Hepatobiliyar xəstəliklərin diaqnostikası hekimtap.az

Hepatobiliyar xəstəliklərin diaqnostikası

3196
Автор: Opr. Dr. Bəhruz Səlimov

Опубликовано: 12.12.2019
Бахруз Салимов

Ultrasəs müayinəsi (USM)

USM geniş yayılmış müayinə metodudur, xəstəyə hər hansı bir müdaxilə edilmir və ucuz başa gəlir. Bu bir çox digər orqanların, o cümlədən qaraciyər, öd yolları və mədaltı vəzi xəstəliklərinin diaqnostkasında əhəmiyyətli rol oynayır.

Üstünlükləri: Müayinə sürətli, ağrısız, şüalanmasız və ucuz olur.

Əksiklikləri: Müayinəyə ac qarına getmək lazımdır, köp olduğu zaman öd yollarını müayinə etmək çətinləşir.

 

HIDA müayinəsi (xolesistigrafiya)

HIDA müayinsində, radioaktiv izotopla işarələnmiş maddə damar daxilindən bədənə yeridilir.Bu maddəni Qaraciyər qandan təmizləyərək öd yollarına ifraz edir. Bu proses xüsusi kamera vasitəsi ilə izlənir və qeydə alınır. Bir sıra yan təsirləri mövcuddur: Müayinə üçün istifadə olunan maddələrə qarşı allergiyanın olması və ya proses zamanı əmələ gəlməsi, bu maddələrin daxil olduğu yerlərdə qaşınma və digər qıcıqlnma reaksiyalarının meydana çıxması. Bu müayinınin digər mənfi cəhəti radiaktiv olmasındadır ki bəzi xəstəliklər və hamiləlik zamnı xəstəyə və dölə zərərli təsir göstərir. Bu maddə süd vasitəsi ilə anadan uşağada keçə bilər. Qadınlar və ya əmizdirən analar bu barədə həkimlərinə mütləq məlumat verməlidirlər. Digər radiaktiv müayinələr kimi  bu müayinəni hamilə qadınlara etmək qadağandır. Üstün cəhətləri arasında bütün öd əmələ gəlmə, öd ifrazı və öd qovma prosesi haqqında ən dəqiq məlumatı verə bilməsindədir.

 

Maqnit Rezonans Xolangio-Pankreatoqrafiyası(MRXP)

Bu müayinə radioktiv deyil, müayinə zamanı xəstə güclü maqnit sahəsinə yerləşdirilir və sağlamlıq üçün heç bir təhlükəsi yoxdur. Bu nəinki uşaq və yetkin insana hətta hamilə qadının bətnindəki körpəyə belə mənfi təsir etmir. Sadəcə bədənlərində metal olan insanlara əks göstərişdir. Digər çatışmayan cəhəti isə müayinınin uzun müddət dar və qaranlıq bir cihazın içərisində hərəkətsiz qalmaq tələbinin olmasıdır. Cihazlar təkmilləşdikcə müayinənin müddəti qısalaraq dəqiqliyi artır. Üstünlükləri qeyd etdiyimiz kimi zərərsiz,  yüksək dəqiq məlumat verməsi və tətbiqinin çox geniş olmasıdır.

 

Endoskopik Retrograd Xolangio Pankreatoqrafiya (ERXP)

Bu müayinə üsulu olmaqla bərabər həmdə müalicə üsuludur.  Bu üsul mədəaltı vəzi və öd yollarında olan əksər xəstəliklərin müayinə və müalicəsində istifadə edilə bilər. Müayinə zamanı səthi anesteziya edilməsi müayinəni daha uğurlu və rahat edir. Bundan əlavə müayinədə rentgenoqrafiya və rentgenoskopiya edilməsi üçün rentgen şüalarından istifadə edilir. Buna görə hamilə qadınlarda istifadə edilmir.

Ağırlaşmaları: Çox nadir hallarda rast gəlinən kontrast maddəyə allergiya, bağırsaq perforasiyası, qanaxma və iltihabdır ki, bunlarda cərrahi müdaxilə ilə asanlıqla aradan qaldırıla bilir.  

Üstünlükləri:  Diaqnostik olmaqla bərabər eyni zamanda müalicəvi prosedurdur. Xüsusən də öd yoluna daş düşdükdə və öd yolunun müalicəsində ERXP ilk seçimdir. Öd yollarına travma verərək sonradan daralmaya səbəb olmamaqla bərabər dəridə kəsik aparılmadığı üçün estetik üstünlüyü və eyni gün xəstəni evə göndərmə imkanı və dərman qəbulu minimal olması kimi xəstə komfortu və iqtisasdi üstünlükləri mövcuddur.

Prosedur ağızdan qida borusuna oradan mədəyə və oradanda onikibarmaq bağırsağa nazik və elastik bir boru daxil edilir. Onikibarmaq bağırsağa Fater məməciyi ilə açılan mədəaltı vəzi və öd yollarınna buradan kamera görüntüsü altında xüsusi zond yeridilir. Bu zonddan mədəaltı vəzin axarlarına və öd yollarına xüsusi kontrast maddə vurularaq rentgenlə müayinə edilir. Aşkarlanan problemə yönəlik tədbirlərdın təqribən 2 saat sonra xəstə evə göndərilə bilər.

 

Endoskopik ultrasəs (Endosonoqrafiya)

USM müayinəsinin xüsusi bir forması olub elastik bir zond vasitəsi ilə ağızdan qida borusuna, qida borusundan mədəyə və oradan onikibarmağa daxil edilir. Bu müayinə metodu şübhəli hallarda öd yolu daşları və öd daşı pankreatitinin diaqnozunu dəqiqləşdirmədə və adı keçən orqanların xəstəliklərində biopsiya alınmasında bizə kömək edir. Endosonoqrafiya klassik endoskopik müayinəyə bənzəyir və hətta ağırlaşmaları eynidir. Bütün digər prosedurlarda olduğu kimi bu prosedurdan öncə xəstə istifadə etdiyi dərman preparatları barədə həkimə tam məlumat verməlidir. Müayinə müddəti endoskopiyadan təxminən 30 dəq daha çox davam etdiyi üçün xəstəyə sakitləşdirici  və ağrı kəsici dərmanlar verilir. Dərmanların təsir müddəti bitənə qədər xəstə nəzarətdə saxlanılır. Müayinədən bir neçə saat sonra xəstə evə gedir və ertəsi gün normal həyatına geri dönür.

 

Qarın rentgenoqrafiyası

Rentgen müayinəsində öd kisəsi görünmür. Görünən yalnız bir qisim daşlar var. Bu səbəbdən rentgen müayinəsi öd kisəsi xəstəliklərinin diaqnostikasında informativ deyil. Digər orqanların müayinəsi zamanı öd kisəsinin rentgend pozitiv daşları görüldükdə adətən digər müayinə üsulları ilə bunu dəqiqləşdirmək lazım gəlir.