Tiroid problemlərinin ana bətnindəki körpəyə təsiri
 hekimtap.az

Tiroid problemlərinin ana bətnindəki körpəyə təsiri

4662
Автор: Fərhad Burzu

Adətən hesab olunur ki, tiroid xəstələri üçün hamilə qalmaq və sağlam körpə dünyaya gətirmək çox çətindir, ancaq əslində mütəxəssis nəzarəti altında uyğun müalicə ilə hamilə qalmaq mümkündür. Ancaq həm ananın həm körpənin sağlam olması üçün mütləq 4-6 həftədən bir endokrinoloq tərəfindən müayinə olunmalıdır. Hər hansı bir problemin körpəyə mənfi təsirinin qarşısını almaq üçün tiroid problemi olmayan qadınlar da hamilə qalmadan əvvəl və ya hamiləliyin ilk həftələrində tiroid hormonlarını müayinə etdirməlidirlər. Araşdırmalara görə tiroid funksiyasının pozulmaları körpənin beyin inkişafında problemlərə və bəzi anomaliyalara səbəb olur. Bu səbəbdən hamiləlikdən qabaq, hamiləlik dövründə və sonrasında qadınlar tiroid funksiyalarını nəzarət altında saxlasınlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.