Hirudoterapiya (zəli ilə müalicə)
 hekimtap.az

Hirudoterapiya (zəli ilə müalicə)

9989
Автор: Terapevt Nərminə Abbasova

Опубликовано: 22.06.2018
Mayomed

Hirudoterpiya – ümumi məlumat

Zəli ilə müalicə insanlara həlim qədim zamanlardan məlumdur. Məsələn, zəli rəsmlərindən istifadə mənzərələrinə qədim yunan ehramlarında rast gəlmək olar. Hippokrat və Qalen kimi qədim yunan və qədim Roma loğmanları öz əsərlərində zəli ilə müalicə haqqında məlumat vermişlər.

Dövrünün ən görkəmli həkimlərindən olan İbn Sinanın yazılarında hirudoterapiya haqqında qeydlər var.

Latın dilindən hərfi tərcümədə hirudoterapiya “zəli ilə müalicə” mənasını verir, “hiruda” - zəli, “terapiya müalicə deməkdir.”  

Hirudoterapiya – müalicə mərhələləri

1.Dişləmə

Dişləmə prosesi bu cür baş verir: zəli bədəndə lazım olan nahiyəyə yapışır. Dəriyə yapıdığını hiss edəndən sonra onu dişləyir. Dişləmə dərinliyi təxminən 1.5-2 mm təşkil edir. Bundan sonra zəli əmələ gələn yaraya ağız suyunu ifraz edir. Zəlinin ağız suyunda məlum olduğu kimi, qan laxtalanmasını ləngidən hirudin maddəsi var.

2.  Qidalanma

Zəli pasiyentin bədəni üzərində, xəstəlikdən asılı olaraq, adətən, 20-60 dəq. qalır. Bu müddən ərzində bir zəli 5-15 millilitrqan sora bilir.

3. Qan sorulmasının dayandırılması

Əksər hallarda zəli doyduqdan sonra bədəndən özü ayrılır. Lakin bəzən zəlini pasiyentdən vaxtından əvvəl ayırmaq lazım gəlir. Bunun üçün adətən spirt və ya yodla isladılmış adi tampondan istifadə edilir. Bu vasitədən sonra zəli yapışdığı nahiyədən dərhal qopur. Zəlini kənarlaşdırmaq üçün, həmçinin, tütün tüstüsündən, zəlini üzərinə duz və ya limon şirəsi, şərab səpilməsindən də istifadə olunur.

Əgər bütün bu vasitələr kömək etməzsə, neştərdən yararlanırlar. Qeyd edim ki, bu zaman zəli ortadan bölünmür, çünkü bu, başlanmış prosesi saxlamayacaq və zəli öz işini davam etdirəcək. Ona görə də ön sorucu dişciklər kəsilir və onun altına hava vurulur. Belə cərrahi müdaxilədən sonra zəli pasiyentdən 100 % “əl çəkəcək”.

Onu da əlavə edim ki, bir zəli yalnız 1 dəfə istifadə olunur. "İstifadə olunmuş" zəli seansdan dərhal sonra öldürülür. Zəli ilə müalicə ən təhlükəsiz müalicə üsullarından biri kimi qiymətləndirilə bilər.

Hirudoterapiya – müalicəvi effekti

 – Qan yenilənir;
 – Zəlinin ağız suyunda olan bioloji aktiv maddələr qana daxil olur və bir sıra prosesləri tənzimləməyə başlayır;
 – İltihab əleyhinə təsir göstərir;
 – Ağrıkəsici xüsusiyyəti var;
 – Fibrinolitik təsirə malikdir.

Bundan başqa, hirudoterapiya vasitəsilə tromboz riskini azaltmaq, trombofilibitlə mübarizə aparmaq, osteoxondroz zamanı daxili toxumaların qan dövranını yaxşılaşdırmaq, orqanizmdən toksiki maddələri çıxarmaq mümkündür.

Zəlilərdən mikrocərrahiyyədə, həmçinin, damarların varikoz genişlənməsində kompleks terapiya kimi geniş istifadə olunur, əzələ spazmlarını aradan qaldırmaq və artroz müalicəsi məqsədilə tətbiq edilir.   

Hirudoterapiya – əks-göstərişlər

Hirudoterapiyaya əks-göstərişlər aşağıdakılardır:
 – Qan laxtalanmasının zəif olması (zəlilərin istifadə olunması faciəvi nəticəyə gətirib çıxara bilər);
 – Qan laxtalanmasının qənaətbəxş olmaması üzündən qanaxma ilə müşayiət olunan xəstəliklər (hirudin qanaxmanı gücləndirir);
 – Anemiya (qan azlığı);
 – Hemoliz (eritrosidlərin sıradan çıxması);
 – Qan təzyiqinin aşağı olması;
 – Ağır və ya uzunmüddətli xəstəlik fonunda orqanizmin zəifləməsi;
 – İmmunitetin zəif olması;
 – Zəli fermentlərinə qarşı fərdi allergik reaksiya;
 – Hamiləlik dövrü;
 – Laktasiya dövrü;
 – Kiçik yaşlı uşaqlar.

Unutmayın ki, zəli ilə müalicəni yalnız mütəxəssis təyin edə bilər!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az