Hansı diş fırçasına ehtiyacınız olduğunu necə müəyyənləşdirmək olar?
Diş fırçasının 20-ci əsrin əsas ixtiralarından biri adlandırıldığını bilirsinizmi? Reytinqdə o kompüter, cib telefonu və hətta avtomobili də qabaqlayır.Bu gün bazar müxtəlif formada, ölçüdə və xüsusiyyətlərdə olan diş fırçaları ilə zəngindir : rezin əlavələri, üzən və ultrasəs başlıqları, elektrik və mexaniki, sərt və super yumşaq fırçalar. Amma bu müxtəlif fırçalar arasında necə seçim etmək olar? Niyə süni tüklərdən hazırlanmış təbiidən daha yaxşıdır?
Diş fırçaları üçün neylon tüklər 1938-ci ildə icad edilmiş və süni tüklərdən hazırlanmış ilk diş fırçası ortaya çıxmışdır. Bundan əvvəl isə çubuqlar , üzərində donuz tükü olan tacta sapı və təbaşirə batırılmış adi parça fırçalar kimi istifadə olunurdu. Lakin , bunların hamısı son dərəcə sərt olmaqla emalı və diş ətlərini zədəliyirdi. Yalnız neylon tüklər təmizlənmə prosesini yeni səviyyəyə qaldıraraq vəziyyəti düzəldə bildi.
Mikroskop altında baxıldıqda təbii tük nədir?
Bu oçərisində boşluq olan kifayət qədər qalın bir çubuqdur. Bakteriyalar həmin bu boşluğa yığılır . Beləliklə, bir neçə təmizlənmədən sonra təbii tüklərdən ibarət diş fırçası mikrob və bakteriyaların mənbəyinə çevrilir. Süni tüklərdə isə boşluqlar yoxdur, iki-üç qat nazikdir və istehsal texnologiyası sərtlik dərəcəsini dəqiq idarə etməyə imkan verir. Beləliklə , birinci və əsas qayda meydana çıxır: yalnız süni tüklərdən ibarət olan bir fırça seçin.Fırçanın tükləri çox sayda və incə olmalıdır. Prinsipcə, bütün süni tükdən hazırlanmış fırçalar təbii tükdən olanlardan daha incədir, lakin burada bəzi nüanslar vardır. Bir qayda olaraq, daha “yumşaq" və “ultra yumşaq" fırçanın tükləri daha nazikdir. Əsilində, sərt tüklü fırçaya ehtiyacı olan insanlar çox azdır. Tüklər nazikdirsə, fırça yumşaqdır və eyni zamanda sıx şəkildə yığılırsa, o zaman çöküntü orta və ya sərt tüklü fırçadan daha təsirli bir şəkildə təmizlənir. Diş fırçası seçərkən fırçanın başlığının ölçüsü, yəni işçi səthi də vacibdir. Bir çox insan “başlığın ölçüsü nə qədər böyükdürsə, dişləri bir o qədər "əhatə edir" və təmizlənməni daha effektiv edir” fikrinə inanır. Əslində isə hər şey tam əksinədir. Kiçik bir başlıq daha böyük hərəkətliliyə malikdir və problemli məkanları kifayət qədər yaxşı təmizləyir.
Keyfiyətli bir diş fırçasının əlamətləri:
süni tükləri var;
sıx şəkildə yığılır;
çox nazik tükləri var;
kiçik bir başlığı var;
içərisində əlavə materiallardan minimum istifadə olunur;
əl tutacaq saplağı rahatdır;
fırçaladıqdan sonra diş ətlərinin və emalın həssaslığı kimi xoşagəlməz simptomlar yoxdur.
Müasir fırçaların başqa bir sinfi də var - elektrik və ultrasəs, lakin onların istifadəsi üçün göstərişlər və əks göstərişlər var.
Unutmayın ki, hansı diş fırçasını istifadə etməyinizfən asılı olmayaraq, həlledici amil təmizləmənin texnikası və müddəti, habelə gündə iki dəfə fırçalama qaydasına ciddi riayət etməkdir.