Uveit nədir?
Uveit gözün içindəki damar təbəqəsinin ( uvea) iltihabi nəticəsində əmələ gələn xəstəlikdir. Uvea gözün damar təbəqəsi olduğuna görə gözün bütün qidalanmasından cavabdehdir. Uveadakı bir iltihab korneadan görmə sinirinə qədər zədələyə və görməni əhəmiyyətli şəkildə azalda bilər. Uveitin rastgəlmə populyasiyasi yetişkin insanlardır, ən çox 20-60 yaş arasında təsadüf edilir.
Uveitin simtomları:
İlkin şikayətlər görmədə bulanıqlıq, işıqdan qorxma, göz kurəsində vəya göz ətrafında şiddətli ağrı, gözdə qızartı, uçuşmalar, qamaşma görmənin azalması, gözün yaşarması, götrüntüdə olan ləkələrdən ola bilər.
Uveitin səbəbləri:
40 % hallarda səbəb bilinməməkdədir. Behçet xəstəliyi, vərəm,sifis, ankilozan spondolit, revmatizmal xəstəliklər, psoriaz, travma, göbələk, toksoplazma, herpes, immun sistem xəstəlikləri , lyme xəstəliyi və s. kimi xəstəliklər uveitə səbəb olur.
Uveitin diaqnozu necə qoyulur?
Uveit bəzi hallarda heç bir şikayət olmadan müayinə əsasında aşkarlanan xəstəlikdir. Əgər xəstənin heç bir şikayəti olmasa belə xəstəlik dəqiqliklə mütəxəssis tərəfindən araşdırılıb səbəbə uyğun müalicə aparılmalıdır. Sadə göz müayinəsi ilə uveitin müayinəsini tamamlamaq olmaz. FFA müayinəsi və digər müayinələr ( qan, radioloji və s.) diaqnozun təsdiqlənməsində əhəmiyyətli nəticələr verir. Bəzi hallarda isə geniş spektrli araşdırmalar fluresan angiografiya, indosiyanin yaşılı angiografiyası görmə sahəsi, revmatoloq və dermatoveneroloq mütəxəssisində konsultasiyasına ehtiyac duyula bilər.
Xəstəliyin şiddəti nə olur olsun müalicəsi təcilidir. Müalicəyə gec başlandiğinda bəbək şəklinin dəyişikliyi, katarakta göz daxili təzyiqin yüksəlməsinə gətirib çıxara bilər. Bu üzdən xəstəlik varsa mütləqdirki erkən müqyinə və müalicə aparılsın.
Uveitin müalicəsi:
Tamamilə sağalma mümkün olmasa da erkən və düzgün müalicə xəstəliyin gedişatini ləngidir, yüksək görmə itiliyini və əsasıda göz sağlamlığını qoruyub saxlayır. Burada vurğulanması əsas olan bir nüans uveitin son dərəcə qarişıq və mualicəsi standartdan kənar bir xəstəlik olmasıdır. Buna görədə xəstəlik ındividual qiymətləndirilib, özunəməxsus müalicə taktikasi, dərman dozası seçilməlidir!
Gözün ön qismində baş veren uveitlər- iritis və tsiklitis ani başlanğıcla başlayır və müalicəyə daha rahat tabe olandır. Arxa şöbədə yerləşən xorioydit daha ləng başlayır və müalicəyə çətin tabe olandır. Uveitin müalicəsində məqsəd görmə itkisini əngəlləmək, ağını yox etməkdir. Uveitin müalicəsində istifadə edilən əsas preparat steroid tərkibli dərmanlar və göz bəbəyini genişlətmək üçün sikloplegiklərdir. Bu da gözdə iltihabı azaldır və iris yapışmasının qarşısını alır. İnfeksiya mənbəyi olan virus, bakteriyalar, göbələk üçün isə antibiotik terapiya aparılır. Əlavə olaraq sistem xəstəliklərin müalicəsi uyğun klinisist tərəfindən aparılır. Xəstələrin müşahidə altında olması çox önəmlidir. Çünki bəzi vacib nüanslar müsahidə dövründə meydana çıxır. Xəstələr 3 ay aralıqlarla müayinə olunmalı, digər orqanlarda baş verən dəyişikliklər haqqında oftalmoloq bilgiləndirilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az