Qlaukoma hekimtap.az

Qlaukoma

3206
Автор: Oftalmoloq 077 398 00 55

Опубликовано: 23.05.2018
Хейран Щиринова

Qlaukoma nədir?

Qlaukoma korluğa səbəb ola biləcək proqressiv bir göz xəstəliyidir. Bu zaman gözdaxili təzyiqin qalxması fonunda torlu qişa hüceyrələrinin sıradan çıxması baş verir, gözün  görmə siniri atrofiyaya uğrayır və görmə siqnallarının beyinə ötürülmə prosesi pozulur. İnsan pis görməyə başlayır, pereferik görmə pozulur, nəticədə görmə zonası məhdudlaşır.  

Qlaukoma (yunan dilindən tərcümədə “dənizin yaşıl rəngi”mənasını verir) haqqında məlumatlara Hippokratın işlərində rast gəlinir (e.ə. 400-cü il). Lakin bu xəstəlik haqqında müasir təsəvvürlər IX əsrin əvvələrində formalaşmağa başlamışdır.

Müasir dövrdə qlaukoma dedikdə, kifayət qədər böyük qrup xəstəliklər nəzərdə tutulur və bu xəstəliklərin yaranma səbəbləri və gedişatı müxtəlifdir. Bu xəstəliklərin inkişaf səbəblərinə dair bu günə kimi vahid bir fikir yoxdur. Lakin o məlumdur ki, vaxtında mütəxəssis müdaxiləsə olmazsa, bunu bir nəticəsi var- görmə sinirinin atrofiyası və korluq.   

Dünya Səhiyyə Təşkilatının statistikasına görə qlaukoma 5 milyondan artıq insanın korluğuna səbəb olub. Bu, dünyadakı bütün kor insanların 13,5%-ni təşkil edir.    

Qlaukomanın yaranma səbəbləri

Sağlam gözdə daim müəyyən stabil  təzyiq (18-22 mm c.s.)  mövcuddur. Bu maye axının balansı nəticəsində baş verir. Qlaukoma zamanı sirkulyasiya pozulur, maye toplanması yaranır və nəticədə gözdaxili təzyiq artmağa başlayır. Bu zaman görmə siniri və gözün digər strukturlarının üzərinə artıq yük düşür, gözün qan dövranı pozulur. Nəticədə göz siniri atrofiyaya uğrayır, görmə siqnallarının beyinə ötürülməsi dayanır. İnsan pis görməyə başlayır, pereferik görmə pozulur, nəticədə görmə zonası məhdudlaşır – yekunda korluq yaranır.

Qlaukomanın əlamətləri

Qlaukomanın əsas əlamətləri aşağıdakılardır:
 – Gözlərdə ağrı, kəsilmə hissi, ağırlıq hissi, görmə sahəsinin daralması;
 – Görmənin dumanlanması, gözlərin önündə “torun” yaranması;
 – Parlaq işığa, məsələn, lampaya baxarkən gözlərin önündə “halqaların” əmələ gəlməsi;
 – Sutkanın axşam və gecə saatlarında görmənin pisləşməsi;
 – Gözlərin nəmlənməsi hissi;
 – Göz ətrafında zəif ağrılar;
 – Gözlərin qızarması.

Qlaukomanın iki forması var: açıq bucaqlı qlaukoma və bağlı bucaqlı qlaukoma. Bu formalar özlərini müxtəlif simptomlarla büruzə verirlər.

Qlaukomanın diaqnostikası

Xəstəliyin başlanmasını müəyyənləşdirmək üçün gözdaxili təzyiqin ölçülməsi kifayət deyil. Bundan başqa, göz dibi və görmə sinirinin diski diqqətlə müayinə olunmalı, həmçinin, görmə sahəsi öyrənilməlidir. Bir sözlə, ciddi diaqnostik müayinə aparılmalıdır.  

“Aysmed” klinikasının oftalmoloji şöbəsində müasir kompüterləşmiş avadanlıqların köməyi ilə kompleks müayinələr həyata keçirilir.

Qlaukomanın müalicəsi

Qlaukoma vaxtında aşkarlanarsa, onun həm medikamentoz, həm də  cərrahi metodla müalicəsi mümkündür. Unutmayın ki, xəstəliyin müayinəsi və müalicəsi vaxtında başlanmazsa, görmənizi ömürlük itirə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az