Boyun yırtığın cərrahiyəsi
 hekimtap.az

Boyun yırtığın cərrahiyəsi

1936
Автор: Neyrocərrah Əliosman Qədimbəyli

Опубликовано: 20.09.2019
Алиосман Кадимбейли

Boyun yırtığının cərrahiyəsi
Cərrahi müalicənin məqsədi, yırtılan qığırdağın onurğa beyni və sinir kökcüyünə olan sıxıcı təsirini aradan qaldırmaqdır. Beləcə xəstənin, ağrısının keçməsini, keylik, qüvvətsizlik kimi əlamətlərindən ən qısa zamanda xilas olmasına köməklik etmiş olmaqdır. Vaxtında olunan və təcrübəli əllərdə olunan bu tipli cərrahi müdaxilələr çox müsbət nəticələr verir. Bu gün üçün istifadı olunan ən müasir metod servikal mikrodiskektomiyadır. Bəzı xəstələrdə, mikrodiskektomiya ilə bərabər, çıxartılan qığırdağın yerinə vücutdan alınan bir sümük və ya sintetik protezlər istifadə olunur.
Hansı xəstələr əməliyyat olumalıdır?
⦁    Onurğa beyninin kompressiyasına, sıxılmasına səbəb olan mərkəzi disk yırtığı; tam və ya qismi onurğa beyni zədələnməsi.
⦁    Artan və ya ani yaranan qüvvət itkisi
⦁    Onurğa beyni zədələnməsi
⦁    Dərman müalicəsinə davamlı, israrcı ağrı
⦁    Bir aydan çox konservativ dərman müalicəsinə baxmayaraq fayda görməyən xəstələr.
 
Qeyd: Sinir toxumasında uzun müddətli yaranmiş , yüksək dərəcəli zədələri,qalıq nevroliji defisitləri cerrahi müdaxiləylə düzəltilməz. Bu səbəblə uyuşma , hissəvi iflic kimi əlamətlər müşahidə olunduğunda erkən dövrlərdə icra olunan əməliyyatlar daha uğurlu olur.
Boyun disk yırtıqlarının cərrahi taktikası
Əməliyyat ümumi anesteziya ilə , boynun ön səthindən, əsasən sağ tərəfdən daxil olunur. Cərrahi sahəyə daxil olduqdan sonra, rentgenoskopiyanın nəzarətində disk yırtığı olan məsafə təyin olunur. Bu andan etibarən mikroskop vəya böyüdücü lupa istifadə edərək iki faqərə arasındaki qığırdağı təmizlənməya başlanılır. Ən sonunda, sinirə və ya haram iliyə kompressiya edən dis yırtığı götürülərək sinirlər təzyiqdən azad edilmiş olunur. Bundan sonra xaric edilmiş disk yatağindaki məsafəsinin hündürlüyün azalaraq koçməsiylə əlaqədar yarana biləcək sinir dəliklərindəki sinirlərin sıxışmasını aradan qaldırmaq və hündürlüyü bərpa etmək məqsədiylə sümük və ya protez greftlər disk yatağına yerləşdirilir. Yumuşak yırtıq dediyimiz və onurğada kirəclənmələrə yol açmamış boyun yırtığında bu müdaxilə gərəkli deyildir. Onurğada kirəclənməylə birlikdə müşahidə olunan boyun yırtıqlarında füzyon (sümük qaynaması) dediyimiz prosesin yaranması üçün protez yerləşdirilməsi lazımdır. Tərcih olunan və ən sıx istifadə olunan cərrahi texnikalar:
 
Sadə anterior (ön) diskektomiya (disk yırtığının xaric edilməsi): Boynun ön-yan bölgəsindən təqribən 3 cm lik bir kəsiklə servikal diskə ön səthdən ulaşılır və 2 fəqərə arasındaki sinirə təzyiq edərək sıxan disk yırtığı çıxarılır. Çıxarılan məsafəyə hər hansı bir materyal yerləşdirilməz, məsafə boş saxlanılır. Əməliyyat müddətinin qısalığı və füzyon (sümük qaynaması) olmadığından qonşu segment xəstəliyinin daha az görülməsi bu metodun üstünlüyüdür.. Ancaq kifoz (boyunda önə doğru əyilmə) yaranması və şiddətli boyun ağrılarına səbəb olma risqi vardır.
 
