Kapillyaroterapiya hekimtap.az

Kapillyaroterapiya

1477
Автор: HT

Опубликовано: 19.07.2019
/papers/kapillyaroterapiya-44430?locale=ru

Kapillyaroterpapiya nədir?

Kapillyaroterapiya - dərinin inyeksiya, mezoterapiya, əməliyyat, botoks, oksigen və vitamin kokteylləri, eləcə də cərrahi əməliyyatlar olmadan dartılması və üzün tam cavanlaşdırılmasıdır. Bu, ən müasir kosmetoloji metodlardan biri olub, kapillyarların işinin aktivləşdirilməsinə əsaslanır.Kapillyaroterapiya üsulu ilə nəyinki üz və dekolte nahiyələrinin 100%-lik cavanlaşdırılmasını, eləcə də, bu nahiyələrdəki dərinin sağlamlaşdırmasına nail olmaq mümkündür.

Kapillyarların disfunksiyası qocalmanın səbəbi kimi

Kapillyarlar qan sisteminin vacib hissəsidir. Qan və toxumalar arasındakı mübadilə məhz burada baş verir. Qan təchizatının pozulması istənilən orqanda, eləcə də dəridə işemiya, nekroz və funksiya itirilməsi yarada bilər. Yaş ötdükcə kapillyarlara şlaklar yığılır, qan axını intensivliyini itrir, ayrı-ayrı hissələrdə isə durğunluq yaranır. Beləliklə, hüceyrələrdə oksigen və qida maddələri aclığı yaranır. Hüceyrələrdə toksin, qaz və  karbon qazının çıxarılma prosesi məhz bu səbəbdən pisləşir. Bütün bu neqativ proseslər dərinin qocalmasına gətirib çıxarır.

Kapillyaroterapiyanın təsir mexanizmi

Kapillyaroterapiya zamanı istifadə olunan və pH-ı yüksək olan təbii vasitələr dərhal dəriyə hopur və qocalmış dəridə toplanmış sərbəst radikalları özünə çəkir. Bu vasitələrin massajlar vasitəsi ilə dəriyə yeridilməsi kipillyarların işini yaxşılaşdırır, dəri hüceyrələrinin regenerasiyasını sürətləndirir, bu isə öz növbəsində, qocalmanı ləngidir.

Kapillyaroterapiyanın nəticələri

Kapillyaroterapiya üsulu ilə aşağıdakı nəticələri almaq olar:

- Qırışların hamarlanması;
- Dərinin pillinqi;
- Üz tonunun korreksiyası;
- Piqment ləkələri rənginin açılması;
- Yanaqlarda təbii qızartının yaranması və s.
- Sellülitin aradan qalxması;
- Dekolte nahiyəsinin cavanlaşması və s.

Kapillyaroterapiya 40 yaşdan yuxarı hər kəsə göstərişdir. Peşəkar kosmetoloqun müdaxiləsi sizin dərinizi qısa zamanda cavanlaşdıracaq, əvvəlki təravətini və gözəlliyinni özünə qaytaracaqdır.

Daim gözəl və gənc qalmağınızı arzulayıram!