Panik atak nədir? Səbəbi, əlamətləri, panik atakı yaradan amillər və müalicəsi hekimtap.az

Panik atak nədir? Səbəbi, əlamətləri, panik atakı yaradan amillər və müalicəsi

32947
Автор: Nevroloq Jalə Qarayeva, Əlaqə: 050 363-10-02

Опубликовано: 09.09.2017
Жаля Караева

Panik atak – həyəcan, qorxu (ölüm qorxusu kimi), sıxıntı hislərini içində axtaran, qıcolmalar şəklində ortaya çıxan bir rahatsızlıqdır. Psixoloji problemlərlə, ya da bəzi xəstəliklərlə birlikdə görünə bilir. Xəstə ani bir atakda tamam qorxu içində olur. Öləcəyini, ürəyində bir problem olmasını, infarkt keçirəcəyini düşünür. Atak 10 dəqiqə içində ən şiddətli hal alır. Xəstə panik içində həkim müayinəsinə gəlir. Bayılacağını, çox pis şeylər baş verəcəyini düşünür. Yarım saat içində atak keçməyə başlayır. Xəstə özünü çox yorğun və üzgün hiss edir. Heç bir şey etmək istəmir, dözümü qalmamışdır, tək qalmaq istəmir. Yanında birinin olmasını istəyir.

Panik atakın əlamətləri nələrdir?

Panik atakın -13 əlamətləri var. Bunlardan ən az 4 əlamətin olması panik atakın olma ehtimalını artırır.
1) Ürək döyüntülərinin çox olması;
2) Tərləmə ( istilik basma ve üşümə);
3) Titrəmə;
4) Nəfəs almaqda çətinlik çəkmək, boğulma qorxusu və tıxanma hissi;
5) Başgicələnmə, bayılacağını düşünmək;
6) Ürəkbulanma, gəyirmə, qarın ağrısı hissi;
7) Nəfəsi kəsilmək hissi, aldığı havanın yetmədiyini düşünərək dərindən nəfəs almaq;
8) Döş qəfəsində ağrı və sıxılma hissiyatı;
9) Özünü hiss etməmək, özünə yadlaşmaq və özünü təhlükədə hiss etmək (depersonalizasyon);
10) Ətrafının həqiqi, gerçək olmadığını düşünmək (derealizasyon);
11) Ölməkdən qorxmaq;
12) Dəli olacağını düşünmək, başqalarına zərər vermək qorxusu;
13) Bədənində keyləşmə, iynə batma hissiyatı.

Panik atak necə yaranır? Panik atakı yaradan nələrdir?

Çox vaxt səbəbsiz ortaya çıxır. Beyindəki maddələr mübadiləsinin pozulmasından, ya da beynin yan qisminin funksional pozulmasından meydana gəlməsi düşünülür. Tək başına, ya da müxtəlif xəstəliklərlə birlikdə ortaya çıxır. Stresli bir həyat sürmək panik atakın əmələ gəlməsinə təkan verir. Bunlardan başqa bu vəziyyətlərdə də panik atak əmələ gələ bilər:

Epilepsiya xəstəliyi, ağciyər-ürək xəstəlikləri, vitamin əskikliyi, kafeinlə zəngin qidalanma, qalxanabənzər vəzi xəstəlikləri, qan şəkərinin düşməsi, qanazlığı, beyində yaranan şiş xəstəlikləri, dərmanların yan təsiri, qapalı yerlərdə çox olmaq, çox tünlük, sıxlıq olan yerlərdə olmaq, depresiya ve sinir pozulmaları, narkotik və uyuşduruculardan istifadə etmək, asılılıq yaradan dərmanların qəfildən kəsilməsi.

Panik atak kimlərdə görünür? Kimlər risk altında?

İnsanların 3 faizi bu xəstəlikdən əziyyət çəkir. Hər yaşda görünür. 20 yaş arasında daha çox rast gəlinir. Qadınlarda daha çoxdur. Genetik və irsi ötürülmə riski çoxdur.  Uzun müddət təsir altında yaşayanlarda, acınacaqlı həyat tərzi olanlarda, problemlərini heç kimlə paylaşmayanlarda və içinə salan insanlarda daha çox görünür.

Panik atakın müalicəsi

Panik atak müalicə olunan bir xəstəlikdir. Xəstəyə ilk öncə özünü kontrol etməyini öyrətmək lazımdır. Bunu bacaran xəstə panik atakı həyatından tamamilə çıxarda bilər. Atak zamanı oturmalı və ya uzanmalısınız. Öz-özünüzə bunun sadəcə bir atak olduğunu, qorxulu bir hal olmadığını söyləyin və atakın keçməsini gözləyin. Atak müddətində üzücü, həyəcanlandırıcı mübahisələrdən uzaqlaşın. Kafeinli içkilərdən, alkoqollu içkilərdən və siqaretdən istifadə etməyin. Özünüzü kontrol etməyə çalışın. Atak sırasında tez-tez nəfəs almayın, çünkü şikayətlər artar. Bir torbaya nəfəs alıb-verə bilərsiz. Xəstə özündə çoxlu xəstəliklər axtarır və bunun üçün bir neçə dəfə chek-up etdirir və əlavə məsrəflər edir. Xəstə mütəxəsisə müraciət etməli və həkiminə güvənməlidir. Həkiminə güvənci xəstəliyin tez və keyfiyyətli sağalmasını sürətləndirir. Müalicə zamanı nəfəs və rahatlama hərəkətləri, atakın üstünə gətmə texnikaları, əzələ gərginliyini yox etmək üçün edilən hərəkətlər xəstəyə öyrədilməlidir. Müalicə formaları bunlardır:

Psixoterapiya, dərman qəbulu, yüksək motivasiya, relaksasiya texnikləri, nəfəs hərəkətləri, idman ve gimnastika, biofeedback, imagiination, atakın üstünə getmə texnikaları, qrup terapiyası, refleksoloji terapiya.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.