Seborik dermatit - (Yağ vəzilərinin xəstəliyi)
 hekimtap.az

Seborik dermatit - (Yağ vəzilərinin xəstəliyi)

3514
Автор: Dermatoveneroloq Şövgü Salahov, 055 557-79-29

Опубликовано: 16.01.2021
Şövgü Salahov

Seborik dermatit nədir - Eritema (qızarıqlıq) fonunda, sariyaçalan qabıqlanma ilə müşahidə olunan xroniki gedişli bir dəri xəstəliyidir. İnsanların önəmli bir hissəsi həyatları boyunca xəstəliyin fərqli tiplərindən birini keçirir ama simptomlar bəzən çox da şiddətli olmadığından həkimə müraciət etməzlər.      

Seborik dermatitin etiologiyası 

Xəstəliyin yaranma səbəbləri tam olaraq bilinməməkdədir. Çünki yenidoğulmuşlarda yaranan seborik dermatitlə yuxarı yaşlarda yaranan dermatit arasında həm yaranma səbəbinə görə həm də gedişatına görə çox fərq var. Böyüklərdə yaranmış seborik dermatit əsasən genetik faktorla əlaqədar olub eləcədə yaşam boyunca yaranmış həzm sistemi orqanları xəstəlikləri (eroziya, qastrit, qıcıqlanmış bağırsaq, yaralı kolit və.s), infeksion xəstəlikləri (HİV,siflis və.s), sinir sistemi xəstəlikləri (Parkinson,insult və.s) və müəyyən qrup dərman preparatlarının (litium pr, nevroloji pr və.s) qəbulundan sonra yarana və ya şiddətlənə bilər.                 

Seborik dermatitin əlamətləri     

Yağ vəziləri bədənin çox hissəsində yerləşməsinə baxmayaraq daha çox başın tüklü hissəsində, üzdə,sinədə, kürəkdə yerləşən yağ vəziləri daha çox zədələnir və xəstəliyin başqa əlamətləri (qızarıqlıq, qabıqlanma, qaşınma, sulanma və.s) elə bu sahələrdə özünü daha çox biruzə verir. Müxtəlif səbəblərdən funksiyası pozulmuş yağ vəziləri daha çox yağ ifraz etməyə başlayır ki,sonradan bu fonda mikrorqanizmlərin, göbələklərin inkişafı sürətlənir və ikincili əlamətlərin əmələ gəlməsinə səbəb olur. Yenidoğulmuşlarda (Beşik şapkası) çox zaman başın tüklü hissəsində sarimtil rəngli qalın qabıqlanma olur və bu zamanla azala bilir. Bundan başqa yenidoğulmuşlarda büküş yerlərində (pampers bölgəsi, qoltuqaltında, qarın büküşlərində) xəstəliyin əlamətlərinə rast gəlinir ama bu əlamətlər başın tüklü hissəsində yerləşən qabıqlanmadan fərqli olaraq daha çox qızarıqlıq,çatlamalar ilə özünü biruzə verir. Gənc insanlarda və daha yuxarı yaşlarda xəstəlik daha dirəncli olur, beləki daha yapışqan qabıqlanma olur ki bu da çox zaman qaşınma ilə sulanma ilə müşahidə olunur. Başın tüklü hissəsində xəstəliyin şıddətindən asılı olaraq çox zəif qabıqlanma ola bilər(el arasında buna kəpək deyilir) ki bu psixoloji anlamda insanları yorur. Ama daha siddətli formalrda sərt, yapışqan qabıqlanmalar, güclü qaşınma, dərinin daha çox iltihablaşması bəzən büküş nahiyələrdə yapışqan sulanma və s əlamətlərə rast gəlinir. Xəstəliyin sonrakı gedişatında ikincili infeksiyaların və göbələk xəstəliyinin qoşulması nəticəsində daha fərqli ağırlaşmalara gətirib çıxara bilir. Qaşları və kirpikəri zədələyən seborik dermatit zamanı eyni zamanda gözlərdə qaşınma və qızarıqlıq yarana bilir. Seborik dermatitin yaranma yerlərindən burun və qulaq arxası nahiyəni göstərə bilərik ki burun nahiyəsində  daha çox eritemalı,qabıqlanan iltihablı dəri, qulaq arxasında isə sulanma və ikincili infeksiya qoşulması nəticəsində pis qoxu hiss edə bilərik. Sinə və kürək nahiyəsində çox yağlanma və bu fonda qızarıqlıq,qaşınma eləcədə vaxtaşırı xəstəliyin şiddətlənməsi və sakitləşməsini müşahidə edirik.             

Seborik dermatitin diaqnozu
         
İlk növbədə pasientdən ətraflı anamnez toplanmalıdır. Çox zaman xəstəlik genetik əlaqəli olduğundan pasientin verdiyi məlumat və görünən obyektiv əlamətlər eləcədə xəstənin subyektiv şikayətləri diaqnoz qoymağa imkan verir. Bəzən başqa xəstəliklərlə həm görüntü olaraq həmdə şikayətlər oxşar olduğundan (Psoriaz xəstəliyi, Göbələk xəstəlikləri, eritrazma və s) diaqnozu dəqiqləşdirmək üçün həkimdən yüksək bacarıq tələb olunur. Nadir hallarda biopsiyaya baş vurulur. Eləcədə pasientin başqa xəstəliklər kecirib kecirməməsi çox önəmlidir. Məzələn həzm sistemi orqanlarının bir çox xəstəlikləri zamanı bağırsaqlardan yağların sorulması sürətlənir ki bu da yağ vəzilərinin işinin artmasına gətirib çıxarır. Eləcədə insult və ya parkinson xəstələrində seborik dermatit xəstəliyi yarana bilər. Bundan başqa əgər bir insanda qəfildən üz və ya baş nahiyəsində çox sürətlə yağlanma, qabıqlanma və s. şikayətlər yaranıbsa  HİV və siflis xəstəliyini inkar etmık lazımdır.           

Seborik dermatitin müalicəsi
         
Xəstəlik tam sağlam insanlarda yaranıbsa daha çox yerli müalicələrə üstünlük verili. Bunlardan steroid tərkibli lasyonlar, spreylər eləcədə göbələk əlehinə şampunlar və spreyləri misal göstərmək olar. Xəstəliyin fonunda ikincili infeksiyalar qoşulubsa həm daxilə həm xaricə antibiotiklərin istifadəsi lazımdır. Əgər xəstəlik bu müalicəyə dirənclik göstərirsə o zaman yağ vəzilərinin  qurudulmasına yönəlik xüsusi qrup preparatlardan istifadə olunur. Yuxarıda qeyd etdiyimiz kimi əgər yanaşı başqa xəstəlik varsa və ya seborik dermatit başqa xəstəliklərdən sonra yaranıbsa o zaman həmən xəstəliklərin müalicəsi konsultasiya olunaraq başqa ixtisas həkimləri ilə birlikdə aparılmalıdır.      

Seborik dermatitin profilaktikası       

Daha çox yağlı və bağırsağı qıcıqlandırıcı yeməklərdən(Qızartma yeməklər, çox ədviyyatlı, acılı yeməklərdən), qazlı içkilərdən uzaq durmaq məsləhət görülür. Həmçinin həkimin təyin etdiyi şampunlar və lasyonlar həkim nəzarəti altında uzun müddət istifadə olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az