Diskektomiya və otogreft yerleşdirilməsi:(Cloward texnikası- Smith-Robinson texnikası). Xəstənin öz sümüyü (çanaq sümüyünün qanadından alınan sümük parçası,otogreft) 2 fəqərə arasından çıxarılan diskin yerinə qoyulur. Bu metodun üstünlüyü, füzyon nisbəti yüksəkliyi və infeksiya ehtimalının az olmasıdır. Ancaq, çatışmamazlığı, boyun yırtığı əməliyyatına əlavə olaraq xüsusiylə sağ qalça dış tərəfindan ikinci bir kəsiklə sümük alınması və əməliyyat sonrasında bu bölgədə hissedilen ağrıdır.
Diskektomiya və allogreft yerleştirilməsi: Çıxarılan diskin yerine başqa bir insandan alınan və xüsusi üsullar ilə işlənən bir sümük (allogreft) yerləştirilir. Bu şəkildə digər əməliyyatdan fərqli olaraq çanaq nahiyyəsindən sümük götürülmədiyinə greft yerinə bağlı ağırlaşmalar olmaz. Ancaq sümük qaynaması daha uzun müddətdə olduğundan dolayı disk məsafəsinə qoyulan parça yerinden çıkaraq ön tərəfə yer dəyişdirib imənfi nəticələrə səbəb olabilir. Ayrıca virus infeksiyaları ola bilir.
 
Diskektomiya və keyc yerləşdirilməsi: Titanium və ya neft məhsullarından istehsal olunan tibbi qəfəslər (keyc) yerleşirilə bilinir. İçərisinə sümük material qoyulur ki, bu da sümük qaynamasını daha da sürətləndirir. Üzərlərindəki çıxıntılar sayəsində üst və alt fəqərəyə daha yaxşı pərçiləndiyindən qaynama müddəti tamamlanana qədər vaxt ərzində ön tərəfə doğru sürüşərək yer dəyiştirmı ehtimalı daha az izlənməkdədir. Ayrıca sərt maddə olduğuna görə greft çökməsi də olmaz. Ayrıca bəzi hallarda keyc yerləşdirildikdən sonra plak taxılmalıdır. Bu yöntəmdə qaynama daha yüksek nisbətdə müşahidə olunur. Greftin yer dəyiştirməsinin qarşısı alınmış olunur.Bu tipli əməliyyatın maddi məsrəfləri çoxdur.
 
Diskektomiya və disk protezi yerləşdirilməsi: Diskektomiya edildikdən sonra məsafəyə, oynaq hərəkətini qoruyan material yerləşdirilir. Qonşu segment xəstəliyinin qarşısı alınır və boyun ağrısı əməliyyat sonrası müddətdə daha az olmaqtadır. Digər yöntəmlərə göre çox bahalı bir protez istifadə olunmaqdadır. Kimlərə bu əməliyyat oluna bilinər? Qırx yaş altı, tək məsafəyə boyun yırtığı olan, aktiv olaraq işləyən, boynunda kirəclənməsi olmayan, onurğa beyni zədələnməsi olmayan xəstələrə uyğun olabilir. Ancaq ciddi bir çatışmamazlığı, hələlik yeni çıxan bir protez olmasıyla əlaqədar uzun müddət sonrası nəticələri bilinməməkdədir.
Servikal (boyun) mikrodiskektomiyanın üstünlükləri:
Mikroskopik üsulla boyun disk yırtıqlarının xaric edilməsinin özünə məxsus üstünlükləri var.
 
⦁    Əməliyyata bağlı toxuma xəsarətinin,qan itkisinin və infeksiya riskinin ən az olması.
⦁    Mikroskop altında yırtılan qığırdağın tam olaraq çıxartılabilinməsi.
⦁    Əməliyyat sonrası ağrı və hərəkət məhdudiyyətinin olmaması.
⦁    Əməliyyat sonrası xəstə 3 saat sonra ayağa qaldırılır, akşamüstü və ya sabahısı evə göndərilir.
⦁    Xəstənin qısa müddətdə evinə və işinə dönə bilməsi.
⦁    1-3 həftə arası boyunluq taxmasının kifayət etməsi,
⦁    Qısa müddətdə (10 gün sonra) işinə dönəbilməsidir.

 
Neyrocərrah Əliosman Qədimbəyli
Əlaqə telefonu: (055) 296 6668