Helmintozlar
 hekimtap.az

Helmintozlar

18574
Автор: İlhamə Əmiraslanova

Опубликовано: 25.01.2018
Ильхама Амирасланова

Respublikamızın ərazisi yer kürəsinin şimal subtropik qurşağında yerləşməsi, onun təbii-iqlim şəraiti , əhalinin adət və məşğuliyyəti helmintozların bəzi növlərinin  geniş yayılması üçün şərait yaradır. Yer kürəsində yayılmış 250-dən artıq növ helmintozun 30-u respublikamızda müşahidə olunur. Azərbaycanda hazırda əsasən insanlarda askaridoz, enterobioz, teniarinxoz, exinokokkoz, trixosefalyoz kimi helmintozlara rast gəlmək olar. Helmintozların klinikasını bilməyib, onların vaxtında aşkar edilməməsi və onlara qarşı spesifik müalicələrin düzgün aparılmaması bu xəstəliklərin əhali arasında geniş yayılmasına səbəb olur.

ASKARİDOZ

Bu xəstəliyi askarida (Ascaris lumbricoides)  qurdu yaradır. Askaridoza respublikamızın bütün təbii-iqlim bölgələrində rast gəlmək olur. Askaridanın uzunluğu 15- 45 sm qədər ola bilər. Bu helmint insanın nazik bağırsağında 12-15 aya qədər yaşayır və gün ərzində 240 minə qədər yumurta tökür. Bu yumurtalar insanın nəcisi ilə torpağa tökülür. Qurdun inkişaf etmiş yumurtası əllər, göyərtilər, meyvələrlə insanın ağızına düşərək onun yoluxması baş verir.

Simptomlar:
Xəstəliyin gedişatı iki dövründən ibarətdir .

Birinci dövr – qanda və tənəffüs yollarında miqrasiya zamanı:
 – Allerqik hallar – bədəndə qaşınma ilə davam edən səpkilər, məxmərək.
 – Öskürək, üşütmə, əzginlik, hərarətin artması və s. müşahidə edilir.
 – Bəzən isə bu dövürdə xəstələrdə heç bir şikayət olmur.

İkinci dövr – bağırsaqda inkişaf edəndə:
 – Qarında ağrı, köpmə.
 – İştahın pozulması, ürək bulanma.
 – Yorğunluq, ümumi zəiflik, baş hərlənməsi, yuxunun pozulması, əsəbiləşmə.

Ağırlaşmalar:
 – Bağıraq keçməzliyi;
 – Ümumi öd axarının tıxanması və bunun nəticəsində yaranan sarılıq, kəskin ağrılar;
 – Nadir hallarda kəskin pankreatit;
 – Qusma zamanı tənəffüs yollarına düşmə ehtimalı və nəticədə bu yolların tıxanması.    

ENTEROBİOZ

Bu xəstəliyi bizquyruq qurdu (Enterobius vermicularis) törədir. Ağ rənqtə 0,5-1 sm dir, xəstə bəzən bu qurdu nəcisində görə bilir, bizquyruğun yumurtası solğun olur lobyaya oxşayır, yəni bir tərəfi çöküb əks tərəfi isə qabarıq olur. Respublikamızın bütün bölqələrində bu xəstəlik yayılmışdır. Bizquyryqlar nazik bağırsağın aşağı və bütün yoğun bağırsaqda 3-4 həftə yaşadıqdan sonra düz bağırsağa enib, onun dəliyindən çıxaraq büküşlərinə 5-17 minə qədər yumurtalarını tökürlər. Yumurtalar perianal (arxa ətrafı) büküşlərdə 4-8 saat müddətində insanı yoluxdurma qabliyyətini qazanırlar. Bu qurdlar aralıq hissədə olarkən xəstədə qaşınma olduğdan özlərini qaşıdıqda əllərini, xüsusən dırnaqaltı sahələrini qurdun inkişaf etmiş yumurtalarıilə çirkləndirirlər və özlərini yenidən təkrar-təkrar yoluxdururlar. Qurdun inkişaf  etmiş yumurtaları alt tumana, mələfəyə, yorğan-döşəyə də tökülür, onları çırpıb-yığışdırdıqda bu yumurtular toz vasitəsi ilə mənzilə yayılmış olur və bu yolla ailənin bütün üzvləri əllərini bu yumurtalarla çirkləndirərək özlərini yoluxdururlar.

