Osteoartroz (deformasiyaedici artroz, el arasinda duzlaşma) oynaqların degenerativ-distrofik xarakterli xroniki xəstəliyidir, bu zaman oynaq qığırdağının, sümüyün deformasiyası və oynaq kapsulunun dağılması baş verir.
Qeyd etmək lazımdır ki, artroz fərqli mənşəli və oxşar inkişaf mexanizmləri olan birgə xəstəliklərin bütöv bir qrupudur.
Osteoartrozun növləri:
-diz oynağının deformasiyaedici artrozu (gonartroz),
-bud-çanaq oynağının deformasiyaedici artrozu (koksartroz),
- çiyin oynağının artrozu
Bunlar artrozun ən ağır növləridir.
Bundan başqa osteoartrozun digər növləri də var:
Əl və ayaq oynaqlarının artrozu;
Çənə- gicgah oynağının artrozu;
Aşıq- daban oynağının artrozu;
Faset oynaqlarının artrozu.
Qonartrozun səbəbləri
Artroz ümumiyyətlə birincili və ikincili olaraq iki növə ayrılır;
Birincili (idiopatik);
Birincili (idiopatik) artrozun yaranma səbəbi məlum deyil. Amma genetik faktor,endokrin pozulma, artıq çəki, düzgün omayan həyat tərzi, yaşın faktoru səbəb kimi göstərilir. Yaşlı insanlarda daha çox müşahidə olunur. Gənclərdə ikincili artroz yaşlılarla müqayisədə daha çox rast gəlinir.
İkincili;
İkincili artroz, bədənin digər patoloji prosesləri nəticəsində: keçirilmiş infeksion xəstəliklər zamanı, birləşdirici toxumanın sistem xəstəlikləri (revmatoid artit və s.),və ya bəzi xarici təsirlərlə əlaqədar oynaq səthlərin zədələnməsi və travmatik təsir ilə baş verir.
Qadınlarda bu xəstəlik menopauzadan sonra daha da ağırlaşır.
Qonartrozun əlamətləri
Qonartrozdan əziyyət çəkən xəstələri ən çox oynaq nahiyəsində hərəkət zamanı olan ağrılar və xırtıltı səsləri narahat edir. Ilkin mərhələdə hərəkət zamanı ağrılar artır, istirahət zamanı isə ağrılar azalır. Proses dərinləşdikcə artıq istirahət zamanı belə, ağrılar olur.
Qonartrozun dərəcələri:
Qonartrozun 4 dərəcəsi var:
Qonartrozun I dərəcəsi - xəstəlik normal hərəkətə mane olmur, amma onu çətinləşdirir.
II dərəcəli qonartroz - xəstəlik normal hərərkətə mane olur.
Qonartrozun lll dərəcəsi – qabarıq hərəkət məhdudluğu.
Qonartozun IV dərəcəsi - əlillik.
Xəstəliyin başlanğıc mərhələsində oynaqda səhər, istirahətdən sonra, hərəkətə başladıqdan bir müddət sonra tədricən yox olan hərəkət çətinliyi qeyd olunur.
Artroz dərinləşdikcə ağrı daha da çoxalır, kəskinləşir.
3-cü və 4-cü dərəcəli artroz xəstəliyin ağır, inkişaf etmiş mərhələsidir. Bu mərhələdə müşahidə olunur:
-əhəmiyyətli dərəcədə deformasiya olunmuş oynaq;
-hərəkətlərin kəskin məhdudlaşması;
- yalnız hərəkət edərkən deyil, həm də tam istirahət vəziyyətində kəskin ağrı olur;
- oynaq iltihabı;
-hava dəyişikliklərinə qarşı həssaslıq;
-diz ətrafındakı əzələlər spastik və atrofiyalıdır;
Artroz 4 dərəcə:
Oynağın tamamilə dağılmış vəziyyətidir, oynaq tamamilə fəaliyyətini dayandırır. "Oynağın blokadası" müşahidə olunur - kəskin ağrı sindromu ilə müşahidə olunur.
Artrozun diaqnostikası:
-Rentgenoqrafiya
-MRT
-Laborator müayinələr
Artrozun müalicəsi:
-Homeosiniatriya
-Proloterapiya
-Akupunktura
-PRP terapiya
-Kök hüceyrə ilə müalicə
-Osteopatiya
-Fizioterapiya və reabilitasiya
-Oynaqdaxili inyeksiyalar
-Cərrahi müdaxilə
Qonartrozun profilaktikası
Qonartrozun qarşısının alınması üçün gündəlik kalorini aşmamaq şərti ilə düzgün qidalanmaq və mütəmadi bədən tərbəyəsi ilə məşğul olmaq lazımdır. Ağır idman növləri ilə məşğul olduqda təhlükəsizlik tədbirlərindən(qoruyucu vasitələrdən, yastıqlardan, fiksatorlardan və s.) istifadə etmək lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az