Anadangəlmə pilorostenoz
 hekimtap.az

Anadangəlmə pilorostenoz

7457
Автор: Tibb üzrə fəlsəfə doktoru , operator dr., uşaq cərrahı Toğrul Ömərov

Опубликовано: 18.05.2018
Тогрул Омаров

Anadangəlmə pilorostenoz haqqında məlumat

Anadangəlmə pilorostenoz mədə-bağırsaq traktının inkişaf qüsuru olub, mədənin məngənə ətrafı şöbəsinin onikibarmaq bağırsağa bitişən nahiyyəsinin orqanik daralması ilə xarakterizə olunur. Anadangəlmə stenoz uşaq doğulduqdan 2-4 həftə sonra fontanvari qusma ilə özünü göstərir, bu hal qida qəbulundan sonra yaranır, bədən  kütləsinin aşağı düşməsi və dərinin truqoru ilə, həmçinin, oliquriya və qəbizliklə müşayiət olunur.

Pilorostenoz mədə anomaliyası, dəha dəqiq desək, onun pilorik (çıxış) şöbəsinin inkişaf qüsurudur. Bunun nəticəsində pilorik çıxışın  keçiriciliciyi pozulur və qidanın evakuasiyası çətinləşir. Anadangəlmə pilorostenoza pediatriyada kifayət qədər tez-tez rast gəlinir. Statistikaya görə, yeni doğulmuş hər 300 uşaqdan biri bu xəstəlikdən əziyyət çəkir. Oğlanlarda qızlara nisbətən 4 dəfə çox qeydə alınır. Anadangəlmə pilorostenoz yeni doğulmuşlarda ən çox rast gəlinən cərrahi patologiyadır və təcili müdaxilə tələb edir.        

Anadangəlmə pilorostenozun əlamətləri

Kliniki gedişatından asılı olaraq anadangəlmə pilorostenozun kəskin və davamlı növləri var.  Simptomatikanın inkişafı və kəskinliyinin yaranma müddəti pilorik kanalın daralması və uşağın mədəsinin kompensator imkanlarından asılıdır.

Uşaq duğuluqdan sonra, ilk günlərdə gəyirmə və tez-tez təkrarlanmayan qusmalar qeydə alınır.     

Anadangəlmənin pilorostenozn dəqiq klinik mənzərəsi uşaq doğulduqdan iki-üç həftə sonra üzə çıxır. Məngənə ətrafı şöbənin stenozunun tipik əlaməti demək olar ki, hər yeməkdən dərhal sonra baş verən fotanvari qusmadır. Bu zaman qusuntu kütləsinin həcmi sonuncu dəfə əmilmiş südün miqdarından əhəmiyyətli dərəcədə çox olur. Qusma qatı, turş iyli kəsmik formasında olur. Anadangəlmə pilorostenozun vacib differsial-diaqnostik əlamətlərindən biri qsuntu kütlələrində öd qarışığının olmamasıdır.

Tez-tez baş verən qusmalar fonunda anadangəlmə stenozlu uşağın orqanizminin susuzlaşması və hipotrofiyası sürətlə inkişaf edir, sidik ifrazı azalır, qəbizlik yaranır. Uşağın nəcisi öd artıqlığından dünd yaşıl rəng alır, sidik qatılaşır və bezlərin üzərində rəngli izlər qoyur.  

Su-duz balansının sıradan çıxması nəticəsində ağır metabolik və elektrolit pozuntusu qeydə alınır.   

Anadangəlmə pilorostenozun diaqnostikası

Anadangəlmə pilorostenoza şübhə yaranarsa, uşaq pediatr tərəfindən uşaq cərrahına yönəldilməlidir. Diaqnoz mədənin ultrasəs, endoskopik, rentgenoloji müayinəsi nəticəsində təsdiqlənir. Əksər hallarda hipertrofiyaya uğramış məngənəətrafı şöbə qatı konsistensiyası və gavalıyabənzər forması ilə seçilir və palpasiya vasitəsilə aşkara çıxır.  

Anadangəlmə pilorostenozun müalicəsi

Uşaqda anadangəlmə pilorostenoz qeydə alınarsa, bu zaman aktiv cərrahi taktika seçilməlidir. Məngənəətrafı kanalın bujlanması onu qısa müddətlik açılmasına və təkrar stenizasiyasına səbəb olur.

 Anadangəlmə pilorostenozun cərrahi müalicəsindən əvvəl uşaq müəyyən hazırlıq mərhələsindən keçir. Bu zaman qlükoza-duz və zülal məhlulları ilə infuzion terapiya aparılır, spazmolitiklər tətbiq edilir və müxtəlif mikroimalələr həyata keçirilir.    

Anadangəlmə pilorostenoz zamanı Frede-Ramşdedt üsulu ilə piloromiotomiya aparılır ki, bunun da nəticəsində anatomik baryer aradan qaldırılır və məngənəətrafı kanalın keçiriciliyi bərpa olunur.

Əməliyyat açıq, laporoskopik və ya transumbilikal üsulla həyata keçirilir.

Anadangəlmə pilorostenozun proqnozu

Anadangəlmə pilorostenozun əməliyyatı çoxsaylı təcrübələrdən keçdiyi üçün müasir dövrdə yaxşı nəticələr əldə olunur və uşaq tam sağalır. Əməliyyatdan sonra uşaqlar pediatrın, uşaq cərrahı, uşaq qastroenteroloqunun dispanser nəzarəti altına alınır ki, hipotrofiya, hipovitaminoz və anemiya korreksiya olunsun.   

Vaxtlı-vatında cərrahi müdaxilə olmazsa, anadangəlmə pilorostenozlu uşaq metabolik pozuntular, distrofiya və başqa ağırlaşmalardan həyatını itirə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.