Qastroezofagiyal reflyuks xəstəliyi
 hekimtap.az

Qastroezofagiyal reflyuks xəstəliyi

3139
Автор: Pediatr Günay Rəsulova , (+994) 55 703-27-79

Опубликовано: 13.06.2020
Гюнай Расулова

REFLYUKS XƏSTƏLİYİ NƏDİR?

Reflyuks - mədə möhtəviyyatının qida borusuna, hətta, udlaq və ağız boşluğuna qayıtması halıdır. Bu hal, qusma halı, uşaqda tez tez təkrarlayarsa, ezofagit, həmçinin, tənəffüs sistemi narahatlıqları kimi ciddi nəticələrə də səbəb olarsa buna Reflyuks xəstəliyi deyilir.

UŞAQLARDA KEÇMƏK BİLMƏYƏN, XRONİKİ ÖSKÜRƏKLƏRİN ƏSAS 3 SƏBƏBİNDƏN BİRİ REFLYUKSDUR! 


REFLYUKS XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ

Südəmər uşaqlarda reflyuks çox vaxt fizioloji olur. Qusma ilə bərabər körpədə heç bir narahatlıq yoxdursa, çəkisini normal alırsa, gün ərzində hər yeməkdən sonra yediyi qidanın 1/3 dən azını çıxarırsa bu hal fiziolojidir, heç bir müalicə tələb etmədən maximum 1 yaşa qədər keçib gedəcəkdir.
Əgər körpədə qusma ilə bərabər, yanaşı olaraq ,
-ciddi narahatlıq 
-yeməkdən imtina etmə 
-yedirməyə başladıqda belə ağlama
-yeməyi rədd etmə
-başını tez tez arxaya edərək bədəni bükmə ( Sandifer sindromu)  
-aşırı narahatlıq
-Xroniki, gizli qan itirməyə bağlı anemiya-qanazlığl
-yuxusuzluq
-boğulma, öskürmə, qaralma
- tez tez yuxarı tənəffüs yolu xəstəlikləri keçirməsi
-Xışıltı
-Çəkidən geri qalma
- Xroniki öskürək, varsa, bu artıq Reflyuks xəstəliyi hesab edilir və mütləq müalicə edilməlidir. 


REFLYUKS XƏSTƏLİYİNİN DİAQNOSTİKASI: 

Reflyuks xəstəliyinin diaqnostikasında ən dəqiq üsul, xəstəni ətraflı obyektiv müayinə etmək və valideyndən dəqiq anamnez toplamaqdır. Reflyuks düşünürüksə uşağa bir müddətlik profilaktik müalicə təyin edirik. Şikayətlər keçməsə böyük uşaqlara PH monitirizasiya testi, kiçik uşaqlara sintigrafiya aparılır. Diaqnoz qoyulub, müalicə edildikdən sonra da şikayətlər keçməsə endoskopiya məsləhət görülür. 


REFLYUKS XƏSTƏLİYİNİN MÜALİCƏSİ: 

Müalicədə ən vacib və ilk mərhələ uşaqda həyat tərzi önləmlərinin alınmasıdır. Yemək öyün miqdarlarını azaltmaq, uşağın çəkisinə nəzarət etmək, axşam yeməklərini yatmazdan ən az 2 saat əvvəl vermək, uşağı yeməklərdən sonra ən az 2 saat yatırmamaq, yüksək yastıq istifadə etmək lazımdır. Körpələr uyğun pozisyada, az-az ,tez-tez qidalandırılmalı, yeməkdən sonra ən az 2 saat dik tutulmalıdır. Böyük yaş uşaqlar nitritli qidalar, tomat, qazlı sular, kofe, yağlı yeməklər, şokolad və başqa abur- cuburlar yeməməlidir.
4-6 həftəlik müalicə kursu ilə təyin edilən antiasid və normokinetik dərmanlar isə dəqiq diaqnoz qoyulduqdan sonra həkim tərəfindən təyin edilir. 


REFLYUKS XƏSTƏLİYİNİN AĞIRLAŞMALARI:

Uşaqda müalicəsiz qalan tez- tez qusma halları varsa, mədədən turşu tərkibli qidaların qida borusuna təsiri nəticəsində ezofagit- qida borusunun yanması, təkrarlayan yanmaya bağlı qida borusunda daralma, gizli qanaxma, qanaxmaya bağlı qanitirmə,qanazlığı, hətta Barret ezofagiti deyilən xərçəng önü vəziyyətə gətirib çıxara bilər. Bundan başqa boğaza qayıdan qida nəfəs yollarına qaçaraq uşaqda təkrarlayan pnevmoniya, xışıltı, astmaya səbəb ola bilər. Müalicə ilə keçmək bilməyən öskürəklər varsa reflyuks xəstəliyi mütləq ağıla gəlməlidir. Bu kimi ağırlaşmaların olmaması üçün qusması olan uşağı gecikdirmədən həkim müayinəsinə aparmaq vacibdir. 


REFLYUKS XƏSTƏLİYİNİN PROFİLAKTİKASI:

Reflyuksun qarşısını almaq üçün uşaqda yemək öyün miqdarlarını azaltmaq, uşağın çəkisinə nəzarət etmək, axşam yeməklərini yatmazdan ən az 2 saat əvvəl vermək, uşağı yeməklərdən sonra ən az 2 saat yatırmamaq, yüksək yastıq istifadə etmək lazımdır. Körpələr uyğun pozisyada, az-az ,tez-tez qidalandırılmalı, yeməkdən sonra ən az 2 saat dik tutulmalıdır. Böyük yaş uşaqlar nitritli qidalar, tomat, qazlı sular, kofe, yağlı yeməklər, şokolad və başqa abur- cuburlar yeməməlidir.Yeməkdən dərhal sonra əyilmə , silkələnmə tipli hərəkətlər edilməməlidir.

 

Mövzu ilə bağlı video:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az