Uşaqlarda febril qıcolmalar  
 hekimtap.az

Uşaqlarda febril qıcolmalar  

3483
Автор: Allerqoloq 050 863 66 88

Опубликовано: 16.03.2018
AYSMED KLİNİKASI

Bədən hərarəti yüksək olanda yaranan qıcolamaya febril qıcolma deyilir. Uşaqlıq dövrünün ən çox rast gəlinən, xoşxəssəli, qızdırmaya bağlı ortaya çıxan tutmasıdır. Ən çox 1 ay-5 yaş arasında rast gəlinir. Oğlan uşaqlarında rast gəlmə tezliyi qızlara nisbətən daha yüksəkdir. Ən çox temperatur 38.5-dən yuxarı olan hallarda rast gəlinir. Bu tip qıcolmalar, əsasən, qısamüddətli, yayılmış, tonik-klonik tutma şəklində keçir. Bir neçə dəqiqə davam edir. Belə hallarda tutmadan qabaq ağlama, nəfəs saxlama, əzələlərin sərtləşməsi müşahidə edilə bilər.

Febril qıcolmaların yaranmasında ən önəmli risk faktorları xəstənin yaşı və bədən hərarətidir.

Uşağın ata-anasında, ailə üzvlərində, yaxın qohumlarında febril qıcolma olan uşaqlarda bu tutmanın olma ehtimalı daha yüksəkdir.

Febril qıcolmalar sadə və mürəkkəb olur: 15 dəqiqədən qısa sürən, 24 saat ərzində təkrarlanmayan tutma sadə, 15 dəqiqədən çox çəkən, gün ərzində təkrarlanan, temperatur 38 dərəcədən aşağı olarkən belə baş verən tutma isə mürəkkəb febril qıcolmadır. Febril qıcolma epilepsiya deyildir, epilepsiyaya keçmə ehtimalı isə 0.5 %-dir.

Tutma zamanı uşaq yanı üstə uzandırılmalı və ağıza heç bir müdaxilə olunmamalıdır.

QEYD:
1. Febril qıcolma epilepsiya deyil.
2. Dörd yaşdan sonra təkrar olma riski aşağıdır.
3. Qısa müddət davam edən febril tutma beyində heç bir iz qoymur.
4. Peyvənd üçün əksgöstəriş sayılmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az