Ziyillər hekimtap.az

Ziyillər

1321
Автор: Dr. Dermatoloq - Kosmetoloq Vüsalə Aşirova (Dr. OFF Tibb Mərkəzi)

Опубликовано: 01.12.2019
Медицинский центр Dr.OFF

Ziyillər

Ziyil dəridə  olan xoşxassəli şiş adlanır. Onların görünüşü dəriyə daxil olan və epidermal hüceyrələrin quruluşunda dəyişiklik yaradan papillomavirusun nəticəsidir.

  • Növlərdən asılı olaraq ziyillər yuvarlaq, oval, düzənsiz və ya iplik şəklində olan dərilərdəki yüksəkliklərə bənzəyir.
  • Virusun dəriyə girən  yolu mikroskopik çatlar, cızıqlar, yaralar və epidermisin bütövlüyünün pozulmasıdır.
  • Vulqar ziyillər  tez-tez əllərdə, barmaqlarda, ayaqda, üzdə lokalizasiya olur.
  • Düz və ya yetkin yaşda olan ziyillər açıq bej, qəhvəyi və ya qırmızı - qəhvəyi rəngli kiçik yenitörəmələrdi. . Epidermisin səthindən çox yuxarı qalxmırlar və ən çox barmaqlara və əllərdə, üzdə, ayağın altında və gövdədə yerləşirlər.
  • Asılı ziyillər –  dar bir "ayağın" olmasıdır. Üz və boyunda, qoltuqlarda, bədəndə, qadınlarda süd vəzilərinin altında yerləşirlər
  • Ayaq- alti ziyillər. Daha böyük, sərtdir. Ayağın içərisində, ayaq barmaqlarında, topuqda yerləşirlər
  • Sapşəkilli ziyillər. Uzun uzadılmış formada  və ət, açıq qəhvəyi və ya sarımtıl rəngə malikdirlər. Ən tez-tez üz, boyun, qoltuqaltı bölgədə yerləşirlər

Xüsusiyyətlər:

  1. Ziyillər dəri xərçənginə dönə bilməz!
  2. Ən effektli müalicə aradan qaldırılmasıdır, residiv halında isə antivirus dərmanların təyin edilməsi və aradan qaldırılması
  3. Düz ziyillər  müalicəyə çox torpiddir.  Konservativ müalicə aparılır ( destruksiya olmadan).
  4. Ziyillər  2 il ərzində öz-özünə yox ola bilər. Həm də bu müddət ərzində onlar böyüyədə bilərlər.
  5. Çoxsaylı ziyillər HİV infeksiyasının əlaməti ola bilər
  6. Hamiləlik dövründə (immun vəziyyətinin dəyişməsi səbəbindən) yeni papillomalar və ziyillər əmələ gələ bilər , bunlar doğuşdan sonra reqressiya edə bilərlər
  7. Çoxsaylı ziyillər qoltuqalti və boyun nahiyəsində  tünd dəri rəngi ilə birlikdə insulinə qarşı müqavimət göstərir və endokrinoloqun məsləhəti tələb edir.
  8. HPV minimal dozada bir insanın dərisinə səpələnmiş yerdədir və heç bir şəkildə görünmür (latent formada)
  9. Antivirus terapiya seçimi üçün interferonun  vəziyyəti və insan orqanizminin antivirus və immunomodulyasiya edən maddələrə həssaslığının aşkarlanması üçün müasir bir analiz istifadə edilir ⠀