Rozasea hekimtap.az

Rozasea

3715
Автор: Dr. Dermatoloq - Kosmetoloq Vüsalə Aşirova (Dr. OFF Tibb Mərkəzi)

Опубликовано: 02.12.2019
Медицинский центр Dr.OFF

Top 5 prosedur və dəriyə qulluq.

 

 

Rozasea - üzdə müxtəlif səpkilərlə xarakterizə olunan, olduqca tez-tez rast gəlinən bir xəstəlikdir .

Rozasea –  üzdə üçlü  sinirin innervasiya olan zonasında yerləşən  bir angionevrozdur və aşağıdakı səbəblərdən yarana bilər:
▪ damar xəstəlikləri
▪ dermanın birləşdirici toxumasında dəyişikliklər
▪ mikroorqanizmlər
▪ həzm sisteminin disfunksiyası
▪ immun sisteminin pozulması
▪  yağ sistemində dəyişikliklər
▪  stress
▪ iqlim amilləri
▪ psixovegetativ pozulmalar.

Rozaseanın inkişafında aşağıdakı amillər  rol oynayır:
-  konstitusional angiopatiya
-  emosional stress
- hormonal disbalans
- kimyəvi maddələrin təsiri


Hansı prosedurları rozaseyalı xəstələrə etmək olar:

 

Xəstədə artıq müalicə bitəndən sonra  və ya remisiyada olduqda, aşağıdakı prosedurları etmək olar

 

1. Pilinqlər .

Rozaseyanın müalıcəsində azelain turşusundan istifadə edilir və müvafiq olaraq eyni tərkibli  pilinqlərdən istifadə etmək lazımdır.


2. Mezoterapiya hialuron turşusuyla. Bərpa mərhələsində aşağı molekulyar çəkili hialuron turşusuna üstünlük verilir.

      Remisyiyada biorevitalizasiya proseduru da aparılır.

 

  1. Mikrotok- terapiyası  - hüceyrə səviyyəsində funksional aktivliyi bərpa edir. Tək hüceyrənin enerji substratlarının sayını artırır. Arteriolların hamar əzələlərinə, damar divarının tonusuna  faydalı təsir göstərir, mikrosirkulyasiyanı yaxşılaşdırır, iltihabı və ödemi azaldır.
     Təsirləri:    Şişkinliyin, iltihabın, ağrının, qızartının -  azalması..


4.  Fototerapiya (IPL, BBL) müalicədə istifədə edilir.


5. Botulinum terapiyası .

 

 

 

Rozasea olan xəstələrdə dəri həssaslığı və kosmetikaya olan həsasslığa tez- tez rast gəlinir..
Xəstələr  hər hansı bir kremdən istifadə etməkdən çəkinirlər çünki  nəmləndirmə yerinə daha çox qıcıqlanma ilə üzləşirlər.
Rozaseyalı xəstələr sağlam nəticə almaq üçün müalicədən sonra düzgün şəkildə dəriyə qulluq etməlidirlər.

 


 


Dəriyə qulluq bir neçə mərhələdən ibarətdir:

  1. Təmizləmə.

 

  • Burada az daha yaxşıdır prinsipi işləyir:
  • İstifadə etmək olmaz: mexaniki pilinqlər, skrablar
  • İstifadə etmək olar :  həssas dərilər üçün qeyd olunan komedogen olmayan, hipoallergik ətirsiz təmizləyicilər.
  • Qarışıq,  yağlı dərilər üçün yüngül təmizləyicilər (  məs.  gel şəklində uyğun gəlir)
  • Quru dərilər üçün mikroelementli su ola bilər .

 

  1. Nəmləndirmə.
    - Yayda və ya günəşə çıxanda SPF ilə krem ​​çəkdiyinizə əmin olun. Daha yaxşı olar ki üçü-birində olan kremlər : nəmləndirmə, SPF və ton.
    - Nəmləndirici kremlər :  Normal , quru dəri üçün tərkibində seramidlər olan kremlər

        Kombinə olan dəri üçün  tərkibində hialuron turşu olan kremlər.

 

  1. Maskalar  - xüsusi tərkibli. Həftədə 1-2 dəfə edilə bilər.