Dərinin göbələk xəstəlikləri – Mikoz
 hekimtap.az

Dərinin göbələk xəstəlikləri – Mikoz

20210
Автор: Dermatoloq Surxay Allahverdiyev

Опубликовано: 18.05.2018
AYSMED KLİNİKASI

Mikoz haqqında ümumi məlumat

Mikoz parazit göbələklər tərəfindən törədilən xəstəliklərin ümumi adıdır. Bu xəstəlik iki qrupa bölünür – dəri örtüyünü və dırnaqları (dermatomikoz), saçları, selikli qişaları və daxili orqanların mikozu.  

İnfeksiyanın törədiciləri sapvari göbələklərdir. Bu göbələklər insana xəstə adamla kontakt zamanı və ya üzərində göbələk sporları olan əşyalar vasitəsilə yoluxur. Bəzən göbələk xəstəlikləri saprofit mikriflora yaradır, hansı ki, immunitet zəiflədikdə patogen xüsusiyyətləri üzə çıxır. Xəstəliyin ağırlıq və xarakteri orqanizmin  mikotikliyi, həmçinin zədələnmənin yerindən asılıdır.   

Dəriüstü mikozlar üç növə ayrılır: dermatomikoz, keratomikoz və kandidoz. Dərin göbələk zədələnmələri opportunik sistem mikozları və dərialtı göbələk zədələnmələridir. Buraya sporotrixoz, misetoma və xromoblastikomikoz daxildir.

Məhz dəriüstü mikotik infeksiyalar sürətlə yayılmaq tendensiyasına malikdir və ona görə də bu xəstəlikdən əziyyət çəkən insanların sayı ilbəil artır. Dünya Səhiyyə Təşkilatının statistkasına görə, yer üzündə yaşayan hər beş nəfərdən biri bu göbələk növünün daşıyıcısıdır.    

Mikozun əlamətləri

Mikozun simptomları müxtəlifdir və infeksiyanın tipindən və ya zədələdiyi nahiyədən asılı olaraq dəyişir. Mikotik zədələnmələrin əsas yayılan növləri dermatomikoz, kandidoz və keratomikozdur, bu səbəbdən də onların üzərində dayanmaq istərdim.  

Dermatomikoz – ayaqda yayılmışsa, ifadə olunmuş və ya zəif ifadə olunmuş nahamarlıq yaradır. Bu, güclü və ya zəif göynəmə ilə müşayiət olunur. Barmaqların arasında və pəncənin kənarlarında xırda suluqlar şəklində yarana bilər.

Dermatomikoz qasıq nahiyəsində müşahidə edilərsə, özünü halqavari qızarılar şəklində büruzə verir. Bəzən bu nahiyələrdə xırda suluqlar yaranır, həm qaşıntı həm də ağrı verir. Daha çox kişilərdə rast gəlinir.

Dermatomikoz saç nahiyəsində yayılarsa, dərinin nahamarlığı ilə müşayiət olunan göynəyən səpgilər əmələ gəlir. Paralel olaraq saç tökülməsi də qeydə alına bilər.

Onixomikoz zamanı dırnağın deformasiyası və müalicə olunmazsa, atrofiyası müşahidə edilir. Simptomları dırnağın qalınlaşması, rənginin dəyişməsi və ovulmasıdır.

Dermatomikoz hamar dərini zədələyərsə, həmin nahiyələrdə çəhrayı və ya qırmızı səpgilər yaranır. Bəzən səpgilər mərkəzi açıq rəngli sahəsi olan ləkələrə çevrilir.

Keratomikozların əlamətləri - rəngli və ya çapıqvari dəmrov özünü çəhrayımtıl qəhvəyi və nahamar ləkələrlə büruzə verir, əsasən, boyun, sinə, kürək və çiyinlərdə müşahidə edilir. Yayıldıqca zədələnmə ocaqları birləşir.  

Kandidoz zamanı ağızın kənarlarındakı dəri nahiyələrində zədələnmələr müşahidə oluna bilər. Kandidoz, həmçinin, dolu bədənli insanların dəri qatlarında və ya gigiyena qaydalarına düzgün əməl etməyən uşaqlarda da rast gəlinir. Zədələnmiş nahiyələr qırmızı rəngdə olur, üzəri ağ rəngli ərplə örtülür, epidermisin pereferik soyulması müşahidə oluna bilər.   

Selikli qişanın kandidozu dili, yanaqların iç nahiyəsini, damağı zədələyir. Bu zaman onlar ağızın selikli qişası üzərində ağ ərplər əmələ gəlir. Qida qəbulu zamanı xəstə yanma və ağrı hiss edir.

Kandidoz vulvovaginit cinsiyyət orqanlarında selikli qişasının qızarmasına səbəb olur, suluqlar və eroziyalar yaradır. Qadınları göynəmə verən kəsmiyəbənzər axıntılar narahat edir.

Daxili orqanların kandidozu ağır xəstəlik sayılıb, bir qayda olaraq başqa xəstəliklərin fonunda yaranır. Kandidoza ən çox bağırsaq, ağciyər, sidik-cinsiyyət orqanlarında rast gəlinir.   

Mikozun yaranma səbəbləri

Mikozun yaranma səbəbi əsasən, bu və ya digər göbələk növünə yoluxmadır. Lakin xəstəliyin inkişafına səbəb insanın öz şərtı-patogen florasının artması da ola bilər, hansı ki, normada dəridə, seliqli qişada və s. nahiyələrdə mövcuddur.

Mikozun diaqnostikası

Göbələk infeksiyalarının diaqnostika müalicəsi həkim dermatoloq və mikoloqların səlahiyyətinə aiddir. Diaqnoz qoymaq üçün müxtəlif laborator müayinələrdən və materiallardan istifadə olunur. Bu məqsədlə mütəxəssis dərinin qabığından, qandan, nəcisdən, bəlğəmdən, dırnaq və ya saçlardan substratlar götürə bilər.    

Mikozun müalicəsi

Müasir təbabətdə mikozun müalicəsi üçün bir çox effektli vasitələr mövcuddur. Bu həm yerli, həm də ümumi təsirli preparatlar ola bilər. Müalicə kursu yalnız həkim tərəfindən seçilməlidir. Bu, xəstənin fərdi xüsusiyyətlərindən, patologiyanın kliniki əlamətlərindən, eləcə də toxuma, orqan, selikli qişaların zədələnmə nahiyəsindən asılıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.