Simptomlar:
 – Perianal (arxa ətrafı) büküşlərində, aralıq sahələrində qaşınma, xüsusən gecə saatlarında;
 – Qarında tutmaşəkilli, bəzən çox kəskin ağrılar;
 – Bəzən ishal və ya qəbizlik;
 – Baş ağrısı, yuxusuzluq, yüksək qıcıqlanma;
 – Enurez (uşaqlarda gecələr sidiyi saxlaya bilməmək);
 – Qadınların, xüsusən qızların cinsiyyət üzvlərində qaşınma, iltihab və bəzən selikli ifrazat.

Diaqnostika:
Müayinələr səhər tualetdən əvvəl və ya xəstə yatdıqdan 1,5-2 saat sonra aparılmalıdır. Perianal büküşlərdən sıyrıntı götürülüb, yaxma şəklində mikroskopda baxılır.

EXİNOKOKKOZ

Bu xəstəliyi exinokokk (Echinicoccus granulosus) qurdu törədir. Qurdun uzunluğu 0,5 sm olub, bədəni 3-4 buğumdan ibarətdir və baş hissəsində 4 ədəd əmzikdən başqa 2 cərgə düzülmüş qarmaqcıqlarla yerləşir. Exinokokk qurdu olan iti tumarladıqda əllər vasitəsilə qurdun yumurtaları insanın ağzına düşərək onun yoluxmasına səbəb olur. Bundan başqa yuyulmamış tərəvəz və gilə meyvələri də yoluxmaya səbəb ola bilər. Hədəf orqanları: 75% qara ciyər, 10% ağ ciyər, 15% isə orqanizmin başqa orqanlarıdır.

Simptomlar: 
İlk dəfə simptomlar bir neçə il yoluxmadan meydan şıxa bilər və yaxud yalnız instrumental müayinə zamanı (USM, KT, MRT) xəstəlik aşkar oluna bilər. Hədəf orqanın xəstəliklərinə uyğun simptomlar müşahidə edilir. Məsələn:
 – Sağ qabırğa altı nahiyyədə küt ağrılar.
 – Halsızlıq, iştahasızlıq, ürək bulanma.
 – Sarılıq, dəridə qaşınma.
 – Döş sümüyü arxasında ağrılar, öskürək, ara bir qanla müşahidə olunan.
 – Qanda eozinofiliya.

Ağırlaşmalar:
 – Qovucuqların (kista) irinlənməsi, dağılması, öd yollarının iltlhabı, qara ciyərin absessi və s.
 – Diaqnostika: USM, KT, MRT vasitəsilə .

Müalicə:
Exinokokkozun yeganə radikal müalicəsi cərrahi əməliyyatdır.

TENİARİNXOZ

Bu xəstəliyi öküz teniyası (Taeniar hynchus saginatus) törədir. Qurdun uzunluğu 4-15 metrəyə çatır. Bədəni zəncir düzülmüş buğumlardan ibarət olduğundan lentə oxşayır və xalq arasında lentvari və ya kəpənək qurd adlanır.                

Yoluxma:
Finozlu ətdən az qaynadılmış və ya yaxşı qızardılmamış xörəklər yedikdə öküz teniyasının sürfələri insanın bağırsağına düşür, orada parazitin baş hissəsi qovuqcuqdan çıxaraq 4 ədəd sorucu əmzikləri vasitəsilə insanın nazik bağırsağının selikli qişasına möhkəm yapışır və boyun hissəsindən yeni buğumlar əmələ gəlməyə başlayır. Yoluxmadan 3-4 ay sonra xəstədən qurdun buğumları xaric olunur.

Simptomlar:
 – Xəstələrdə vaxtaşırı qurdun axırıncı buğumlardan nəcislə ya da sərbəst şəkildə xaricə tökülür və bununlada xəstə özünün kəpənək qurduna yoluxmuş olduğunu hiss edir;
 – Ümumi zəiflik;
 – İştahanın pozulması;
 – Qarında ağrı;
 – Bəzən qusma;
 – İshal və ya qəbzlik.

Ağırlaşmalar:
Appendisit, bağırsaq keçməzliyi.

Diaqnostika:
Əsasən sorğu üsulu ilə. Perianal (arxa ətrafı) büküşlərdən    götürülmüş sıyrıntının və nəcisin müayinəsi zamanı qurdun yumurtalarını aşkar etmək olur.

Müalicə:
Konservativ (dərmanlar vasitəsilə) xəstəxana şəraitində

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.