Bakterial vaginoz
 hekimtap.az

Bakterial vaginoz

8213
Автор: Mama-ginekoloq Aidə Hüseynova

Опубликовано: 17.07.2018
AYSMED KLİNİKASI

Bakterial vaginoz nədir?

Bakterial vaginoz (başqa adı: qardnerellyoz) uşaqlıq yolunun disbakteriozu deməkdir.

Uşaqlıq yolunun mikroflorası hərəkətli bir ekosistemdir. Normalda uşaqlıq yolunun mikroflorası qoruyucu funksiya daşıyan laktobasillərdən ibarətdir.

Laktobasillər qlikogeni süd turşusuna çevirir ki, bu da uşaqlıq yolunun turşuluğunu aşağı salır. Bundan başqa, laktobasillər hidrogen peroksidi yaradır. Uşaqlıq borusunun turş mühiti və hidrogen peroksidi patogen mikrobların artmasının qarşısını alır (stafilikkoklar, streptokkoklar, bağırsaq çöpləri, anaerob  bakteryiyalar, Gardnerella vaginalis, Mobiluncus spp.).

Yeri gəlmişkən, bu bakteriyalar əksər qadınlarda az miqdarda olsa da, mövcud olur.    

Laktobakteriayalrın səviyyəsi aşağı düşəndə onların ekosistemdəki yerini patogen mikroblar tutur. Bu mikroblar isə öz növbəsində buxarlanan aminlər ifraz edir, onlar qoxumuş balıq iyi verir.  

Bakterial vaginozun yaranma səbəbləri

Xəstəliyin yaranma səbəbi təkcə bakterial vaginoz törədiciləri (onlar az miqdarda demək olar ki, bütün qadınlarda mövcuddur) olmayıb, əasasən, lakobasil və patogen mikrobların mütənasiblik dəyişikliyidir.  Bakterial vaginoz zamanı laktobaksillər azalır, bakterial vaginoz törədiciləri isə artır. Bakterial vaginozun, həmçinin, uşaqlıq yolu disbakteriozu adlanmasının səbəbi də budur. 

Bakterial vaginozun əlamətləri

Uşaqlıq yolunda  quxumuş balıq iyinin gəlməsi. Bu qoxu prezirvativsiz cinsi əlaqədən sonra  daha da artır, belə ki, spermanın qələvi pH-ı buxarlanan aminlərin əmələ gəlməsinə şərait yardır. Qoxudan başqa, bakterial      

vaginoz zamanı uşaqlıq yolunda olan axıntılar normal axıntıdan fərqlənmir. Bunun miqdarı normadan kənara çıxmır, boz-ağımtıl rəngdə, həmcins olur, adətən alt paltarda iz qoymur.

Bakterial vaginozun diaqnostikası

Həkim bakterial vaginozdan uşaqlıq yolundakı axıntıları zamanı xarakterik iy gəldikdə yaxma götürməklə şübhələnə bilər. 10%-lik kalium hidroksidi uşaqlıqlıq yolu axıntılarına damızdırdıqda əşya şüşəndəki qoxu daha da güclənir.  

Bakterial vaginoz zamanı yaxmada laktobasillər (Lactobacillus spp.) olmayarkən ümumi yaxma, necə deyərlər, “başlıca hüceyrələri” (uşaqlıq yolu epitelləri) aşkar edir.

Gardnerella vaginalis-in aşkara çıxarılması bakterial vaginozun diaqnostikasında elə də böyük rol oynamır. Belə ki, bu bakteriyalar qeyd etdiyimiz kimi, müəyyən miqdarda əksər qadınların orqanizmində mövcuddur.

Bakterial vaginozun diaqnostikasında əsas amil Gardnerella vaginalis-in təkcə mövcudluğu yox, onun miqdarıdır.  

Bakrerial vaginozun müalicəsi

Bakterial vagininozun optimal müalicəsi metronidazol hesab edilir – 500 mq olmaqla sutkada 2 dəfə - 7 sutka müddətində. Preparatın bəzən yan təsiri olur (ürəkbulanma verir).

Spirtli içkilərlə qətiyyən uyuşmur!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az