Uşaq qidalanması
 hekimtap.az

Uşaq qidalanması

2484
Автор: Pediatr Elşən Tağıyev

Опубликовано: 11.05.2018
AYSMED KLİNİKASI

Körpə orqanizmi çox zərif və həssas bir strukturdur. Onun həyatının ilk 3 ilində qəbul etdiyi qidalar gələcək sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Ona görə də valideynlər çalışmalıdırlar ki, uşaqlarını düzgün qidalandırsınlar.

Bir qrup mütəxəssisin apardığı birgə tədqiqatlar zamanı uşağın müxtəlif dövrlərdə necə qidalanması haqda tərtib etdiklər qaydaları diqqətinizə çatdırırıq:

1aydan 4 ayadək

Dünyaya gəldikdən sonra ilk vaxtlar körpə günün çox hissəsini yatır, ayılanda isə qidalanır. Uşaqların həyatlarında ən sürətlə böyüdüyü period məhz budur – boyu 3 sm, çəkisi isə 600 qr! Bununla yanaşı, körpə aktiv inkişaf edir və yeni bacarıqlara yiyələnir. Asrtıq 3-cü həftədə o, nəzərini hərəkətsiz əşya üzərində saxlamağı öyrənir, eləcədə qarnı üstə uzandıqda başını döndərməyə, qaldırmağa və bir neçə saniyə saxlamğa cəhd göstərir. Bu dövrdə uşağınıza lazım olan qida – ana südüdür. O, uşağı yaxşı qidalandırır, həmçinin, müxtəlif xəstəliklərdən qoruyur.

4 aydan 6 ayadək

Artıq körpə bir qədər böyüyüb. O, ətrafını daha aktiv müşahidə edir və hətta eşitdiyi səsləri imitasiya etməyi öyrənir, sadə səslərdən daha mürəkkəb səslərə keçməyə başlayır.

Uşağın artıq həzm sistemi formalaşıb, böyrəkləri möhkəmlənib, bağırsaqları uzanıb. Əmici refleks bu dövrdə zəifləyir və çeynəmə refleksi ilə əvəz olunur. Bütün bunlar körpəyə yeni təamları dadmağa şərait yaradır. Artıq uşağın qaşıq vasitəsilə qidalanmaq vaxtıdır.

6 aydan 8 ayadək

Körpəniz artıq 7-ci ayına keçir, o artıq iməkləyir, oyuncaqları itirəndə nəzərləri ilə onları axtarmağa başlayır. İlk dişin çıxmağına lap az qalıb  - bu isə o deməkdir ki, yeni qidalara başlamaq lazımdır. Artıq uşağa sıyıqlar, dadlı südlü desertlər, hətta ət püresi yedizdirmək olar. Amma qida rasionuna ətin əlavə olunması müəyyən qaydalara müvafiq həyata keçirilməlidir. Dietoloqların tövsiyələrinə görə, bu dövrdən etibarən uşağı beşdəfəlik qida rejiminə keçirməyə cəhd göstərmək olar.  

Uşağın aktiv hərəkət etməyə başlaması da elə bu dövrə təsadüf edir. O, hər şeyi əlinə götürməyə çalışır. Körpənizə bir az əli ilə qidasını oynatmağa şərait yaradın. Bu, kiçik motorika və təxəyyülün inkişafına yaxşı təsir göstərir.

8 aydan 12 ayadək

Bu dövrdə uşaqların çəkilərində hər ay təqribən 500 qr, boylarında isə 2sm artım müşahidə edilir. Artım tempi bir qədər azalır, əvəzində fiziki imkanlar və psixika formalaşır. Bu, xüsusən vacib period hesab olunur, belə ki, körpənin şəxsiyyəti üzə çıxır və o, bacarıqlarını nümayiş etdirməyi öyrənir, özünü lap böyüklər kimi aparır!

Övladınzı artıq bir çox meyvə və tərəvəzlərlə tanışdır. Ona görə də gələcək bir neçə ay ərzində tanıdığı qidaları qəbul edəcək, amma kiçik tikələrlə. Bu yaşda uşaq artıq müxtəlif qidaların dadını ayırd etməyi öyrənir.   

12 ay və daha böyük dövrlər

Artıq körpə öz həyatında doğulandan bu dövrədək çoxlu sevincli anlar yaşayıb – ilk təbəssüm, ilk sözlər, ilk dişlər...Əsasən, səs və hecalardan ibarət qığıltılar “ata” və “ana” sözlərinə transformasiya olunur. Yeri gəlmişkən, körpəniz bir yaşa qədər danışmırsa, narahat olmayın, əksər uşaqlar bir yaşından sonra dil açır.

Həkim-pediatrlar körpəni “ümumi süfrəyə” cəlb eləməkdə tələsməməyi tövsiyə edirlər. Çünki bir yaş və yaşı bundan yuxarı olan uşaqların həzm sistemi böyüklərin həzm sistemindən fərqlidir. Ona görə də uşağın qida rasionuna istənilən dövrdə diqqətlə yanaşmaq vacibdir. Unutmayın ki, uşaq qidalanarkən onu əhatə edən mühit də ürəkaçan olmalı, prosesə maneçilik törətməməlidir. Belə olan halda körpəniz özünü xoşbəxt hiss edəcək.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.