Fibromialgiya
 hekimtap.az

Fibromialgiya

2489
Автор: Nevroloq Elladaq Qurbanova, Əlaqə: 050 392-54-92

Опубликовано: 22.11.2019
Ellada Qurbanova

Fibromialgiya nedir?

FIBROMIALGIYA agrı sindromlarından biridir.Qadınlar arasında daha sıx rast gəlir.Fibromialgiya diffuz,simmetrik əzələ-sümük-oynaq ağrılarıdır.Latın dilindən götürülmüşdür,mənası fibro-lif,mio-əzələ,alqos-ağrı deməkdir.

Fibromialğiyanın simptomları?

9cüt simmetrik nöqtələrin bazu,çiyin,körpücüküstü,körpücükaltı,dirsək,bud və s ağrlı olması xarakterikdir.Çox vaxt depressiya,yuxu pozğunluğu,qıcıqlanmış bağırsaq sindromu,xroniki yorğunluq sindromu,narahat ayaqlar sindromu,revmatik ağrılarla sehv salınır.2-8% əhalidə rast gəlinir.

Fibromialgiyanın səbəbləri:

Əvvəllər xesteliyin səbəbi iltihabi və psixiki dəyişikliklər nəzərdə tutulurdu,lakin hal-hazırda iltihabı dəyişikliklər qətiyyən nəzərdə tutulmur.Depressiya və psixi gərginlik də səbəb kimi götürülmür.Əsasən dərin yuxu fazasında hipofizin ifraz etdiyi somototropin hormonunun ifrazı aşağı düşür.Yuxu ( alfa-delta fenomeni) zamanı dərin yuxu və ayılma kəskin olduğu üçün serotonin və dofamin ifrazı aşağı düşür və bu da yuxudan ayılarkən davamlı əzabverici və sıxıcı ağrıların olması ilə nəticələnir. Ona görə xəstələr uzun müddət həkim axtarışında olur və nəticə əldə etmir.

Fibromialgiyanın diaqnostikası:

Bütün analızlər norma daxilində çıxarsa,yalnız dərin  yuxu pozğunluğu varsa bu xəstəlik  müşahidə olunur.Xroniki yorğunluq və stres ,meteohəssaslığı həssas olan əhali risk qrupuna aiddir.

Fibromialgiyanın müalicəsi:

Fibromialğiyanın müalicəsi zamanı dərman müalicəsi ilə yanaşı fizioprosedurların aparılması əks gösteriş yoxdursa, mütləqdir/Prosedur seçimi induvidualdır.Yaşa ,cinsə, xəstəliyin davam etmə müddətinə görə dəyişir.Prosedurlara aiddir:
1)Akupunktura
2) Nevral terapiya
3)Manual terapiye

Fibromialgiyanın profilaktikası:

Uzunmüddətli oturaq iş şəraitində işləyirlərsə aktiv hərəkətlərin olması, sağlam həyat tərzi, sağlam qidalanma və yuxu rejimi önəmlidir.İşləyən şəxslərin vaxtında məzuniyyətə çıxması çox önəmlidir.