Aqorafobiya – evdən çıxmaqdan, marketə daxil olmaqdan, izdihamlı və ictimai yerlərdə olmaqdan, qatarla, avtobusla, təyyarə ilə tək səyyahət etməkdən qorxmaqdır.
Aqorafobiyanın şiddəti fərdlər arasında önəmli dərəcədə dəyişə bilir. Məsələn, şiddətli aqorafobiyası olan biri evi tərk edə bilmədiyi halda, digəri uzun məsafəni problemsiz gedə bilir.
– Fiziki
– Koqnitiv
– Davranış
Aqorafobiyanın fiziki simptomları əsasən sizi narahat edən situasiyanın içinə düşdüyünüzdə meydana çıxır. Bununla belə aqorafobiyalı bir çox insan fiziki simptomlara nadir hallarda məruz qalır, çünki belə insanlar onları narahat edən vəziyyətdən qaçmağa çalışırlar.
Aqorafobiyanın fiziki əlamərləri panik atakın əlamətləri ilə bənzər ola bilər.
– Tez- tez ürək döyünməsi
– Tez-tez nəfəs almə(hiperventilyasiya)
– İsti və ya tərli hiss etmə
– Özünü xəstə hiss etmə
– Ürək ağrısı
– Udma aktında çətinlik
– İshal
– Baş gicəllənmə
Aqorafobiyanın koqnitiv əlamətləri fiziki əlamətlərlə əlaqəli olan, bəzən də əlaqəli olmayan duyğu və düşüncələrdir.
– Panik atak tutması sizi başqalarının yanında utandıracaq duruma salacaq düşüncəsi
– Panik atak yaşam üçün təhlükəlidir –məsələn ,tutma zamanı ürəyiniz dayanacaq və nəfəs ala bilməmə qorxusu düşüncəsi
– Ağlın itirilmə düşüncəsi
– İctimayətdə kontrolunuzu itirmə qorxusu
– İnsanlar qarşısında titrəmə və qızarma
– İnsanlar mənə baxır kimi düşüncələr
– Başqalarının yardımı olmadan işləyə bilməyəcəyini və həyatda qala bilməyəcəyini hiss etmək
– Evdə tək qalma qorxusu (monofobiya)
– Xüsusi bir narahatçılıq hissi və ya qorxu
– Davranış əlamətləri
– Toplum olan yerlərdən qaçmaq
– Ev sahibi olmaq-uzun müddət evdən çıxmamaq
– Hər hansı bir yerə getdiyində yanında etibar edə biləcək birini götürmək
– Evdən çox aralanmaqdan qaçınma
Bəzi insanlar onları narahat edən vəziyyətlərlə üzləşməmək üçün özlərini buna məcbur edirlər, lakin buna cəhd edərkən belə daxili olaraq bir qorxu və narahatlıq hiss edirlər.
Əgər sizdə aqorafobiyanın əlamətlərinin olduğunu düşünürsüzsə, mütəxəssis yardımı alın!
– Ürək agrısı
– Nəfəs darlığı
– Baş gicəllənməsi
– Bayılma
– Səbəbsiz arıqlama
– Ürək doyünmələri
– Depressiya
– İntihar düşüncəsi və ozunə zərər vermə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.