Fəqərələrarası disk yırtıqlarının konservativ müalicəsi
 hekimtap.az

Fəqərələrarası disk yırtıqlarının konservativ müalicəsi

2030
Автор: Osteopat Elfiya Altınbayeva

Опубликовано: 27.06.2018
AYSMED KLİNİKASI

Fəqərələrarası disk yırtığı – ümumi məlumat

Fəqərələrarası disk yırtığı olan hər bir pasiyentin müalicəsində əsas məqsəd ağrının və bu xəstəliklə əlaqədar digər simptomların aradan qaldırılmasıdır. Bu məqsədə nail olmaq üçün hər bir pasientin müalicəsi ağrının səbəbindən , ağrı sindromunun ağırlıq dərəcəsindən və spesifik sindromlardan asılı olaraq  fərdi qaydada aparılır.      

Ümumiyyətlə, fəqərə yırtığı olan pasiyentin müalicəsi adi konservativ tədbirlərdən başlayır, yəni qeyri-cərrahi qaydada. Bu, bir çox hallarda düzgün seçimdi, lakin bəzən erkən cərrahi müdaxilə də tələb oluna bilər, belə ki, bu üsul ayrı-ayrı hallarda daha əlverişlidir. Cərrahi müdaxilə ilə sinir kökü və ya onurğa beyinin disk yırtığı tərəfindən sıxılmasında – bu halda aşağı və yuxarı ətrafların zəifləməsi müşahidə oluna bilər – effektli müalicədir.

Belə olan təqdirdə, əməliyyat şiddətlənən simptomatikanı saxlaya, ağır ağrı sindromunu və fəqərələrarası disk yırtığının digər simptomlarını aradan qaldıra bilər.

Əməliyyatın ləngidilməsi isə simtomatikanın güclənməsinə və pasiyentin əziyyət çəkməsinə səbəb olacaq.

Bundan başqa, nadir hallarda rast gəlinən vəziyyətlər var ki, burada təxirəsalınmaz cərrahi müdaxilə tələb olunur, məsələn, “at quyruğu” sindromu, bu zaman ayaqlarda getdikcə artan zəiflik və ya/və sidik kisəsi və bağırsaq funksiyalarının qəfil pozuntusu müşahidə olunur.   

Fəqərələrarası disk yırtığının konservativ və cərrahi müalicəsi

Fəqərələrarası disk yırtığı bel və boyun şöbəsində müşahidə olunarsa, ağrını azaltmaq və xəstəliyin digər simptomlarını aradan qaldırmaq üçün qeyri-cərrahi müalicə adətən 4-6 həftə ərzində aparılır. Müalicə məqsədilə fizioterapiya tətbiq edilir, pasiyentə düzgün bədən mexanikası öyrədilir (ağırlığın düzgün qaldırmaq qaydası, fiziki aktivlik və s.).   

Konservativ terapiya ağrını və fəqərə yırtığının digər simptomlarını  effektiv aradan qaldırarsa, bu müalicəni davam etdirmək olar. Əgər konservativ müalicə lazımi effekti verməzsə, həkim cərrahi müalicə tövsiyə edə bilər.  

Bel şöbəsi fəqərə yırtığının müalicəsi  

Adətən konservativ müalicə altı həftə ərzində aparılır və özündə aşağıdakıları birləşdirir:

  • Fizioterapiya, fiziki hərəkətlər və dartınma hərəkətləri sinir kökü və onurğa beyinin sıxılmasının aradan qaldırılmasına kömək edir;
  • Ağrı sindromunu aradan qaldırmaq üçün isti və ya soyuğun yerli tətbiqi;
  • Manual terapiya, massaj;
  • İltihab əleyhinə qeyri-steroid vasitələrin, məsələn, ibuprofen, naproksen və ya COX-2 ingibitorları, məsələn, ağrı və iltihabı götürmək üçün selebreks.
  • Narkotik analgetiklər;
  • Ağrı və iltihabı aradan qaldırmaq üçün preoral steroid preparatların istifadəsi;
  • Steroid preparatların epidural nahiyəyə daxil edilməsi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az