İti uclu kondilomalar
 hekimtap.az

İti uclu kondilomalar

5209
Автор: Mama-ginekoloq Tatyana Çerenkova

Опубликовано: 17.03.2018
AYSMED KLİNİKASI

İti uclu kondilomalar nədir?

Bu, cinsi yolla keçən bir xəstəlikdir. Həmçinin, bu xəstəliyi yaradan virus anadan körpəyə də keçə bilər. Xəstəliyin müxtəlif adları var - ziyillər, iti uclu və ya ekzofit kondilomalar.

Daha düzgün adı - ekzofit kondilomadır. Baxmayaraq ki, xəstəliyin müxtəlif adları, forma və lokalizasiyaları var, onları birləşdirən bir şeydir - dərinin üzərində əmələ gəlməsi. Ona görə də onları ekzofit kondiloma adlandırmaq daha düzgündür.

Kondilomaların yaranma səbəbləri

Bu gün xəstəlik çox geniş yayılıb və artım tendensiyası müşahidə olunur. Təhlükəsi isə bayaq qeyd olunan kimi, cinsi yolla keçməsidir.

Xəstəliyin yaranma səbəbi 6 və 11 tipli popiloma virusudur, bunu laborator metodla, bəzən vizual metodla müayinə edirlər.

Simptomları

Bəzən xəstəlik simptomsuz ötüşür və ya əksinə özünü göynəmə və ağrılarla büruzə verir. Ağrılar adətən cinsi akt zamanı özünü  göstərir. Qan ifrazatları ola bilər. Qasıq nahiyəsində yaranan diskomfort iş qabiliyyətini aşağı sala bilər.

Kondilomaların diaqnostikası

Xəstəliyin diaqnostikası kolposkopiya vasitəsilə həm xarici, həm də daxili cinsiyyət orqanlarının müayinəsi ilə aparılır. Bu, böyütmə imkanı 30 dəfəyə qədər olan bir mikroskopdur.

Bundan başqa, anaskopiya və uretroskopiya metodlarından da istifadə edilir. Amma əlbəttə ki, ilkin müayinə metodu vizual müayinədir.

Kondilomaların müalicə metodları

İti uclu kondilomaların kənarlaşdırılmasının bir çox üsulları var. Onlardan ən geniş yayılmışları kriodestruksiya, termokoaqulyasiya, kimyəvi koaqulyasiya, lazer destruksiyası və radiocərrahiyyədən istifadə ilə kənarlaşdırılmadır.  

Sadalanan bütün metodların hər birinin müsbət və mənfi cəhətləri var. Amma ümumilikdə, bu metodların hamısının bir nəticəsi var - onların tətbiqindən sonra kondilomanın yerini hamar dəri və ya üzərində prosedurdan heç bir iz qalmayan selikli qişa əvəz edir.

Ona görə də kondilomanın kənarlaşdırılması üçün məhz hansı metodun seçilməsi o qədər də əhəmiyyətli deyildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.