BOYUN DİSK YIRTIQLARI
Boyun yırtığı boyun fəqərələrinin arasındakı qığırdağın onurğa beyni kanalına doğru yer dəyişdirməsi, çıxması nəticəsində, qola gələn sinirlərə və onurğaya təzyiq etməsi ilə yaranan xəstəliyə deyilir.
Əlamətlər:
Boyun yırtığının MÜALİCƏSİ
Boyun yırtığı müalicəsində ilk olaraq müraciət edilən üsul boyun əzələlərini gücləndirərək onurğaya düşən yükü yüngülləşdirməyə istiqamətli məşqlərdir. Bu məşqlər sayəsində yırtığın irəliləməsi dayandırıla bilər. Yırtıq səbəbiylə yaşanan kəskin ağrıları yüngülləşdirmək üçün həkiminiz ağrı kəsici dərman təklif edə bilər. Dərmanla birlikdə boyun əzələlərini rahatlaşdıran əzələ boşaldıcı mazlar istifadə edilə bilər. Əgər ağrılar dərman müalicəsi ilə azalmırsa və boyun hərəkətləri məhdudiyyətlərə davam edirsə fiziki müalicə variantı qiymətləndirilə bilər. Fiziki müalicə ilə ağrıların görüldüyü bölgələr gücləndirilir və yırtığın sinirlərə etdiyi təzyiqin azaldılması hədəflənir.
Yuxarıdakı müalicə üsullarıyla, əlamətləri nəzarət altına alına bilməyən boyun yırtığı üçün əməliyyat variantı fikirləşilə bilər. Mütəxəssislər boyun yırtığı əməliyyatını ən son müraciət ediləcək variant olaraq görür və mümkün qədər cərrahi müdaxilə xaricindəki üsullardan nəticə alma yoluna gedir.
Mikrodiskektomiya ilə Cərrahiyyə əməliyyatı zamanı boyunun ön nahiyyəsində kəsik aparılır, fəqərələrin ön hissəsi əldə edildikdən sonra disk materialı çıxarıldıqdan sonra yerinə sümük parçasi yerləşdirilərək titan lövhə ilə fiksasiya edilir. Əməliyyatdan sonra bir neçə gün boyun korseti gəzdirilməsi məsləhət görülür.