Qida borusunun anadangəlmə atreziyası
 hekimtap.az

Qida borusunun anadangəlmə atreziyası

9505
Автор: Tibb üzrə fəlsəfə doktoru , operator dr., uşaq cərrahı Toğrul Ömərov

Опубликовано: 23.05.2018
Тогрул Омаров

Qida borusunun atreziyası nədir?

Qida borusunun atreziyası – qida borusunun natamam inkişafıdır. Qida borusunun atreziyası zamanı qida borusu daralır və ya sonluğu kütəlmiş olur, yəni o, mədəyə normal birləşmir. Atreziya ilə doğulmuş körpələrin çoxunda traxoezofaqeal sviş – qida borusu ilə traxeyanın patoloji birləşməsi müşahidə edilir.  

Qida borusunun atreziyasının əlamətləri

Qida borusu artreziyasının əlamətləri doğuşdan dərhal sonra özünü büruzə verir. Ağız və burundan dayanmadan qatı köpüyün gəlməsi – yalançı hipersalivasiya xarakterikdir. Bu zaman seliyin bir hissəsi tənəffüs yollarına düşür, uşaq boğulmağa başlayır ki, bu da sianoz tutmalarla özünü göstərir.  

İlk qidalanmadan dərhal sonra (bir-iki qurtumdan sonra) qida ya geriyə qayıdır (tam atreziya zamanı), yaxud da tənəffüs yollarına düşür (qida borusu-traxeal svişi zamanı). Bu, özünü güclü öskürək tutmaları, sianoz, tənəffüsün pozulması ilə - təngənəfəslik, tənəffüs ritminin pozulması, ağciyərlərdə xarıltılarla özünü göstərir.  

Aşağı qida borusu-traxeal svişi zamanı tənəffüs yoluna mədədəki maddələr düşür ki, bu da tənəffüs çatışmazlığı sindromunun inkişafına səbəb olur.

2-3 saat ərzində müdaxilə olunmazsa uşağın vəziyyəti qəfil pisləşir, aspirasiyalı pnevmoniya inkişaf edir, bu da qida və seliyinin tənəffüs yollarına düşməsi ilə səciyyələnir. Xəstənin vəziyyəti ağırlaşır, orqanizmin sürətlə suzuzlaşması və zəifləməsi müşahidə olunur.  

Ümumi simptomlar: dərinin göyərməsi (sianoz), öskürək, ağız suyunun normadan artıq ifrazı.

Qida borusunun atreziyasının yaranma səbəbləri

Qida borusu atreziyasının yaranma tezliyi 1:3000-4000 kimidir. Oğlanlarda və qızlarda rastgəlmə tezliyi eynidir.

Traxeya və qida borusu eyni ruşeym başlanğıcından inkişaf edir - ön bağırsağin sonundan və inkişafın erkən mərhələsində

 bir-birilə birləşirlər. Əgər embriogenezin 4-5-ci-həftələrində onların ayrılması baş verməzsə, traxeya-qida borusunun svişi yaranır, nəticədə qida borusunun yuxarı və aşağı ucları birləşmir – qida borusunun atreziyası formalaşır.

Qeyd olunur ki, qida artreziyalı uşağın doğuşuşu ilə nəticələnən hamiləliyə mayenin artıqlığı və ilk trimestrdə hamiləlik düşüyü təhlükəsi xarakterikdir.  

Qida borusunun atreziyasının diaqnostikası

Əgər yeni doğulmuşda müvafiq əlamətlər yaranarsa, dərhal qida borusunun keçiriciliyini yoxlamaq vacibdir. Bunun üçün qida borusunun  kateterizasiyası həyata keçirilir. Əgər katetri damaqdan başlayaraq 10-12 sm-dən dərinə daxil etmək mümkün olmursa, bu, qida borusu atreziyasının əlamətidir.

Qida borusu-traxeal sviş zamanı katetri mədəyə daxil etmək mümkün olmur. Həmçinin, hava probu aparılır:qida borusunda olan katetrə şpris vasitəsilə hava vurulur. Əgər vurulan hava həmin an səslə uşağın ağzından və burnundan qayıdarsa, bu, qida borusu-traxeal svişə dəlalət edir.

Diaqnozu rentgenoloji müayinə təsdiqləyir: kontrastla və kontrastsız. Aşağı qida borusu-traxeal sviş zamanı mədə və bağırsaqlarda hava aşkara çıxır. Həmçinin, ezofaqoskopiyavə traxeobronxonskopiya aparılır.

Qida borusunun atreziyasının müalicəsi

Qida borusunun atreziyası aşkara çıxarsa, təcili cərrahi müdaxilə göstərişdir. Əməliyyata hazırlıq zamanı ağız, burun-boğazın 15 dəqiqədən bir aspirasiyası aparılır, oksigen verilir. Metabolik pozuntuları korreksiya etmək üçün infuzion, antibakterial və simptomik terapiya aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.