Aknelərin müalicəsi hekimtap.az

Aknelərin müalicəsi

4731
Автор: Həkim-Kosmetoloq Sevinc Fətaliyeva Əlaqə: 070 500-15-60

Опубликовано: 03.11.2019
Sevinc Fətəliyeva

Aknelərin müalicəsi. Fotona lazer sterilizasiya proseduru. 

Akne nədir? 

Akne tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasıdır. Aknelər yayılmış dəri xəstəliyi olub, adətən piy vəzilərinin çox toplandığı nahiyyələrdə əmələ gəlir. İlk növbədə üz, sinə və kürək nahiyyələri zədələnir. Adətən aknelər cinsi yetişkənlik və gənclik dövründə əmələ gəlir. Lakin bəzi hallarda yaşlı şəxslərdə də aknelərlə rastlaşa bilirik. Dəridə mövcud olan mikrobların (Propionibacterium acnes, Staphylococcus epidermidis ve Pityrosporum ovale) ifraz etdiyi bəzi maddələrin də prosesə qoşulması nəticəsində iltihab yaranır. Aknelər dəri yağlılığının artması, dəridə qara nöqtələrin əmələ gəlməsi, qırmızı irinli səpgilırin yaranması, çapıqlar və ləkələr əmələ gəlməsi ilə müşayət olunur.

Aknelərin yaranma səbəbləri:

  • Hormonal pozğunluqlar
  • Steroid preparatların istifadəsi
  • Qeyri düzgün qidalanma
  • Avitaminoz
  • Gigiyena qaydalarına riayət olunmaması
  • İnfeksiya
  • İrsi faktorlar
  • İmunitetin zəifləməsi
  • Daxili orqanların xəstəlikləri
  • Stres hallarıı

Aknelərin profilaktikası:

Yağlı dəri üçün nəzərdə tutulmuş vasitələrlə dəri təmizlənməlidir. Dıri gündən qorunmalıdır. Kamedonları sıxmaq olmaz!

Aknenin müalicəsi:

Yüngül aknelər zamanı sadəcə təmizləyici məhsullar ve kremler kifayət edərkən, orta-ağır dərəcəli aknelər zamanı dərman istifadəsinə ehtiyac var. 

Akenin müalicə zamanı : Komedolitiklər (azelaitlər, retinoidlər,benzıl peroksid, salisilil turşusu, ve s.) Antibiyotiklər (tetrasiklin, klindamisin, azitromisin, sulfanilamidlər və ya bunların kombinasiyaları. Bu dərmanlar həkim kosmetoloq və dermatoloq nəzarətində istifadə olunmalıdır.

Fotona lazer sterilizasiya proseduru ilə aknelərin müalicəsi.

Bu müalicə üsulu aknelərlə mübarizədə güclü kosmetoloji və müalicəvi effekt alınması üçun tətbiq olunan yeni lazer texnologiyasıdır. 

Göstərişlər: aknelər, irinli səpgilər,aknelərdən sonra qalan capıq izləri, yaglı, məsaməli dəri, ləkələr.

FOTONA lazer texnologiyası bu problemi həll edən yeganə güclü vasitədir.

Güclü effekt hətda 1ci proseduradan sonra da görünür. Aknelerin lazerlə müalicəsi istənilən akne formasında effektivdir. Fotona texnologiya təkcə aktiv forma aknelerin müalicəsində deyil, həmçinin  aknelerin əmələ gəlməsinin profilaktikası və aknelərdən yaranmış capıqların müalicəsində geniş tətbiq olunur.  Bu zaman dəri zədələnmir. Aknelərdən sonra yaranmış çapıqlar hamarlanır, onlar yumşalır və elastikləşir, gözə görünməz olurlar.

Prosedur dərinin yaglılıgını maksimum dərəcədə azaldır və mədaçələrin yıgılmasına səbəb olur. Bu kosmetologiyada yenilik və çox böyük uğurdur. Prosedur zamanı  lazer şüası dəriyə keçir, xəstəlik əmələ gətirən bakteriyaları məhv edir . Proses agrısızdır. Proseduradan sonra iltihab və qızartılar yox olmaga başlayır. Prosedur bütün fəsillərdə aparıla bilər. Müalicə həftədə 1-3 dəfə aparılır. Prosedur 15 dəq davam edir. Prosedurdan sonra qızartı və digər əlamətlər olmur, həkimin göstərişi ilə makiyaj istfadəsinə icazə verilir.

Prosedur pasientlıri işdən və digər aktiv həyatdan məhtud etmir.

Lazer şüası (Nd: YAG) bu xəstəliyi törədən Propionibacterium, Stafilacoccus epidermidis və s. mikroorqanizmləri  örtən qılafı, əridərək onları məhv edir və yaratdığı iltihabı, qızartını aradan götürür. Piy vəzilərinin sekresiyası azalır, piy vəzi axarlarının dəri səthindəki məsamələri daralır. Dəridə maddələr mübadiləsi bərpa olunur,  və ölmüş epidermis  hüceyrələrdən ibarət kirəcləşmiş  buynuz təbəqə təmizlənir. Nəticədə yeni, parlaq, səpkilərsiz, iltahabsız dəriyə malik olursuz. 

Müalicə kursu 10 seansdan ibarətdir.