Uşaqlarda epidemik parotit
 hekimtap.az

Uşaqlarda epidemik parotit

16974
Автор: Pediatr Xəyalə Nağıyeva

Опубликовано: 28.07.2018
AYSMED KLİNİKASI

Epidemik parotit nədir?

Parotit tüpürcək vəzilərində iltihabi proseslə xarakterizə olunan virus xəstəliyidir. Statistikaya görə, bu xəstəlikdən daha çox 5-15 yaşlı uşaqlar əziyyət çəkirlər, çox nadir hallarda parotit böyüklər də xətər yetirir. Bu, kifayət qədər ağır xəstəlik olub, ağır fəsadlara yol aça bilər.    

Epidemik parotitin dərəcə və əlamətləri 

Epidemik parotitin simptomları kifayət qədər öyrənilib – bu xəstəlik tibbə iki əsrdir ki, məlumdur. Ağırlıq dərəcəsinə görə xəstəliyi üç qrupa ayırırlar:

  • Yüngül dərəcə - iltihabi prosesin məhz tüpürcək vəzilərində inkişaf etməsi xarakterikdir. Bu zaman uşağın bədən temperaturu qəfil və sürətlə qalxmağa başlayır (orta göstəricilərədək).  
  • Orta dərəcə - hərarətin qalxması ilə yanaşı, epidemik parotitin bu dərəcəsində uşaq “titrədir”. Xəstəliyin orta dərəcəsində təkcə tüpürcək vəzilərinin zədələnməsi deyil, həmçinin digər vəzilərin zədələnməsi qeydə alınır.  Pasiyent baş ağrısından, iştahanın itməsindən, öyümə və qusmadan, yuxu pozuntusundan şikayət edir.
  • Ağır dərəcə. Nəzərdən keçirdiyimiz virus xəstəliyinin bu dərəcəsi uşağın səhhəti, hətta həyatı üçün təhlükəli hesab olunur. Çünki bu zaman həm tüpürcək vəziləri, həm də sinir sistemi zədələnir. 

Xəstəlik həmişə qəfil yaranır və sürətlə inkişaf edir: temperatur kritik göstəricilərədək yüksəlir, uşaq bütün bədənində əzginlik hiss edir. elementar udma və çeynəmə hərəkətləri çox ağrı verir.

Hipertermiya (bədən hərarətinin yüksəlməsi)

Bu simptom xəstəliyin ilk mərhələsindən yaranır və yalnız ifadə olunmuş simptomlar aradan qalxdıqdan sonra itir. Bu baxımdan valideynlər narahatlıq keçirməyə bilərlər – bu, hətta uşaq qızdırma əleyhinə vasitələr qəbul etsə belə norma hesab olunur. Lakin hipertermiya simtomlar keçdikdən sonra aradan qalxmazsa, dərhal müalicə həkiminə müraciət etmək lazımdır – bu əlamət orqanizmdə yeni patoloji prosesin inkişafından xəbər verə bilər. Həkim və alimlər belə bir maraqlı müşahidə aparıblar – sən demə, xəstə uşağın orqanizmi parotit virusu ilə spesifik antitellər ifraz edərək, müstəqil mübarizə aparmağa çalışır.

Qulaq arxasında şişkinlik. Uşaqlarda parotitin ən ifadə olunmuş əlaməti  - qulaq arxasında şişkinlikdir. Özü də bu şişkinlik böyük ölçülərə çatıb, çeynəmə və danışmağa mane olur. Bəzi hallarda qulaq arxasındakı şişkinlik boyun nahiyəsinə də yayılır – bu da norma hesab olunur və əlavə tədbirlər tələb etmir.

Epidermik parotit uşağın zahiri görkəminə kifayət qədər ciddi təsir göstərir – uşaqın yanaqları sanki şişərək aşağı düşür, qulaq arxasındakı şiş qulaqların önə əyilməsinə səbəb olur.  Qulaq arxasındakı şişkinlik təqribən 8 günlük müalicədənn sonra tamamilə çəkilir.  

Epidemik parotitin müalicəsi

Epidemik parotit diaqnozlu xəstələrin demək olar ki, hamısı müalicə kursunu ev şəraitində keçirlər. Hospitallaşma yalnız xəstəliyin ağır gedişatı zamanı tövsiyə olunur. Parotitin hər hansı xüsusi müalicə üsulu yoxdur. Sadəcə aşağıdakılara əməl etmək yetərlidir:

Xəstə 10 gün ərzində yataq rejimini gözləməlidir. Uşaqlara bunu nə üçün etməli olduqlarını başa salmaq çətin olsa da, valideynlər buna ciddi cəhd göstərməlidirlər. 

Qidalanma süd və bitki mənşəli olmalıdır. İş burasındadır ki, epidemik parotit virusu təkcə tüpürcək vəzilərində deyil, digər vəzi orqanlarında, o cümlədən mədəaltı vəzidə iltihabi proses yarada bilər ki, buraya pankreatit də aiddir. Təəccüblü deyil ki, parotit fonunda tez-tez pankreatit inkişaf edir. Məhz buna görə xəstə bütün müalicə dövründə qeyd olunan pəhrizə əməl etməli, qida rasionuna mütləq süd məhsulları, həmçinin tərəvəz və meyvə daxil olunmalıdır.

Bundan başqa, periodik olaraq hərarətsalıcı preparatlar qəbul edilməlidir.  Əgər yüksək temperatur bir neçə saat ardıcıl olaraq enməzsə və uşaqda intoksikasiya əlamətləri (öyümə, başgicəllənməsi, qusma, diareya) müşahidə olunarsa, ona hərarət əleyhinə preparatlar (Parasetamol, Panadol, İbuprofen ) vermək məqsədəuyğundur.

Əgər epidemik parotit ağır forfmalı gedişata malik olarsa və həkim uşağa ağır intoksikasiya (zəhərlənmə) diaqnozu qoyarsa, bu halda müalicə müəssisəsində dezintoksikasiya terapiyası aparılmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az