Streptokok və stafilokok infeksiyaları
 hekimtap.az

Streptokok və stafilokok infeksiyaları

12516
Автор: Dermatoveneroloq Şövgü Salahov, 055 557-79-29

Опубликовано: 30.09.2020
Şövgü Salahov

İmpetiqo (Sarı yara), Qara yara, Frunkul (Çiban), Karbunkul (Kor çiban) və s.                   

İmpetigo nədir
     
Dərinin müxtəlif (streptokoklar,stafilokoklar) vasitəsilə zədələnməsi nəticəsində yaranan səthi dəri infeksiyalarıdır. Çox  rahatlıqla xəstə insanlardan başqalarına yoluxur. Əsasən üz və ətraflarda yerləşir. Az və ya çox sayda,şəffaf sudurcuqlar ağız ətrafında, burun dəlikləri kənarında,açıq sahələrdə yayılmaqla başlayır.                  

İmpetiqonun etiologiyası
             
A qupu (bəzən B qrupu) beta-hemolitik streptokokların, Staphylococcus aureusun və başqa növlərin vacitəsilə yaranır. Bütün yaş qruplarında yarana bilər amma daha çox 2-6 yaş qrupları arasında yayılmışdır və çox yoluxucudur. 

İmpetigonun əlamətləri
           
Bədənin açıq sahələrində Üzdə,yuxarı  və aşağı ətraflarda  içərisi şəffaf maye ilə dolu sudurcuqlar şəklində başlayır və çox qısa zamanda üzəri sar, bal rəngli krutlarla, qabıqla örtülür. Şəffaflıq tez bir zamanda bulannıqlaşaraq bəzən irinləməyə meyilli olur. İsti və nəmli şəraitdə eləcədə şəraitsiz,çirkli mühitlərdə çox sürətlə yayılmağa  meyillidir. Məktəb və bağça uşaqları arasında sürətlə yayıla bildiyindən,xəstə uşaqları izolə etmək və sağalana qədər başqalarından uzaq tutmaq lazımdır. Asimmetrik yerləşən bu səpgilər bulaşma yolu ilə daha geniş ərazini tuta bilir. Bəzən qaşınma  və yaxud yanma hissi kimi şikayətlər ola bilər. Xəstəlik həm yoluxucu olması yönündən həm də bəzi xəstələrdə qlomerulonefrit kimi ağırlaşma verməsi tərəfindən zəifə alınmamamlı və tez bir zamanda müalicə olunmalıdır. Bəzi formalrda (ektima,erizipel,sellulit,eritrazma və s) səpgilərin üzəri qabıqlanmaya yaxud irinləməyə bilər.Proseslərin çoxunda yaxınlıqda yerləşən limfa düyünləri böyuyər və ağrılı olar. Erizipel ya Sellulit anidən ortaya çıxar və çox qısa bir zamanda bəlirli bir ölçüyə çatar,canlı qırmızı rəngdə,parlaq,dəridən biraz qabarıq,yerli temperaturun qalxması ilə özünü biruzə verər. Follikulitlərdə səpgilər adından göründüyü kimi əsasən tük dibi ilə əlaqəli olur və çox zaman qızarıqlıq fonunda xırda irinciklərə rast gəlinir. Çox yayılmış formalarda ümumi halsızlıq,  temperatun az da olsa artması müşahidə olunur. Frunkul(çiban) dərinin istənilən nahiyəsində qızarıqlıq fonunda daha iri irinlərin yaranmasıdır və çox zaman ağrılarla müşahidə edilir.  Frunkul istər özü özündən istərsə də sıxdıqda içərisindən irin dolu möhtəviyyat çıxır. Karbunkul(Kor çiban) bir neçə furunkulun bir yerdə yaranması nəticısində və dah çox ağrılı olur.Bəzən daha çox irin axır hansıki,  bal pətəyindən bal axan formaya bənzəyir. Eritrazmalar ayaq barmaq arası nahiyədə,qoltuqaltında daha çox dərinin rənginin tündləşməsi və ətraf dəridən kəskin fərqlənmə ilə özünü göstərir və heç bir iltihab əlamətləri olmur.            

İmpetigonun növləri                 

Streptokok və stafilokokların eləcədə başqa törədicilərin yaratdığı infeksion xəstəliklər çox saydadır. Bunlardan: Sarı yaranı, Ektima, Erizipel, Sellulit, Limfangit, Nekrotizan fasit, Bulyoz impetigo, Stafilokoksik haşlanmış dəri, Follikulit, Frunkul, Karbunkul, Hordeolum (İt dirsəyi), Qara yara, Eritrazma, Psevdomonas infeksiyaları və başqalarını göstərmək olar. Hər bir xəstəliyin özünə məxsus gedişatı, klinikası və fərqli müalicə üsulları var.             

İmpetigonun diaqnozu             

Xəstəliyin diaqnozunda kliniki əlamətər (Qızarıqlıq, irinli yaralar, ağrı, limfa vəzilərin böyüməsi, xəstəliyə xas kliniki əlamətlər və s), yara nahiyəsindən götürülən yaxmanın əkilməsi, xəstəliyin davam etdiyi müddət, yanaşı xəstəliklərin olmasını dəqiqləşdirmək (məslən şəkər xəstələrində daha tez tez  frunkul olması və s) çox önəmlidir.                

İmpetiqonun müalicəsi                 

Birinci növbədə xəstəliyin törədicini təyin etmək və laboratoriyada antibiotiklərə həssaslığın dəqiqləşdirilməsi vasitəsilə düzgün antibiotiklərin verilməsidir. Bundan əlavə yerli antiseptiklərin və eləcdə antibiotiklərin təyin olunması lazımdır. Xəstənin ümumi vəziyyətinə uygun olaraq iltihab əlehinə preparatlarından,müqaviməti artıran vasitələrdən istifadı etmək və yanaşı xəstəliyi müalicə etmək lazımdır.Bəzən antibiotiklərin çox təsir edə bilmədiyi proseslərdə cərrahi müdaxilə(irinin kəsilib çıxarılması və s) və stafilokok əlehinə zərdabların istifadə olunması lazım gəlir.          

İmpetigonun profilaktikası               

Xəstəlikdən qorunmaq üçün yaxud təkrar yoluxmamaq üçün diqqət etməsi gərəkən məsələlər var. Şəkər xəstələri özlərini travmalardan, infeksion ortamlardan qorumalıdır. Eləcədə ayaqda və dırnaqlarda göbələk və ya başqa xəstəliklər varsa ikincili infeksiya üçün açıq qapı var sayılır və  bu üzdən şəxsi gigiyenaya diqqət etmək, vaxtaşırı zədə olan nahiyələri antiseptiklərlə yumaq, təmiz corab geyinmək lazımdır. Qəssablarda daha çox yaranan Qara yara xəstəliyinin qarşıısını almaq üçün əlcəklərdən istifadə etmək və xəstə heyvanları kəsməmək məsləhət görülür. Travmatik yaranan follikulitlərin qarşısını almaq üçün mütlıq zədələnmiş yerləri təmiz su ilə yumaq təmiz sarğı qoymaq lazımdır.

 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az