öd kisəsi və Öd yolları.

Müəllif: Opr. Dr. Bəhruz Səlimov
7386

Paylaşıldı: 04.12.2019
Bəhruz Səlimov

Öd kisəsi

Öd kisəsi adındanda məlum olduğu kimi kisə şəkilli bir orqan olub qaraciyərin aşağı səthinə bitişmişdir. Öd qaraciyərdə əmələ gələn və yağlı qidaların həzm olunmasına kömək edən bir mayedir. Mədə və bağırsaqlarımızda həzm prosesi başladıqda, öd kisəsi içərisindəki ödü-öd yolu adlanan bir kanal ilə onikibarmaq bağirsağa ötürür. Buna görə ac qarına vəziyyətdə öd kisəsi ödlə dolu və şar kimi şişkin görünür . Bu xüsusiyyəti öd kisəsinin USM müayinə üçün istifadə edilir. Yemək yedikdə isə öd kisəsinin əzələvi divarları sıxılaraq içindəki ödü qovduğu üçün kisə büzüşür və USM müayinəsində yaxşı müşahidə edilmir. Öd yollarının hər hansı bir yerində tıxanma olarsa öd yollarında təyziq artır və ağrıya səbəb olur. Tıxanma səbəbi öd daşı, öd palçığı və ya şiş ola bilər.

 

Öd yolları

Öd qaraciyərdə əmələ gəli və çox kiçik öd kapliyarlarına keçir. Çox kiçik kapliyarlar  öz aralarında birləşərək daha böyük öd damarlarına və onlarda birləşrək tədricən böyük öd damarlarına çevrilir. Qaraciyər daxili  öd yolları birləşərək  sağ və sol qaraciyər axarlarını əmələ gətirirlər. Sağ və sol öd axarları birlşərək ümumi öd axarını əmələ gətirirlər. Ümumi öd axarı isə öd kisəsinin axarı ilə birləşərək öd kanalını xoledoxu əmələ gətirir. Mədəaltı vəzin axarıilə birləşən xoledox onikibarmaq bağırsağa açılır. Onikibarmaq bağırsaqda xoledoxun açıldığı dəlik üzərində olan xüsusi klapan Fater məməciyi adlanan çıxıntıdır.

 


Bəhruz Səlimov ,Op.

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz