Öd daşı xəstəliyindən qorunmaq üçün nəyi bilmək vacibdir?
 hekimtap.az

Öd daşı xəstəliyindən qorunmaq üçün nəyi bilmək vacibdir?

9093
Автор: İlhamə Əmiraslanova

Опубликовано: 13.01.2018
Ильхама Амирасланова

Azərbaycanda  öd daşı xəstəliyi ürək-damar və şəkərli diabet xəstəlikləri ilə yanaşı ən yayılmış xəstəliklərdən biridir.

Daşların növləri:

 - Xolesterin daşları
 - Piqment daşları – qəhvəyi və qara daşlar
 - Qarışıq daşlar


Daşların yaranma səbəbləri:

 - Qadınlarda daha çox rast gəlmək olar: hamiləlik (qarın boşluğunda təziq artdıqca, öd ifrazına manə törədilir), klimaks vaxtı estroqen əvəzedici dərmanların və hamiləlikdən qorunmaq üçün steroid kontraseptivlərin qəbulu.
 - İrsi meyillilik.
 - Öd kisədə xroniki iltihab prossesi.
 - Tərkibində bitki liflərlərin miqdarı az olan qida qəbulu, karbohidratlarla, rafinə olunmuş siriniyyatlarla və yağnan zənqin olan yuksək kaloriyalı yemək rasionu.
 - Piylənmə, artıq çəki.
 - Şəkərli diabet.
 - Xolesterinin yüksək səviyyəsi, xüsusən triqliseridlərin.
 - Ekstrimal diyetalar zamanı və bariatrik əməlliyətlardan sonra kəskin arıqlama.
 - Öd kisəsinin disfunksiyası (hipokineziya- işləmə qabliyyətinin aşağı düşməsi).
 - Qan xəstəlikləri.

Xəstəliyin gedişatı:

 - 80% hallarda simptomsuz keçir (lal daşlar).
 - Simptomlar: adətən yeməkdən sonra diskomfort, sağ qabırğa altı nahiyyədə zəif ağrılar, köpmə, qəbizliklə əvəz olunan diareya, ağızda acılıq.
 - Daşların öd kisəsinin boyun hissəsinə və öd axarlarına hərəkəti zamanı tutmaşəkilli 5 dəq-dən 5 saata qədər çəkən kəskin ağrılar, xüsusən axşam və gecə saatlarında, ürəkbulanma, soyuq tər, dərinin və görünən selikli qişanın solğunluğu və saralması.

Xəstəliyin profilaktikası:

 - Hərəkətli həyat rejimi, fiziki yükləmə, bədən çəkisinə nəzarət.
 - Düzgün qidalanma: az porsiyalarnan gündə 4-5 dəfə bitki lifləri ilə zəngin olan qida qəbulu.
 - İldə bir-iki dəfə ultrasəs müayinəsindən keçmək və vaxtında aşkar olunan çöküntülü, qatı ödün dərmanların və xüsusi diyet vasitəsi ilə duruldulması.
 - Xolesterinin və lipidlərin (triqlisiridlərin) qanda səviyyəsinin normada saxlanılması;
 - Ekstrimal diyetalara qadağa qoyulması;
 - Bariatrik əməliyyat nəticəsində  arıqlayan xəstələrə Alman mədə-bağırsaq cərrahları cəmiyyətinin son tövsiyyələrinə görə, uyğun bədən çəkisi stabilləşənə qədər ursodezoksixol turşusunun sutka ərzində 500-600 mg qəbulu.

Müalicə:

Konservativ müalicə üçün göstərişlər:
 - Rentgendə görünməyən, yani xolesterin daşları;
 - Öd kisəsi daşlarla tam dolu olmamalıdır;
 - Daşların ölçüsü 10 mm artıq olmamalıdır;
 - Öd kisəsi normal işləməlidir, öd axarları müvafiq olmalıdır (ölçüləri və sərbəstliyi).

Cərrahi müalicə üçün göstərişlər:
 - Tez tez təkrarlanan ağrı tutmaları;
 - Öd kisənin irinli iltihabı;
 - Öd kisənin deşilməsi;
 - Fəaliyyətini itirmiş və tam daşlarla dolu olan öd kisəsi.

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.