UŞAQLARDA ÜNSİYYƏT PROBLEMİ
Uşaqlarda görülən psixoloji problemlərdən biri də, ünsiyyətdir. Ünsiyyət azlığı uşaqlarda kiçikyaşlarından özünü göstərir. Bunun davamı yeniyetməlik və erkən gənclik yaşlarına qədər davam edə bilir. Ünsiyyət verbal və qeyri verbal formada olur. Verbal forma – canlı ünsiyyətdir, qeyri verbal isə telefon, kompyuter, yazı vasitəsilə olur.
ÜNSİYYƏT PROBLEMİNİN SƏBƏBLƏRİ
Bunun bir cox səbəbləri vardır. Genetik, hər hansı bir problem (Autizm, USİ, Daun, PİL və s.), Ailə münaqişələri, hamiləlik dövründə dölün inkişafına diqqət yetirməmək, ananın hamiləlik dövründə aldığı travma, qorxu, stress, depressiv hal, atanın alkoqolizm və narkotik maddə düşkünü olması, uşağın əmmə prosesinin tez başa catması və ya əksinə uzun müddət döş əmən, yeməyi blender vasitəsilə yeyən, soska əmənlər, ən əsası isə ailədə uşağın diqqət mərkəzindən uzaqda olmasıdır.
HANSI YAŞDA PROBLEM GÖRÜLÜR
Artıq bəlli bir yaşa catan uşaqlarda yəni (2, 3, 4 yaşlarda) söz ehtiyatının olmaması, iki və daha cox sözlərin ardıcıl söylənə biləməməsi baxca dövrünə təsadüf etdiyindən, uşaqlar özünü ifadə edə bilmirlər. Bu dövr gözəcarpan dövr olmadığı üçün valideynlər o qədər narahat olmurlar. Artıq məktəbə hazırlıq dövründə müəllimlər həyəcan təbili çalırlar. Bu zaman uşaqlar ünsiyyət qura bilmirlər, müəllimin şifahi nitqinə gec reaksiya verirlər, həmyaşıdları ilə rollu oyunlar qura bilmirlər, təxəyyülün formalaşması gecikir, əyani-əməli təfəkkürdə problemlər özünü göstərməyə başlayır. Böyükməktəb yaşına catdıqda, ünsiyyətə girə bilmir, özünü ifadə edə bilmir, özgüvən əskikliyi əmələ gəlir, həmyaşıdlarından geri qalırlar və sonda özünəqapanma, tənhalığa meyl yaranır.
BU ZAMAN NƏ BAŞ VERƏ BİLƏR
Susidə meyl (intihar cəhd), özünə cəza vermə, valideynlərə cəza vermək ücün özlərinə xətər yetirirlər. Otağa girərək, saatlarla üzüqoyulu yataqda qalma, təlimdə ləngimə, kompyüter ve telefona asılılq, ailə üzvlərinə qarşı aqressiv münasibət, sosiallaşma probleminin yaranması kimi hallarla müşahidə olunur. Bu kimi insanlar əksər vaxt uğursuzluqdan, bəxtlərinin gətirməməsindən, başqaları kimi ola bilmədiklərindən şikayət edirlər. Kimisə günahkar bilirlər, onlara daimi mane olan insanlar haqqında danişırlar. Bele insanlar daha cox neqativ tipli insanlar adlanır.
BU HALIN YARANMAMASI ÜÇÜN NƏ ETMƏLİ
Artiq uşaqların 1.5 yaşlarında nitqləri formalaşmağa başlayır. Söz bazalarında 10 sayda və daha cox sözlər olmalıdır. 2 yaşında 2 sadə sözdən ibarət cümlələr qurulur. 3 yaşlarında isə 2 və daha cox sözlərdən cümlələr quraraq fikir və düşüncələrini formalaşdırmağa başlayırlar. Valideynlər bu yaşı nəzərə alaraq, mütəmadi olaraq, uşaqları söylətməli, komandalar verməli, göz təması qurmalı, suallar verərək cavab almalarını təmin etməlidirlər. Bu dövr həm fizioloji, həm cinsi, həm də psixoloji inkişaf dövrü adlanır. Üç (3) yaş uşaqlarda ilk böhran yaş dövrü oldugundan daha həssas və diqqətli olmaq tövsiyyə olunur. Nitqdə hər hansı bir nöqsan nəzərə çarparsa mütləq həkim və loqopedik, psixoloji müayinədən keçirmələri tövsiyyə olunur.
ERKƏN MÜDAXİLƏ, SƏLİS VƏ GÖZƏL ÜNSİYYƏT DEMƏKDİR.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az