Qorxu (Qorxu və fobiya haqqında bilmədiklərimiz) hekimtap.az

Qorxu (Qorxu və fobiya haqqında bilmədiklərimiz)

4982
Автор: Psixoloq Şəbnəm Əndəlifova , Əlaqə: 055 365-10-20

Опубликовано: 11.12.2019
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Uşaqlar qorxu hissi ilə necə tanış olurlar?

Qorxu təbii hissdir, hər bir insanda qorxu ola bilər. Qorxu insanın yaşından asılı deyil. Qorxular məlumatsızlıqdan, həmin zamanda ki situasiyadan, bilik azlığından yarana bilər.

Bəs kiçik yaşlı uşaqlarda qorxu necə yaranır? Onlar qorxu ilə ilk olaraq necə tanış olurlar?  "3 yasinda uşaq təsəvvür edin. Öz otağında oyuncaqları ilə oynadığı zaman işıqlar sönür. Digər otaqdan ana qışqıraraq "qorxma qızım (oğlum) mən gəlirəm" deyir, bir digər səs isə atanın səsidirki "qorxma, atan yanındadır" deyir . Bu zaman uşaq qorxunun nə olduğunu bilmədiyi halda düşünürük ki ,deməli mən qorxmalıyam ... Daha sonra həyatında ilk dəfə yaşadığı situasiyalardan qorxmağa başlayır. İlk qorxu hissi ilə uşaqlarımızı biz tanış edirik.

Fobiyaların yaranma səbəblərinə nələr aiddir?

Qorxunun insanın həyatında məhdudiyyət yaratması artıq fobiya adlanır. Fobiyalar bir neçə səbəbdən yarana bilər.
Bəzi insanlar var ki, düşdüyü mühitdən aslı olmayaraq, daim ürəyində həyacan keçirir və daim, hər an qorxu içində olur. Bu cür insanlara televizorda eşitdiyi bir xəbər, qonşunun dediyi bir söz anında təsir edə bilər. Ən elementar hadisələr bu cür insanda qorxuya səbəb ola bilər.
Gəlin baxaq Fobiyalar nədən yaranır?

Fobiyalar çoxmənşəli bir xəstəlikdir. Bu xəstəlik insanların xarakterinə görə yaranır. Məsələn elə insanlar var ki, heç nə onlara təsir etmir. Bu tip insanlar təbii ki, fobiyadan uzaq adamlardır. Amma elə insanlar da var ki, hər bir hadisə onların psixikasına təsir edir. Fobiya müxtəlif yaşlarda ortaya çıxa bilər. Bu əsəb sisteminin yorulmasından əmələ gəlir. Ola bilər ki, bu insanda 5 yaşında və yaxud da 50 yaşında meydana gəlsin . 

Gəlin bəzi fobiyalarla tanış olaq? 

Poqonofobiya (Saqqallı adamlardan və ya saqqaldan qorxmaq)
Pteronofobiya (Quş tükündən qorxmaq)
Politikofobiya (Siyasətçilərdən qorxmaq)
Triskadekafobiya (13 rəqəmindən qorxmaq)
Hidrofobiya -  (Sudan qorxmaq)
Antropofobiya - insanlardan qorxmaq.
Batofobiya -  dərinlik qorxusu.
Qolossofobiya -  ictimai yerlərdə danışmaqdan qorxmaq.
Monofobiya -  təklikdən qorxmaq.
Agirofobiya -  küçədən qorxmaq
Ailurofobiya -  pişikdən qorxmaq.
Amatofobiya -  toz qorxusu
Venüstrafobiya  - gözəl  qadınlardan qorxmaq.
Gerontofobiya  - yasli insanlardan qorxmaq.
Amnezifobiya – hafizəsini itirməkdən qorxmaq.
Bromidrosifobiya - vücud qoxusundan qorxmaq.
Dekatriaparaskevifobiya - ayın 13'ünün Cümə gününə təsadüf etməsi qorxusu
Entomofobiya - böcəklərdən qorxma
Hipegiyafobiya - məsuliyyətdən (cavabdehlikdən) qorxmaq
Hipnofobiya - yatmaqdan qorxmaq.
Homiklofobiya - sisdən qorxmaq.
İhtiyofobiya - balıqlardan qorxma
İslamofobiya  - müsəlmandan qorxmaq.

Qorxu və fobiyanı - aradan qaldırmaq mümkündürmü ?

Fobiya əvvəllər təcrübəli travmatik vəziyyətə əsaslanan bir ruhi xəstəlikdir. Uzun illərdir ki, sizi təqib etdiyiniz qorxu və fobiyalardan xilas olmaq, mütəxəssis psixoterapevt və psixoloqa müraciət etməkdir. Qorxu və fobiyaların müalicəsi hər bir insanın fərdi psixoloji xüsusiyyətlərinə əsaslanır, hər bir halda xüsusidir və hər hansı bir ümumiləşdirməyə ehtiyac duyulmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az