Dodaqların fillerlərlə korreksiyası hekimtap.az

Dodaqların fillerlərlə korreksiyası

2084
Автор: Kosmetoloq Məryam Ağabəyova , Əlaqə: 050 315-75-46.

Dodaqların fillerlə korreksiyası nədir?

Dodaqlar və  ağızətrafı nahiyə üzün estetik baxımdan ən vacib elementlərindən biridir. Məhz bu səbəbdəndir ki, qadınlar dodaqların forma və ölçülərinə çox həssas yanaşırlar. Dodaqların nazik olması zahirən qadına “quruluq” gətirir, hətta bəzən daha yaşlı göstərir. Lakin bu, elə də böyük problem deyil. İxtisaslı mütəxəssis lazımi korreksiya vasitələrindən istifadə edərək, dodaqlara arzuolunan görünüş verə bilər.

Qeyd etmək lazımdır ki, qadınlarla yanaşı, fillerlə korreksiyaya kişilər də müraciət edə bilərlər. Dəqiq konturlu və səliqəli dodaqlar kişilərin xarici görünüşünü xeyli yaxşılaşdırır və xarizmatik edir. Dodaq asimmetriyalarında, dodaqətrafı qırışlarda, burun-dodaq büküşlərinin korreksiyasında, fillerlərin istifadəsi göstərişdir. Kişi və qadın dəri strukturları fərqləndiyindən korreksiya fərqli yanaşma tələb edir. Prosedur zamanı daha qatı fillerlər tədbiq olunur.

Dodaq korreksiyasının ən geniş yayılmış və effektiv vasitələrindən biri hialuron əsasında fillerlərin tətbiq olunmasıdır. İnyeksiya üçün istifadə olunan hialuron turşusu dərinin təbii kompanentidir, o, toxumalarda bərabər səviyyədə paylanır və bununla belə, dodaqarın həssaslığına heç bir mənfi təsir göstərmir.

Hilauron turşusu vasitəsilə dodaqları həcmləndirmək, onların yaşa bağlı dəyişikliklərini (həcmin itirilməsi, kiset qırışları), quruluğunu aradan qaldırmaq mümkündür.

Fillerlə dodaq korreksiyasına göstərişlər

Dodaqların korreksiyası istənilən kateqoriyalı pasiyentlərə tətbiq oluna bilər. Göstərişlər bunlardır:

- quruluğun aradan qaldırılması, dodaqların qocalmasına qarşı profilaktika;
- formanın bərpa olunması və konturun dəqiqləşdirilməsi;
- dodaqların həcminin artırılması;
- yaşa bağlı dəyişikliklərin aradan qaldırılması;
-“marionet qırışları” nın korreksiyası və ağız bucaqlarının qaldırılması.

Yaş ötdükcə, qocalma prosesi nəticəsində dodaqlar həcmini və kontur dəqiqliyini itirir.Qanın mikrosirkulyasiyası zəiflədiyindən dodaq kənarlarının rəngi avazıyır, quruluq yaranır. Hilauron turşusu dərini  güclü nəmləndirir, yüksək səviyyədə qidratasiya edir və dolğunluq ilə təmin edir.

Əks-göstərişlər

 - dəri xəstəlikləri;
- kəskinlik mərhələsində olan xroniki xəstəliklər;
- kəskin infeksion xəstəliklər;
- korreksiya nahiyəsində iltihabi proseslər;
- immunomodulyator və immundepressantların qəbulu;
 - hamiləlik və laktasiya.

Prosedur cəmi 15-30 dəqiqə vaxt alır. Qalıcılıq isə bir il, hətta daha artıqdır.

Bərpa dövrü

Dodaq korreksiyasından sonra bərpa tez və komfortlu keçir. İlk günlərdə dodaqlarda şişkinlik və hematoma  müşahidə oluna bilər, lakin bu bir neçə gün ərzində aradan qalxır. İki həftə ərzində hamam, sauna və fiziki yüklənmədən qaçınmaq tövsiyə olunur.