Fotona lazer gəncləşmə, üz gərilməsi və liftingi
 hekimtap.az

Fotona lazer gəncləşmə, üz gərilməsi və liftingi

4702
Автор: Həkim-Kosmetoloq Sevinc Fətəliyeva 070 500-15-60

Опубликовано: 11.11.2019
Sevinc Fətəliyeva

Lazer cavanlaşma üz dərisinin gəncləşməsinin ən effektiv, təhlükəsiz və müasir metodu olub dünya kosmetologiyasında geniş tətbiq olunur. Fotona 3D, 4D, 5D, 6D, 7D, 8D, 9D üsulları tətbiq olunmaqla 3, 4, 5, 6, 7, 8, 9 üsulun eyni anda kombinasiyası tətbiq olunur. Hər pasient üçün həkim proqramı individual seçir. Bu zaman pasientin yaşı, dərinin turqoru, tonusu, elastikliyi, nəmliliyi, həssaslığı nəzərə alınır. Prosedurların tətbiqi zamanı ağız içi smooth, frak3, T9, Smooth face, Piano face, fraksional gəncləşmə, lazer pilinq, Smooth eye, Smooth lips kimi patent almış proqramlar tətbiq olunur. Bu texnologiyalar bir birinin təsirini daha da artırır və eyni vaxtda tətbiq olunması nəticənin daha mükəmməl olmasına zəmanət verir. 

Fotona lazer gəncləşmə, üz gərilməsi və liftinqi nədir?

 • Çoxlaylı lazer üz qaldırılması və liftinqi 
 • Üz toxumalarının enməsinin profilaktikasi 
 • Dırinin dərin derma qatlarına qədər gəncləşməsi
 • “Burun dodaq üçbucağı” probleminin həlli
 • Dəri relyefinin bərpası, xırda qırışların hamarlanması
 • Volumizasiya, dolğu effektinin yaranması (təbii yolla) 
 • Üz ovalının bərpası
 • Göz qapaqlarının liftinqi və göz ətrafı nahiyyədə bərpa, gəncləşmə və qırışların hamarlanması 
 • Dodaq nahiyyəsinin gəncləşməsi, təbii həcmin verilmısi, pilinqi, rəngin və dodaq konturunun bərpası. 
 • Buxaq probleminin həlli

Prosedur zamanı lazer, üz toxumalarının qlobal yenidən qurulması məqsədi ilə dermanın bütün təbəqələrini və  həmçinin  yanaqların daxili səthini bütün qatlarda emal edir.Güclü istilik çox səviyyəli dəri cavanlaşmasına səbəb olur:  fibroblast hüceyrələri oyanır və aktivləşir, intensiv olaraq gənc kollagen istehsal edir, hialuron turşusu daha böyük həcmdə sintez olunur, qırışlar azalır və toxuma sıxlığı artır.
Lazer cavanlaşma üzün orta və aşağı 1/3 hissələrində dəri sıxılmasına nail olmağa, dərinin daha dərin qatlarında yaşlanma əleyhinə proseslərə başlamağa, "məxmər" və baxımlı dərinin təsirini yaratmağa imkan verir.
Fotona lazer gəncləşmə, çox qatlı üz gərilməsi və liftinqi proseduru dermanın dərin qatlarına qədər təsir edən prosedur olub kosmetologiyada bir inqilabdır. Fibroblastları aktivləşdirmək və ağız və yanaqlarda kollagen liflərini yeniləmək üçün yanaqların submukozal təbəqəsində Er Yag lazerdən istifadə olunur. Bu, qırışları hamarlaşdırmağa və üzün aşağı 1/3 hissəsindəki toxumaların həcmini artırmağa və üzün qalxmasına imkan verir. Dərin lazer cavanlaşdırma proseduru olan FRAC3 nəticəsində yeni bir kollagen dəri skeleti meydana gəlir, dərinin daha dərin qatlarında qocalma əleyhinə proseslər başlayır, xarici görünüşdə dəri elastikliyinin tonusunun və turgorunun artması, məsamələrin daralması, dəri toxumasının və rənginin bərpası, qırışların və dərinin hamarlanması prosesləri başlayır. 
Lazer texnikalarının birləşməsi və bir birinin ardınca yerinə yetirilməsi görünən və qalıcı bir nəticə verir.  Prosedur zamanı kollagen skeleti yenidən qurulur, toxumaların həcmi doldurulur, üzün dərisinin tonu və turqoru bərpa olunur, elastikliyi artır, qırışlar yox olur, piqment ləkələri az nəzərə çarpır. Nəticə bir neçə gündən sonra nəzərə çarpır, maksimum təsir 2-4 həftədən sonra əldə edilir və 1,5 ilədək davam edir.
Prosedur xüsusi  hazırlıq tələb etmir, anesteziya olmadan aparılır. Adi həyat tərzindən uzun bir ayrılma tələb etmir - bərpa müddəti əksər prosedurlarda yoxdur (3D,4D,5D) və yalnlz 6D zamanı 48 saatdır, 7D zamanı 3-4gündür. Mövsümi deyil və hiperpiqmentasiya riski olmadan il boyu həyata keçirilə bilər.(7D xaric) 
Prosedurun davam etmə müddəti seçilın metodikadan asılı olaraq 1-2,5saat davam edə bilər.